Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ağaverdi Paşayev Roza Cəlilovanın tənqidlərinə cavab verdi - “Vaxtilə bu kollektivi saxlamaq üçün “şirinlik” də verməyə hazır idik”...

Image


Qəzetimizin ötən saylarından birində “Mədəniyyət Nazirliyinin Rusiya Xalq artisti ilə maliyyə maxinasiyası...” başlıqlı yazı dərc etmişdik. Yazıda  Xalq artisti, “Şöhrət” ordenli və “Prezident təqaüdçüsü” Roza Cəlilovanın da fikirləri yer almışdı. R.Cəlilova müsahibəsində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyətindən narazılığını bildirməklə yanaşı, kollektiv rəhbərliyinin öz işinin öhdəsindən gələ bilmədiyini vurğulamışdı.

Tanınmış dirijor və pedaqoq, Xalq artisti, professor F.Əmirov adına “Əməkdar kollektiv” - Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayev redaksiyamızla əlaqə saxlayaraq bəzi məsələlərə aydınlıq gətirdi.

A.Paşayev qeyd etdi ki, yazıda Azərbaycan Dövlət Rəqs Ansamblı ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı qarışdırılıb.

  • “Cəmilə xanım Bayramovanın səhhəti ilə əlaqədar kollektivdən gedişindən sonra da...”

 “Fikrət Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1936-cı ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Üzeyir bəy Azərbaycan musiqi mədəniyyətinin xəzinəsini zənginləşdirmək və milli musiqini təkmilləşdirmək, nota köçürərək geniş xalq kütləsinə çatdırmaq, gələcəkdə Avropa musiqisinə inteqrasiyasını təmin etmək məqsədilə kollektivi yaratdı. Müxtəlif dövrlərdə kollektivə Ü.Hacıbəyovla yanaşı, tanınmış bəstəkarlardan Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişiblər. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı rəqsləri, xor əsərləri təşkil edir. Azərbaycan musiqi mədəniyyətinin təbliğində müstəsna xidmətlərinə görə ansambl 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülüb. 1992-ci ildə kollektivə böyük bəstəkarımız Fikrət  Əmirovun adı verilib. 2000 ci ildə kollektivin tərkibində Xalq Çalğı Alətləri Orkestri yaradılıb. 20 ildən artıqdır kollektivə mən rəhbərlik edirəm. Kollektivə rəhbər təyin olunduğum zaman ansambl çətin dönəmini yaşadığı dövrə təsadüf edirdi. Belə ki, Filarmoniya binasının fəaliyyət göstərməməsi ilə əlaqədar daimi məşq zalının olmaması, bəzən şəraitin olmaması, əməkhaqlarının isə aşağı olması peşəkar kadrların uzaqlaşmasına,yeni kadrların kollektivdə çalışmağa istəklərinin, demək olar ki, qalmamasına gətirib çıxarmışdı.Yeri gəlmişkən, bizə “şirinlik” müqabilində işçiləri işə götürmək ittihamı ilə ləkə yaxanların nəzərinə çatdırmaq istərdim ki, o dönəmdə kadrları saxlamaq və yenilərini cəlb etmək üçün biz “şirinlik” verməyə hazır idik ki, kollektiv yaşasın. Bununla belə, ağır şəraitə və məvacibin aşağı olmasına baxmayaraq, o zaman kollektivi tərk etməyən, mənimlə çiyin-çiyinə çalışan fədakar işçilər də oldu. Bunlardan ansamblın direktoru Elçin Abbasov, ansamblın baletmeysteri Cəmilə Bayramova, rəqqaslar Ceyhun Qubadov, Elnur Süleymanov, xor artistləri Cavanşir Əhmədov, Çingiz Əsədov, Xuraman Talıbzadə və s. misal çəkə bilərəm. Bəziləri bu günə qədər də uğurla fəaliyyətlərini davam etdirirlər. Dövlətimiz onların əməyinə layiqli qiymət verərək “Xalq artisti”,“Əməkdar artist” fəxri adlarına layiq görüb. Fədakarların sayəsində ansambl yaşadı və yaratmaqda davam etdi. 2003-cü ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Filarmoniya binasının yüksək səviyyədə təmir olunaraq kollektivlərin ixtiyarına verilməsi Filarmoniyanın digər kollektivləri kimi, Mahnı və Rəqs Ansamblına yeni nəfəs gətirdi”.

A.Paşayev vurğuladı ki, artıq mövcud binanın olması onlara kollektivə yeni kadrlar cəlb etməyə imkan verdi. “Repertuarda olan bəzi bəstəkar əsərləri artıq ansamblın tərkibində fəaliyyət göstərən Xalq Çalğı Alətləri Orkestrinə notlaşdırılaraq daha dolğun müşayiətlə ifa olundu. Aparılan yorulmaz fəaliyyət və qarşıya qoyulan məqsədə nail olmaq üçün irəlidə çox iş görülməli idi .Növbəti mərhələdə respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlar etmək və yarandığı gündən uğurlu çıxışları ilə yadda qaldığı qastrolların coğrafiyasını bərpa etmək və yeni nailiyyətlər qazanmaq idi. Artıq 2004-cü ildən başlayaraq, mütəmadi olaraq, respulikamızda keçirilən dövlət əhəmiyyətli tədbir və yubileylərdə çıxışlar etməyə başlayır, eyni zamanda, xarici qastrol səfərlərinə gedir. 2006-cı ildə hörmətli Prezidentimiz İlham Əliyevin kollektivin səmərəli fəaliyyətinə görə əməkhaqlarımızı 3 dəfə qaldırması ilə işçilərdə böyük ruh yüksəkliyi yarandı. Düzdür, Filarmoniyanın digər kollektivlərindən əməkhaqlarımız bir neçə dəfə fərqlənsə də (Heydər Əliyev 2003-cü ilə qədər digər kollektivlərin maaşlarını 5 dəfəyə qədər artırmışdı), artıq kollektivdə peşəkar baletmeyster Fərhad Vəliyev rəqs qrupuna, Əməkdar artist Sevil Hacıyeva xormeyster olaraq xor qrupunda fəaliyyət göstərmək üçün dəvət olundu. Yeni rəqslər, musiqili xoreoqrafik tamaşalar quruldu. Bunlardan Qarabağ müharibəsinə həsr olunmuş ”Vətən övladları”nı xüsusilə vurğulamaq istərdim.

2007-2010 illərdə Misir, Rusiya Federasiyasının Samara şəhəri, Belarus, Moldova, İran İslam Respublikası, Mərakeşdə Azərbaycan Mədəniyyət günlərində uğurlu çıxışları qeyd edə bilərəm. Bu cür misalları çox çəkmək olar. Sonrakı illərdə baletmeyster Cəmilə xanımın və xormeyster, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin fəaliyyətini də xüsusilə qeyd edə bilərəm.

“Deyirlər ki, toy olacaq” tamaşası növbəti işbirliyinin bəhrəsi oldu. Tamaşada elimizin toyla bağlı əksər adət-ənənəsi xalq mahnı və rəqslərimizlə təqdim olunub. Sevilən tamaşalardan biridir.

2013-cü ildə kollektivin yaradıcısı dahi Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasının 100 illiyi ilə əlaqədar muzikl-tamaşa hazırladıq. Bir çox uğurlu konsertdən sonra “Türksoy” təşkilatı ilə Qazaxıstanın Karaqanda, Astana, sonra isə Fransanın Paris və Strasburq şəhərlərində konsertlərlə gözəl çıxışlarımız oldu. Bu illər ərzində zamanında kollektivdə çalışan veteran rəqqaslar Roza Cəlilova, Ramiz Eynullayev, Aliyə Ramazanova, Zemfira xanım, Nisə xanım, Xanlar Bəşirov dəvət olunaraq köhnə rəqslərin bərpasında yaxından iştirak etmişlər. Biz təhsilə, rəqqasların ali savad almalarına da böyük önəm verirdik. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması onlara gözəl imkanlar açdı. Hazırda ansamblın 8 rəqqası orada təhsil alır, bəziləri isə artıq bitirmişlər. Anasamblda özlərinin istedadlarını göstərmək üçün onlara böyük imkanlar yaradılır. Yeni rəqslərə quruluşlar verirlər. İnanıram ki, zaman gələcək, xoreoqrafiya sahəsində müxtəlif janrda tamaşalara xoreoqrafik quruluş vermək üçün kənardan deyil, yerli kadrların bacarıqlarından istifadə ediləcək. Cəmilə xanım Bayramovanın səhhəti ilə əlaqədar kollektivdən gedişindən sonra da ansamblın uğuru yüksək dinamika ilə inkişaf etməkdə davam edirdi. Artıq konsertlərdə və qastrol səfərlərində qazanılan uğurlara beynəlxalq festival və müsabiqələrdə qazanılan yüksək mükafatlar da əlavə olundu. Xor artistləri də fərdi olaraq beynəlxalq vokal müsabiqələrində iştirak edərək, mükafat və diplomlara layiq görülürlər. Son illərdə ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərin açılış və bağlanış mərasimlərində də Mahnı və Rəqs Ansamblı uğurlu çıxışları ilə yadda qalıb.

2008-ci ildə Rusiyanın İqor Maiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının 70 illik yubileyinə dəvət, 2012-ci ildə “Avroviziya” musiqi yarışması, 2013-cü ildə Bakı Türk dünyasının mədəniyyət paytaxtı, 2015-ci ildə 1-ci Avropa Oyunları, 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi, 2016-cı ildə Böyük Britaniya Kraliçası 2-ci Yelizavetanın 90 illik yubileyində iştirak, 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunları, 2018-ci idə Cümhuriyyətin 100 illik yubileyi, 2019-cu ildə Pekində keçirilən Asiya Mədəniyyət Festivalı, müxtəlif illərdə beynəlxalq muğam festivallarında, 2019-cu ildə cənab Prezidentin sərəncamı ilə dahi şair Nəsiminin 650 illiyinə həsr olunan ilin bağlanış mərasimində bəstəkar Firəngiz Əlizadənin musiqisinə Rusiya Federasiyasının Xalq artisti E.Smirnovun quruluş verdiyi “Nəsimi” passionundakı çıxışlarını və “Mədəniyyət” kanalının layihəsi olan, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Mübariz” musiqili tamaşası və s. misal göstərə bilərəm. 2019-cu ildə iki mötəbər beynəlxalq rəqs müsabiqələrində yüksək mükafatlar qazandı. Apreldə Qırğızıstanın Oş şəhərində türkdilli dövlətlərin iştirakı ilə keçirilən müsabiqədə 1-ci yer, sentyabrda Özbəkistan Respublikasının Xarəzm vilayətinin Xiva şəhərində keçirilən, dünyanın dörd bir tərəfindən 100-dən artıq rəqs qruplarının iştirakı ilə keçən yarışmada uğurlu çıxışa görə münsiflərin yekdil qərarı ilə “Qrand prix” mükafatına layiq görülüb. Bu mükafat respublikamızda professional rəqs ansamblları arasında qazanılan ilk, kollektivin isə 3-cü yüksək mükafatdır. Belə ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1958-ci ildə Misirdə qazandığı qızıl medaldan sonra böyük uğurlara 60 ildən sonra qayıdışı sanmaq olar. 2018-ci ildə kollektivin 80 illik yubileyi ADAF-da geniş qeyd olundu. Yubileyin ən yaddaqalan təsirli anlarından biri isə həmişə adlarını ehtiramla xatırladığımız hörmətli veteranların dəvət olunması və onların ifasında möhtəşəm kompozisiyanın ifası idi. Kollektivin çıxışları lentə köçürülür, televiziya kanallarıımızın qızıl fondunda qorunur. Böyük zəhmət nəticəsində əldə olunan şərəfli yaradıcılıq yolu davam edir. Hazırda dövlətimiz tərəfindən “Əməkdar artist” fəxri adına layiq görülmüş 6 rəqqas, 3 xor artisti, 1 Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi, 3 musiqiçinin olması, eyni zamanda, istedadlı gənclərin yetişməsi qürurvericidir. Dövlət Mahnı və Rəqs Ansamblı yüksəliş dövrünü yaşayır və kollektiv olaraq hələ uzun illər Azərbaycan mədəniyyəti və incəsənətinə şərəflə xidmət edəcək, kollektivin adı hər yerə qızıl hərflərlə yazılacaq” - deyə A.Paşayev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ