Cümə günü, 11 iyul 2025
     

Avropada Azərbaycanla bağlı mühüm etiraflar...

Image

Avropanın qarşıdakı dövrdə yeganə yeni mənbə - Azərbaycan hesabına enerji ilə təmin edilməsi fonunda ölkəmizə Qərbdə marağın daha da artması müşahidə olunur. Burada hesab edilir ki, Azərbaycanın Avronanın enerji təhlükəsizliyinin təminində rolu artır. Macarıstanın xarici işlər naziri Piter Siyarto Gürcüstanın Birinci kanalına müsahibəsində bu xüsusda maraqlı məqamlara toxunub: “Azərbaycan gələcəkdə Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq”.

Onun sözlərinə görə, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı hərəkətlər çox əhəmiyyətlidir:“Mən bu təşəbbüslə bağlı dostlarımıza bir neçə təklif vermişəm. Bu təkliflərə Belarusa qarşı sanksiyaların ləğv olunması da daxildir. Çünki tərəfdaşlıq və sanksiyalar bir yerdə işləmir. Biz, həmçinin, Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsi üçün sazişin yekun imzalanmasının da vacibliyini bildirmişik”.Azərbaycanın Avropa üçün artan əhəmiyyətini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da xüsusi olaraq vurğulayır. O, “Cənub Qaz Dəhlizi” və onun son halqası sayılan “Transadriatik “boru kəmərinin (TAP) bu ilin sonunda işə düşməsindən sonra Azərbaycanın Avropanın enerji bazarında xüsusi çəkisinin daha da artacağını bildirir:“Transadriatik” boru kəməri layihəsinin başa çatmasından sonra 2020-ci ilin sonunda Avropa bazalarına tədarük başlayanda Azərbaycan qazı Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli ticarəti artırmağa imkan verəcək. İkitərəfli ticarətin indiki vəziyyətindən danışan Yankauskas qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ticarət 2020-ci ilin yanvar-aprel aylarında 29 faiz azalıb və bu, əsasən dünya bazarlarına neftin qiymətlərinin azalması ilə bağlıdır:"Koronavirus pandemiyası ilə əlaqədar səfərlərin məhdudlaşdırılmasına və neft bazarında qiymət müharibələrinə görə neftə və qaza qlobal tələbat kəskin azaldı. Digər ticarət axınları prinsipcə sərhədlərin bağlanmasından asılı deyil. Məhsullar sərbəst şəkildə daşına bilər, ona görə də digər iri çatışmazlıqlar gözlənilmir".
Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar bütün ölkələr mühüm problemlərlə üzləşir və bu, tələbin azamasında özünü göstərir:"Bu baxımdan ticarət axınları tələbdən asılı olacaq. Koronavirusun mənfi təsir etdiyi daha bir sahə xidmət sahəsidir, məsələn, turizm". O əlavə edib ki, neft və qaz, eləcə də nəqliyyat və logistika kimi ənənəvi sahələrlə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına investisiyalar və enerji səmərəliliyinin artırılması, təhisl və peşəkar tədris, eləcə də səhiyyə və iqtisadiyyatın şaxələndirilməsi də əməkdaşlığın vacib hissələridir və bu, postpandemiya dövründə dünyada çox vacib amil olacaq.

Türkiyədə fəaliyyət göstərən TANAP şirkətinin baş direktoru Saltuk Düzyol da Azərbaycanın Avropa üçün əhəmiyyətinin artdığını vurğulayır:“Dəfələrlə qeyd etdiyim kimi, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Avropa İttifaqının mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsi üçün geniş imkanlar yaratmaqla bərabər, Azərbaycanı Türkiyənin ikinci böyük qaz tədarükçüsü və Avropa üçün yeni bir qaz təchizatçısı halına gətirib. Məhz bu layihə sayəsində qarşıdakı illərdə Türkiyə və Avropa İttifaqı əvvəllər hasil edilməyən potensial mənbələrdən də qaz tədarük etmək fürsəti əldə edə bilər. “Cənub Qaz Dəhlizi” sayəsində tarixdə ilk dəfədir ki, Azərbaycan qazı birbaşa Avropaya çatdırılacaq. Bu baxımdan sözügedən layihə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Layihə Türkiyə və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqdadır. Layihə çərçivəsində çox sayda Azərbaycan və Türkiyə şirkət və müəssisələri inşaat, tədarük və xidmət sahələrində fəaliyyət göstərib. Bu şirkət və müəssisələr götürdükləri öhdəlikləri uğurla başa çatdırma sertifkatları ilə digər nəhəng iqtisadi layihələrdə iştirak şansı qazanıb. Şirkət və müəssisələrin əldə etdiyi təcrübə onların rəqabətədavamlı fəaliyyət göstəricisidir”.

Bütün bunlar fonunda diqqət çəkən əsas məqamlardan biri isə Azərbaycanda qaz ehtiyatlarının artımıdır. Ölkəmizlə enerji sahəsində sıx əməkdaşlıq edən BP şirkətinin son açıqlamasında deyilir ki, 2019-cu ilin sonuna Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,8 trilyon kubmetr həcmində qiymətləndirilir. İcmala əsasən, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın qaz ehtiyatları 2,1 trilyon kubmetr həcmində qiymətləndirilib. Beləliklə, il ərzində qaz ehtiyatları 0,7 trilyon kubmetr və ya 33,3% artıb. Azərbaycanda bu artım dünya ehtiyatları ilə bağlı rəqəmlərin də dəyişməsinə öz təsirini göstərib. BP qeyd edir ki, 2019-cu ilin yekunları üzrə dünyada sübut edilmiş qaz ehtiyatları 1,7 trilyon kubmetr və ya 0,86% artaraq 2018-ci ilin sonuna olan 197,1 trilyon kubmetrdən 198,8 trilyon kubmetrə çatıb. Dünyada qaz ehtiyatlarının ən çox artımı Çin  və Azərbaycanın hesabına təmin edilib. Bütün bunlar nəticə etibarı ilə beynəlxalq miqyasda Azərbaycana olan marağın daha da artması ilə müşayiət olunur. Bu fonda Qərb dünyasında Azərbaycanla enerji sektorunda əməkdaşlığa marağın artması da təbii hal sayılır.

Tahir TAĞIYEV

 



VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Səyyahların Laçına səfəri başlayıb

11.07.2025 / 15:42
“Terrorsuz Türkiyə” prosesinə rəsmən start verildi - bir qrup PKK-çı silahı yerə qoydu...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910