çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənilərin dağıtdığı tarixi Sərdar sarayı - Tiflis muzeyində yaşayan izlər...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında bir zamanlar İrəvan qalasının şimal-şərqində yerləşən keçmiş xan sarayından - Sərdar sarayından danışacağıq. O Sərdar sarayından ki, bu gün də adı dillərdə əzbərdir, eksponatlarının müəyyən bir hissəsi yaşayır, amma özünün daşı daş üstündə qalmayıb.

1510-cu ildə İrəvan qalası tikilən vaxtdan mövcud olan saray İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılıb, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirir. Sərdar sarayının populyarlığı da məhz bundan sonra başlayır. Sərdar sarayı və onun Güzgülü salonu bütün Qafqazda məşhur idi. Qərbi Azərbaycana, bütövlükdə Qafqaza gələn səyyahlar məhz bu sarayla maraqlanırdı.

  • Sərdar sarayının tarix yazan divarları

Tədqiqatçılar qeyd edir ki, Sərdar sarayının böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833) Rüstəm və Söhrabın portretləri vardı.

  • Sarayın faciəli günləri...

Mütəxəssislər qeyd edir ki, saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb, dağıdılıb. Saraydakı portretlər isə çıxarılaraq Tiflisə aparılıb, hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılmaqdadır. O da vurğulanır ki, 1918-ci ildə ermənilər sarayı yerlə-yeksan ediblər. Mətbuatda gedən məlumata görə, sarayı yer üzündən sildikdən sonra ermənilər orada öz maraqlarına uyğun obyekt tikiblər. Belə ki, hazırda onun yerində Ararat Şərab zavodu yerləşir. Ekspertlər vurğulayır ki, Sərdar sarayının dağıdılması məqsədyönlü xarakter daşıyırdı, məqsəd isə bizim izimizi oradan silmək olub.

Bildiyimiz kimi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi Sərdar sarayı ilə bağlı maraqlı və ətraflı bir yazı yazmışdı. Həmin yazıda çox diqqət çəkən məqamlar var. “...Sərdar sarayının artıq XIX əsrin sonlarından dağılmağa başladığı, məhz bu səbəbdən onun divar tablolarının və digər əmlakının XX əsrin əvvəllərində Tiflisə gətirildiyi, bununla belə, sarayın hələ sovet hakimiyyətinin ilk illərində mövcud olduğu, 1927-ci ildə İrəvana gələn insanların onu tarixi abidə kimi seyr etdiyi, sarayın son qalıqlarının və İrəvan qalasının isə bütünlüklə 1964-cü ildə sovet Ermənistanı rəhbərliyi tərəfindən buldozer ağzına verilərək həqiqətən “yerlə yeksan edildiyi” kimi faktlar qarşısında bu sarayın, xüsusilə onun maddi sərvətlərinin taleyi haqqında əsl həqiqətin tarixçilərə məlum olmadığına inanmaq istəmirəm. Odur ki, bu haqda hər halda müəyyən məlumat tapacağım ümidi ilə müvafiq mövzuda İnternetdə sorğu verirəm və dərhal sarayın tarixinə həsr olunmuş bir neçə sayta rast gəlirəm. Azərbaycan Prezidenti Administrasiyası Kitabxanasının “İrəvan şəhəri” elektron resursunun Memarlıq və incəsənət bölməsinin “Xan sarayı” adlı hissəsində Sərdar sarayının inşası, xanlıqlar və rus işğalı dövrü tarixi daha müfəssəl şərh edilir.
Səfəvilər dövründən başlayaraq Qacarlara qədər İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı olmuş İrəvan qalası və sarayının 300 illik tarixi üzərində dayanmayaraq, onunla kifayətlənək ki, xanlıqlar dövrü, xüsusilə Hüseynəli xan Qacarın (1759-1783) və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti illəri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü olmuş, sözügedən Sərdar sarayı da Hüseynəli xan hakimiyyəti zamanı inşa edilmiş və öz zamanının məşhur memarı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulmuşdur. 1791-ci ildə Məhəmməd xan Qacarın sarayda Güzgülü salonu və Sərdar bağındakı Yay imarətini inşa etdirməsi ilə bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır. 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə saray kompleksi əsaslı təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə olunmusdur.
Lakin XIX əsrin əvvəllərində tarixən böyük vuruşlar görmüş İrəvan qalası yeni düşmənlə üzləşmişdir. 1804-cü ildən başlayaraq Sərdarabad qalası çar Rusiyasının hücumlarına məruz qalmış, müqavimət göstərmiş və yalnız 1827-ci ildə rus “silahının” gücü qarşısında tam süquta uğramışdır. İrəvan şəhəri və qalası ilə birlikdə Sərdar sarayının da yeni sahibləri onun yeni tarixini yazmışlar.
Sərdar sarayında əvvəlcə 1827-ci il 6 oktyabrda yaradılan İrəvan “Müvəqqəti idarəsi”nin, daha sonra 1828-ci il martın 20-də (Türkmənçay müqaviləsi bağlandıqdan sonra) İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaradılan “Erməni vilayəti”nin administrasiyası yerləşmişdir.
1827-ci ilin oktyabrında, İrəvan qalasının süqutundan bir qədər sonra Qafqazda sürgündə olan rus zabitləri - dekabristlər Sərdar sarayının Güzgülü salonunda A.S.Qriboyedovun məşhur “Ağıldan bəla” əsərini onun özünün iştirakı ilə tamaşaya qoymuşlar. Bu hadisə öz müəllifinin sağlığında oynanılan ilk və yeganə tamaşa kimi tarixə düşmüşdür. Həmin dövr diplomatik fəaliyyət göstərən A.S.Qriboyedov özü isə hələ 1819-cu ilin fevralında Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi İrəvan xanının sarayında olmuş, sərdar Hüseynqulu xanın qonaqların şərəfinə Güzgülü zalda verdiyi ziyafətdə iştirak etmiş, sonradan öz yazılarında Güzgülü zalın bütün detalları ilə ətraflı təsvirini vermiş, sərdar Hüseynqulu xanı İrəvan xanlığında Allahdan sonra birinci, Qacarlar dövlətində isə nüfuzuna görə üçüncü adam kimi qiymətləndirmişdir”.

  • I Nikolayın gecələdiyi saray...

Professor Tohidi yazır ki, 1837-ci ildə Rusiya imperatoru I Nikolay 23 ildən artıq müddətdə “alınmaz qala” kimi şöhrət qazanmış İrəvan qalasına gəlmiş, Sərdar sarayında gecələmiş, Güzgülü zalda İrəvan şəhəri əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini qəbul etmiş və xatirə olaraq bu zalın divarına öz adını yazmışdır (sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı).
“Sonrakı dövrlərdə Sərdar sarayı haqqında məlumatlara İrəvan qalasını seyr etmiş əcnəbi, eləcə də rus səyyahlarının və alimlərinin yazılarında rast gəlinir. 1833-cü ildə Qafqaza səyahət etmiş fransız səyyahı, geoloq və rəssamı Frederik Düyuba de Monperenin Parisdə nəşr etdiyi 6 cildlik “Qafqaz ətrafına səyahət” kitabında Sərdar sarayının Güzgülü zalının interyerinin, divarlarındakı rəsmlərin və divar naxışlarının, həmçinin sərdar Hüseynqulu xanın hərəmxanasının həyətinin şəkilləri öz əksini tapmışdır.
1843-cü ilin avqustunda İrəvana gəlmiş alman səyyahı Avqust fon Haksthauzen şəhərdəki əyan saraylarının “xarabalıqlar içərisində” olduğu, “məscidlərdən birinin Yunan-Rus kilsəsinə, digərinin silah anbarına çevrildiyi”, “Sərdar sarayı salamatdır, lakin onun əlavə tikilisi olan hərəmxana hospitala çevrilmişdir” kimi şəhadətlər gətirir. Güzgülü zalın təsvirini verən səyyah “İslam dininin ziddinə olaraq” sarayın divarlarında Fətəli şahın, onun oğlu Abbas Mirzənin, sonuncu sərdar Hüseynqulu xanın, onun qardaşı Həsən xanın portret rəsmlərinin, eləcə də İranın Rüstəm, İsfəndiyar və digər pəhləvanlarının qəhrəmanlığını əks etdirən, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında çəkilmiş tabloların olduğunu göstərir. A.F.Haksthauzen hələ 1843-cü ildə Sərdar sarayı da daxil olmaqla, İrəvan qalasının vəziyyətindən aldığı ümumi təəssüratını belə bir cümlə ilə ifadə edir: “Rus məmurları nadir hallarda tarixi binaların və abidələrin qorunması hissinə hakim olurlar”.
1864-cü ildə İrəvan qalasının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulması müəyyən müddət baxımsız qalan Sərdar sarayının dağılma prosesini sürətləndirir. 1865-ci ildə qala ərazisinin bir hissəsinin Nerses Tahiryan adlı erməni taciri tərəfindən satın alınaraq orada konyak zavodu inşa etməsi ilə şəhərin erməni əhalisinin bu dağıdıcı proseslərdə iştirakı başlayır. Xan sarayının istər təbii şərtlər nəticəsində, istər insan əli ilə yararsız vəziyyətə düşməsi onun, ümumiyyətlə, sökülməsi məsələsini gündəmə gətirir. Sarayın sökülməsində maraqlı olanlar onun 1850-ci ildə baş vermiş zəlzələ, 1865-ci ildə isə güclü tufan nəticəsində ciddi ziyan gördüyünü arqument kimi irəli sürürdülər. Lakin bu məsələdə A.F.Haksthauzenin rus məmurlarının tarixi binaların və abidələrin qorunması hissinə hakim olmalarına dair söylədiyi həmin “nadir hal” baş verir. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar sarayının Güzgülü zalının təmiri üçün 1967-ci ildən başlayaraq mütəmadi olaraq müəyyən vəsaitlər ayırmağa başlayır.
1867-1880-ci illərdə xan sarayında dəfələrlə aparılan təmir işlərinə Güzgülü zalın divarlarındakı portretlərin və ornamental kompozisiyaların bərpası da daxil idi və bu işlərin bir qismi Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrəvani (1826-1875) tərəfindən görülmüşdür.
1880-ci ilin oktyabrında İrəvan qalasında olmuş məşhur Rusiya arxeoloqu qrafinya P.A.Uvarova özünün Qafqaz ekspedisiyasının nəticələrinə dair 1887-ci ildə Moskvada nəşr etdirdiyi “Qafqaz. Yol qeydləri” kitabının I cildində xan sarayının əsasən uçulub dağılmış vəziyyətdə olduğu, “Bütünlüklə sırf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsmlərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalının salamat” qaldığı kimi şəhadətləri rus məmurlarının nə üçünsə bütünlükdə İrəvan qalasının, yaxud xan sarayının deyil, əsasən sarayın Güzgülü zalının qorunub saxlanmasına diqqət yetirdiklərini göstərir. Bununla belə, 1886-cı ildə Sərdar sarayı bir daha təmir olunmuş, o cümlədən sarayın divarlarındakı 8 portret bərpa edilmiş, zal yenidən güzgülərlə bəzədilmiş, sarayın damı dəmir təbəqə ilə örtülmüş, pərdələri şəbəkə üslubunda pəncərələrlə əvəzlənmiş, “Min bir gecə” səhnələrini xatırladan divar rəsmləri əvvəlki görkəmini almış, zalın ortasında olan mərmər fontan qorunub saxlanılmışdır”...

  • Yol gözləyən saray eksponatları və əmlakı...

S.Tohidi qeyd edib ki, Sərdar sarayına həsr edilmiş bir çox yazılarda, o cümlədən “İrəvan şəhəri” elektron resursunda tarixçi-tədqiqatçı Nazim Mustafa tərəfindən çoxsaylı sənədlər əsasında hazırlanmış irihəcmli tarixi oçerkdə Sərdar sarayındakı “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretlərinin hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portretinin isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanıldığı göstərilir.
“...Sərdar sarayının Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan və 100 ildən artıq öz yiyəsini gözləyən əmlakı - bəzəkli divar daşları, portretlər, mebel, xalça və s. qiymətli sənət əsərləri olmaqdan daha çox bu ərazilərin mənsubiyyət tarixinə dair maddi sübut kimi müstəsna əhəmiyyət kəsb edir. Zənnimizcə, tez bir zamanda gürcü həmkarlarımızla birlikdə bu əsərlərə dair birgə proyektlər (albom, buklet, sərgi və s.) hazırlanmalı, istər Azərbaycan, istər beynəlxalq ictimaiyyət onlarla məhz İrəvan xan sarayının bugünümüzə çatmış nadir inciləri kimi tanış olmalıdır.
Bu orijinal nümunələrdən əlavə İrəvan qalası və Sərdar sarayının müxtəlif illərdə xarici və rus rəssamları, həvəskarlar və fotoqraflar - Düyuba de Monpere, H.Linç, Vladimir Moşkov, Qriqori Qaqarin, Dmitri Yermakov, Tatyan və digərləri tərəfindən çəkilmiş rəsm əsərləri və fotolar da albom, buklet və başqa formatda nəşr olunmalıdır. Tarixçi-tədqiqatçı Nazim Mustafanın yazdığına görə, rus fotoqrafı D.Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan xan sarayının bütün detallarını əhatə edən fotoşəkillər də hazırda Gürcüstan Dövlət Muzeyində D.Yermakova aid kolleksiyada saxlanılır... Bu fikirlər professor S.Tohidinin Sərdar sarayı ilə bağlı yazısındandır. Onu da vurğulayaq ki, bir neçə il əvvəl sarayın eksponatların xeyli  hissəsi Heydər Əliyev Mərkəzində açılan “Tarixin şah əsərləri” adlı sərgidə nümayiş olunur. Qacarlar sülaləsi dövründə yaradılan və toplanan Azərbaycan incəsənəti nümunələri, İrəvan xanlarının sarayı və ya Sərdar Sarayından yadigar qalan məişət əşyalarının nümayiş olundu. Məlumdur ki, Sərdar sarayına aid eksponatların heç də hamısı qalmayıb, onların xeyli hissəsi məhv edilib. Qalanlar isə Sarayın başqa əmlakı ilə bərabər başqa ölkədədir, daha dəqiq desək Gürcüstandadır. Hesab edirik ki, Qərbi Azərbaycana qayıdışla bağlı proseslərdə Sərdar sarayının əmlakının, varidatının qaytarılması məsələsi də aktual olacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ