Cümə günü, 30 oktyabr 2026
     

Avropa Məhkəməsində erməni fiaskosu - 2004-cü ildəki hadisəyə görə Azərbaycan dövlətini hüquqi məsul tərəfə çevirə bilmədilər...

Image


 Avropa Məhkəməsi 2004-cü ildə Macarıstanda erməni kurs yoldaşı Qurgen Markaryanı təhqirə görə qətlə yetirmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı qərarını açıqlayıb. Qərar Markaryanın ailəsinin şikayəti əsasında çıxarılıb. Markaryanın ailəsi, Azərbaycanla yanaşı, Macarıstandan da şikayətçi olub.

Qərara əsasən, Azərbaycan şikayətçi tərəfə 15 min 143,33 funt-sterlinq təzminat ödəməlidir.

Ramil Səfərov uzun illərdir Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulub. O, 2004-cü ildə NATO-nun proqramı çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarında iştirak edib. Markaryan da həmin kursun iştirakçılarından olub. Qurqen Markaryan bir neçə dəfə R.Səfərovu və Azərbaycanı təhqir etdiyinə görə azərbaycanlı hərbçi onu qətlə yetirib.

2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsində çıxarılan hökmə əsasən, R.Səfərov ömürlük azadlıqdan məhrum edilib. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müraciəti əsasında R.Səfərovu öz ölkəsinə təhvil verib. R.Səfərov Azərbaycana gətiriləndən sonra Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Şikayətçi tərəf Avropa Məhkəməsindən Azərbaycanın üzərinə R.Səfərovun əfv olunması barədə sərəncamın ləğv olunması, onun yenidən həbsxanaya salınması öhdəliyinin qoyulmasını istəyib. Amma Avropa Məhkəməsi bunu məqsədəuyğun saymayıb. Bunu Ermənistanın növbəti dəfə öz istəyinə çata bilməməsi kimi dəyərləndirə bilərikmi?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məhkəmə işi   Ermənistanın, bu qədər haqsız olduğu halda, 90-cı illərdə  Azərbaycan əleyhinə beynəlxalq səviyyədə formalaşdırmağa çalışdığı “vəhşi imici” kampaniyası ruhunda olan təşəbbüsü idi:”Ramil Səfərov məhkəmə prosesi davam edən iki  il ərzində Ermənistanın təbliğat maşınının bu hadisəni təhrik əsasında fərdin fərdə qarşı törətdiyi cinayət olaraq deyil, sifariş əsasında erməni hərbiçisinə qarşı əməliyyat olaraq qələmə verməyə çalışırdı və bu istiqamətdə bütün mümkün daxili və xarici təbliğat resusrsları səfərbər olunmuşdu.

Sırf AİHM–də  “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” şikayətinin də əsasında hüquqi məqsəddən daha çox yuxarıda qeyd etmdiyim bu siyasi məqsədlərdə Avropa Məhkəməsini də vasitə olaraq istifadə etmək niyyəti güdürdü. Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmaığını, yəni Ramil Səfərovun əməlin törədilməsi zamanı fərdi çıxış etdiyini və Azərbaycan hökumətini təmsil etmədiyini, Azərbaycanın bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşımadığını qəbul etdi.

AİHM-nin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə verdiyi qərarda isə Ermənistanın əsas çəkişmə obyekti olan “əfv fərmanının ləğvini və ya Ramil Səfərova yenidən iş açılması tələbini təmin etməyib. Şikayətin diğər aspekti olan yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. AİHM həm də bu  qərara gəlib ki, Azərbaycan və Macarıstan Konvensiyanın 38-ci maddəsini - məhkəmə araşdırmasını pozmayıb.

Qərara görə, Azərbaycan və Macarıstan Avropa  Konvensiyasının 2-ci (yaşamaq hüququnu) pozmayıb, Azərbaycan isə 14-cü (ayrıseçkiliyin qadağan olunması) maddəsini  pozub.

Şikayətin diğər bəndi - 2012-ci ildə Macarıstan hakimiyyətinin zəmanət almadan Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanın müraciətini təmin etməsi isə ümümiyyətlə Ermənistan tərəfindən ekstradisiya haqqında  Avropa Konvensiyasına ziddir. Belə ki, ekstradisiya haqqında qanuna görə, Avropa Şurasının üzv dövlətləri arasında ikili mübadilədə, yəni “Sorgu edən tərəflə razılığa gələn tərəf” arasında müəyyənləşdirdiyi səlahiyyətlər heç bir halda onlardan birinin daxili konstitusiya və  qanunvericiliyin şərttlərinin pozulması ilə müşayiət oluna bilməz. Ramil Səfərovun əfv olunması Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının müstəsna səlahiyyəti olan “əfv etmək səlahiyyəti” ilə həyata keçirilib və heç bir xarici ölkə ilə ikili razılaşma bunu qadağan edə bilməzdi.

Bundan kənarda isə AİHM-in 2015-cı ilin 16 iyun tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın üzərinə məsuliyyəti hüquqi təsbitini tapmış bir qərarı mövcuddur.

“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə AHİM Dağlıq Qarabağda məhz Ermənistan ordusu və bu ölkənin məhkəmə-hüquq sisteminin mövcudluğu hüquqi təsbitini tapıb.

Eyni qərarın analoqiyasını yaratmağa təşəbbüs edən  Ermənistan hər vəchlə bu iş üzrə məsuliyyətdən kənarlaşmağa çalışır, ancaq istəklərinə yenə nail ola bilmədilər”.

Hüquqşunas Mehman Muradlı da qəzetimə bildirdi ki,  Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur: “Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib. Birincisi, məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib. Azərbaycana, onun bayrağına və məmləkətimizin layiqli övladına dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ