Cümə günü, 09 oktyabr 2026
     

"Ətrafımızda bircə ölkə belə yoxdur ki, orada yanacaq Azərbaycandan ucuz olsun" - Aydın Quliyev

Image


Azərbaycanda benzin və dizel də daxil bəzi qiymət tariflərinin dəyişdirilməsi cəmiyyətə müxtəlif aspektlərdən təqdim edilsə də, ən real  bucaqlardan baxanda onun aydın məzmunu var.

Məsələ burasındadır ki, bir sıra məhsulların qiyməti artsa da, camaat arasında ən çox benzinin və dizelin qiymətləri müzakirə edilir. Halbuki benzin və dizelin müvafiq olaraq 80 qəpik və 1 manat olması cəmiyyətimizin mütləq əksəriyyətinin həyatına nə birbaşa, nə də dolayı olaraq pisləşdirici təsir göstərə bilməz. Çünki cəmiyyətin mütləq əksəriyyəti şəxsi avtomobilə sahib deyil ki, bahalaşmanın ziyanını birbaşa öz cibində hiss etsin, mütləq əksər sosial təbəqələrin əsas istifadəçisi olduğu ictimai nəqliyyatın gediş haqlarında artım da olmayıb ki, bundan əziyyət çəksinlər. Nəhayət, dövlət benzin və dizelin bahalaşmasından sui-istifadə edərək başqa mal və xidmət növləri üzrə qiymət artımına süni gedilmə hallarına qarşı sərt tədbirlərin görüləcəyini də bəyan edib. Belə də, ən azı üç istiqamət üzrə təhlillər benzin və dizelin qiymət artımından əhalimizin birbaşa və ya dolayı olaraq heç bir maddi itkiyə məruz qalmayacağını deməyə əsas verir. 

Burada müəyyən siyasi qüvvələrin cəmiyyətimizin həssas düşüncə tərzi ilə oynamaq istədiyi aydın görünür. Ancaq bu cür taktikaların ən azı ona görə xüsusi bir perspektivi yoxdur ki, son 20 il ərzində çox dəfələrlə "qiymət artımı insanları məhv edəcək və ya partlayış verəcək" kimi özünü doğrultmayan proqnoz və təhlillər gördük. Bunlara ciddi baxılmış olsaydı, indiyədək Azərbaycan qiymət məsələsindən azı bir neçə dəfə gərək alt-üst olaydı. Halbuki hər şey öz axarı ilə gedir. Çünki "partlayış episentrləri" heç də bəzilərinin iddia etdiyi kimi sosial-iqtisadi həyatda yox, məhz bir sıra hay-küyçü siyasi personaların reallıqdan uzaq düşüncə tərzindədir.

Əslində cəmiyyətin gündəlik həyatına birbaşa və dolayı təsir baxımından benzin və dizel yox, başqa bəzi xidmət tariflərində gözlənilən dəyişikliklər daha çox diqqət cəlb etməlidir. Ancaq cəmiyyətin bu istiqamətlərdə yeni tariflərə yox, məhz benzin və dizelə daha çox yönləndirilməsi məsələnin qəsdlə siyasiləşdirilməsi cəhdlərindən xəbər verir. Cəmiyyətin mütləq əksərinin benzin və ya dizellə işləyən avtomobili olmadığı halda, narahatlıq hislərinin kökünü başa düşmək mümkün deyil. Şəxsi avtomobilin yox, ictimai nəqliyyatda qiymət bahalaşması gözlənilmir, digər aidiyyatı olmayan sahələrdə süni qiymət artımlarına imkan verilməyəcəyi barədə rəsmi dövlət iradəsi də varsa nədən narahat olmağa əsas var ki...

Diqqət etməli məqamlardan biri də Azərbaycanda enerji qiymətlərində dəyişikliyin qlobal proseslərlə bağlılığıdır. Yəni benzin və dizel təkcə daxili faktorlara nəzərən artıma uğramayıb. Doğrudur, lüzumsuz yanacaq məsrəfləri var, 2019-cu illə müqayisədə 2020-ci ildə ölkəyə avtomobil idxalı iki dəfəyə yaxın artaraq 48 minə çatıb və sair. Bunlar sözsüz ki, qiymət artımını şərtləndirən amillərdir. Ancaq artımı qaçılmaz edən beynəlxalq faktorlar da kifayət qədərdi. 2020-ci ilin əvvəlində dünyada iqtisadi aktivlik birdən-birə düşsə də, az sonra vaksinlərin tətbiqi, sərt pandemiya tədbirlərinin yumşaldılması və hətta pandemiya şəraitində iqtisadi artıma nail olmağın mümkünlüyünə inam kimi psixoloji faktorun təsiri altında iqtisadi fəallıq tədricən bərpa olunmağa, benzinə və dizelə tələbat artmağa və nəticədə qiymətlər də yüksəlməyə başladı. Bu gün faktdır ki, Azərbaycan cəmi dünən qiymət artımına getdiyi halda bütün MDB, Avropa, Türkiyə, Ukrayna və ümumən dünya bir ildən çoxdur ki, bu prosesi yaşayır. Ətrafımızda bir ölkə tapıla bilməz ki, benzin və dizel bizdən ucuz olsun. Dünya üzrə orta rəqəm də Azərbaycandan az qala iki dəfə yüksəkdir.  Faktdır ki, iki il əvvəl dünyada benzinin orta qiyməti litrlə 0.91 dollar olduğu halda bu gün 1.04 dollara yüksəlib. Halbuki bu iki ildə Azərbaycanda benzinin və ya dizelin hər hansı bahalaşmasından danışmaq olmaz.

İstənilən müasir ölkədə qiymət tarifləri əhalinin həssas təbəqələrinin sosial təminat altına nə qədər alındığını nəzərə almaq şərti ilə müəyyən olunur. Eləcə də Azərbaycanda belədir. Əhalinin bir hissəsinin istənilən artım dalğasında özünü qorumaq rıçaqlarına malik olduğu aydındır. Həssas təbəqələrin isə qiymət artımına görə gözlənilməz "yanmalardan" qorunması dövlətin sosial dəstək paketləri hesabına həyata keçirilir. Tək ötən ildə 5 milyona qədər insanın azı 3 milyard manatlıq sosial təminat altına alınması bu cəhətdən təsirli qoruyucu addım hesab edilə bilər. Bir sözlə, qiymət artımının gətirəcəyi itkinin bir hissəsini bəzi təminatlı təbəqələr özü qarşılayaraq aradan qaldırır, bəzi məlum həssas təbəqələr üçün isə bunu dövlət edir. Müasir dünya dövlətçilik fəlsəfəsində qiymət artımları ilə cəmiyyətin ümumi inkişafı məhz bu prinsiplə tarazlaşdırılır. İnkişaf tendensiyaları qaçılmaz olduğu kimi bahalaşmalar da labüd olur.

Vay o gündən ki, tariflərdə labüd dəyişmələr baş verdiyi halda əhalinin aztəminatlı təbəqələri taleyin ixtiyarına atıla... Azərbaycandan fərqli olaraq belə ölkələr nə yazıq ki, var…

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ