Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənistanın məhvedici əsarətindən qurtulmuş Azərbaycan mədəniyyət irsi...

Image


Uzun əsrlər boyu Azərbaycan xalqı özünün zəngin maddi-mədəni irsini yaradıb, kulturoloji düşüncəsini formalaşdırıb. Azərbaycanın tarixi mədəni irsinin əsas qaynaqlarından biri olan Qarabağda zəngin maddi-mədəni dəyərlərimiz, arxeoloji, memarlıq, təbiət abidələrimiz öz zənginliyi və qədimliyi ilə diqqəti cəlb edib.

Əlbəttə, faşist, separatçı Ermənistanın 28-30 illik işğalına qədər bizim maddi-mədəni irsimiz hər hansı bir fəlakətlə, faciə ilə üzləşməyib. Lakin düşmən işğalı dövründə tarixi, mədəni, arxeoloji dini abidələrimiz, muzeylərimiz, mədəniyyətimizi əks etdirən digər təsisatlarımız ermənilər tərəfindən vandalcasına dağıdılıb, məhv edilib, onlara divan tutulub. Azərbaycan dövləti, aidiyyəti dövlət qurumlarımız dəfələrlə erməni vandalizmi barədə beynəlxalq təşkilatlara məlumatlar versə də, israrlı müraciətlər etsə də, heç bir beynəlxalq təşkilat erməni vandalizimin qarşısının alınması, abidələrimizin xilas edilməsi istiqamətində hər hansı bir addım atmayıb.    

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə müzəfər ordumuz 44 günlük Vətən müharibəsində dövlətimizin ərazilərini Ermənistanın terrorçu silahlı birləşmələrindən azad etdikdən sonra biz burada daha dəhşətli mənzərə ilə üz-üzə qaldıq.

Azad edilmiş ərazilərimizə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, müxtəlif təşkilatların təmsilçiləri, xarici jurnalistlər, bəzi dövlətlərin parlament missiyaları səfər etdi və erməni vəhşiliyini öz gözləri ilə gördülər.

  • “ICESCO-nun texniki missiyasının hazırlayacağı hesabat çox ədalətli olacaq”

Bu günlərdə isə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi missiya azad olunmuş ərazilərimizdə səfərdə olub və qurumun baş direktoru erməni vandalizminin tükürpədici mənzərəsindən dəhşətə gəldiyini açıqlayıb.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən brifinqdə deyib ki, ICESCO-nun texniki missiyasının hazırlayacağı hesabat çox ədalətli olacaq. Onun sözlərinə görə, ICESCO-nun texniki missiyası Azərbaycana səfər edəcək. Missiya işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı hesabat hazırlayacaq.

ISESCO-nun üzə çıxardığı azad olunmuş ərazilərimizdə ermənilərin məscidlərimizə, dini və mədəni abidələrimizə qarşı həyata keçirdikləri vandalizm aktları həqiqətləti, əlbəttə, imkan verəcək ki, biz bunları Azərbaycan milli dövlətçilik tarixində faktlar kimi beynəlxalq aləmdə təbliğ edək. Dövlətçilik tariximizin bu unikal örnəkləri erməni vəhşiliklərinə, vandalizminə, dağıntısına məruz qalıb. Dövlətçilik və mədəniyyət tariximiz üçün çox önəmli olan və düşmən tərəfindən dağıdılan, məhv edilən bu abidələrin təbliği edilməsi onların beynəlxalq aləmdə tanınmasına şərait yaradacaq.

  • “Bu abidələr Azərbaycanın dövlətçilik və mədəniyyət irsidir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bildirdi ki, Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovduqdan sonra biz öz ərazilərimizə yenidən qovuşduq. V.Abışovun sözlərinə görə, torpaqlarımızla bərabər ağır vandalizm aktlarına məruz qalan maddi mədəniyyət, arxeoloji, dini abidələrimizi düşmən əsarətindən xilas etmişik. V.Abışov deyir ki, düzdür, o abidələrin arasında salamat qalanı, demək olar, yoxdur, amma biz onları restavrasiya edərək əvvəlki vəziyyətinə qaytaracağıq. Ekspert bildirir ki, ISESCO-nun missiyasının azad olunmuş torpaqlarımıza gəlməsi çox mühüm hadisədir. Onun fikrincə, biz dövlətçilik və mədəniyyət tariximizin Qarabağ örnəklərini təbliğ etmək istiqamətində işlərimizi davam etdirməliyik.

V.Abışov xatırlatdı ki, işğal dövründə 40 mindən çox muzey sərvəti, 1000-dən çox çox tarixi mədəniyyət abidəmiz, 500-ə yaxın tarixi-dini məkanımız düşmən vandalizminə məruz qalıb. O hesab edir ki, hələ hesablamalar tam başa çatmadığı və beynəlxalq missiyaların ekspert qrupu bölgədə araşdırma aparmadığı üçün bu rəqəmlər arta da bilər. “ISESCO-nun missiyasının azad olunmuş torpaqlara getməsi və bu qurumun baş katibinin gördükləri barədə ədalətli qərar qəbul edəcəklərini açıqlaması, habelə ISESCO-nun işğaldan azad edilən ərazilərimizə texniki missiya göndərəcəyini bəyan etməsi çox müsbət haldır. ISESCO-nun missiyası açıq-aydın gördü ki, ermənilər bizim ərazilərimizdə hansı cinayətlər törədiblər. Faktiki olaraq, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri bəşəriyyətə qarşı mədəni soyqırımıdır. ISESCO-nun missiyası gördü ki, erməni vandalları yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimizi, müqəddəs ocaqlarımızı, məbədlərimizi dağıdıb yerlə yeksan edib, onları ağır təhqirə məruz qoyublar. Bu abidələr Azərbaycanın dövlətçilik və mədəniyyət irsidir.  

ISESCO-nun missiyası Füzulidə və Ağdamda, Cümə Məscidində olublar. Din mədəniyyəti tariximizdə xüsusi yeri olan Ağdam Cümə Məscidinin üzərində dərin yaralı izlər görən missiya üzvləri erməni vandalizmindən dəhşətə gəliblər. Ağdam Cümə Məscidi islam dünyasının bir parçasıdır”.

  • “Dağıdılan bu muzeylər, məscidlər, abidələr tək Azərbaycana deyil, bütün İslam dünyasına, bəşəriyyətə məxsusdur”

Qarabağın erməni vandalizminə məruz qalan dini, tarixi, mədəni, arxeoloji abidələrinin Azərbaycanın mədəni irsinin və bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu deyən V.Abışovun sözlərinə görə, Azərbaycan tarixinin unikal nümunələrinin Ermənistan tərəfindən məhv edilməsinə dünyanın bir çox təşkilatının laqeyd yanaşması çox təəssüfedicidir. “Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib və dünya açıq şəkildə görür ki, Ermənistan bizim ərazilərimizdə mədəni irsə qarşı necə divan tutub, alban-xristian mədəniyyətini, abidələrini, məbədlərini saxtalaşdıraraq erməniləşdirib. Bu isə bütün beynəlxalq konvensiyalara ziddir, amma dünya birliyi bir dəfə də olsun Ermənistana beynəlxalq konvensiyaların qaydalarını tapdadığını xatırlatmayıb. Bu gün görürük ki, ermənilər tərəfindən Azərbaycanın mədəni irsini, dini abidələri, mədəniyyətimizin vacib sahələrini əhatə edən, təşkil edən mədəniyyət obyektləri qəsdən xüsusi qəddarlıqla məhv edilib. Düşmən muzeylərimizi, rəsm qalereyalarımızı, tarixi əhəmiyyət daşıyan saraylarımızı qarət edib, bütün sərvətlərini Ermənistana, oradan da dünyanın “qara bazar”larına çıxarıb satıb, bu obyektləri isə xüsusi vəhşiliklə, amansızlıqla yandırıb. Bütün bunlar Azərbaycan mədəniyyətinin, tarixinin nadir inciləri olub ki, onların əhəmiyyəti misilsizdir. Təsəvvür edin ki, 50 mindən çox muzey sərvəti və eksponatı düşmən tərəfindən talan edilib, onlarla məbəd, məscid dağıdılıb, təhqir olunub. Dağıdılan və yandırılan 1000-ə yaxın kitabxanada 5 milyona qədər kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Bu mədəni isrə qarşı terror cinayəti deyil, bəs nədir? Dediyim kimi, Qarabağda - Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında, Zəngilanda və digər yerlərimizdə dağıdılan bu muzeylər, məscidlər, abidələr tək Azərbaycana deyil, bütün İslam dünyasına, bəşəriyyətə məxsusdur, onlar bəşəriyyətin irsidir”.

  • “ISESCO öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirir və bu istiqamətdə Azərbaycana dəstəyini ifadə edir”

V.Abışov hesab edir ki, ISESCO-nun bu həqiqətlərə göz yummaması, azad edilmiş torpaqlarımıza xüsusi missiya ilə gəlməsi digər beynəlxalq təşkilatları da yerindən tərpətməli, yuxudan oyatmalıdır. O bildirdi ki, ISESCO-nun göndərəcəyi texniki heyət və təşkil edəcəyi komissiya çox işlər görəcək. “Hesab edirəm ki, bu komissiyanın fəaliyyəti nəticəsində erməni vandalizmi ilə bağlı bütün həqiqətlər dünyaya bir daha çatdırılacaq. Bilirsiniz ki, ermənilər iki əsr ərzində bizim abidələrimizə qarşı bu cür çirkin cinayətlər törədiblər. Bütün bu faktlar dünyaya çatdırılmalıdır ki, ermənilər bizim torpaqlarımızda nələr törədiblər, onlar Qarabağda dini-mədəni abidələrimizi məhv ediblər. Onu da deyim ki, XIX əsrdə Çar Rusiyası tərəfindən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər müxtəlif vaxtlarda mərhələ-mərhələ abidələrimizə qarşı soyqırım cinayətləri törədiblər. Bu gün Qərbi Azərbaycanın özündə bir dənə də olsun salamat müsəlman abidəsi qalmayıb, bircə İrəvandakı Cümə məscidi qalıb, onu da “fars məscidi” olaraq qələmə verirlər. Bu, islamofobiyanın ən iyrənc formasıdır ki, biz onları ermənilərin törətdikləri cinayətlərin nümunələrində daha qabarıq formada görürük. Onlar bununla bizim dini, mədəni yaddaşımızı silməyə çalışıblar, amma bu abidələr üzərindən Azərbaycan xalqının, islam-türk mədəniyyətinin izlərini silməyi bacarmayıblar. Çünki onlar bizim tarixi irsimizdir, hər biri haqqında geniş bilgimiz, sənədlərimiz, foto və videofaktlarımız var. Bu abidələr nə qədər dağıdılsa da, məhv edilsə də, yandırılsa da, onlar özlərində xalqımızın mənəvi, ruhani yaddaşını saxlayır, qoruyur.

Ermənistanın təcavüzkar silahlı birləşmələrinin tapdağından azad etdiyimiz ərazilərimizdə terrora, vandalizmə məruz qalan tarixi-dini, mədəniyyət abidələrimizin hər birinin bu gün müfəssəl şəkildə dövlət qeydiyyatının aparldığına şübhə etmirəm. Hesab edirəm ki, əgər qeydiyyatdan kənarda qalan abidələrimiz varsa, onlar da siyahıya alınacaq və bu da bizim əlimizdə təkzibolunmaz fakt kimi olacaq.

Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidəsinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və “tarixi abidələr”in restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesinin həyata keçirilməsi ayrıca bir cinayət aktıdır ki, düşmən buna görə də cavab verəcək.

İşğaldan azad edilən dini-tarixi abidələrimiz bütün dünyada Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin nümunələri kimi təbliğ edilməkdə davam edəcək. Bir məqamı da qeyd edim ki, UNESCO ISESCO-dan fərqli olaraq, bu məsələyə qarşı ədalətli mövqe tutmadı. Amma ISESCO öz üzərinə düşən missiyanı layincə yerinə yetirir və bu istiqamətdə Azərbaycana dəstəyini ifadə edir. ISESCO-nun bu addımları UNESCO başda olmaqla, bütün beynəlxalq təşkilatlara bir nümunədir” - deyə V.Abışov qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ