DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 28-də Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanıb.
Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilib.
Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Bakı sakini, əvvəllər məhkum olunmuş İ.Şərifovdan 485 qram, Yevlax RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Marzılı kənd sakini A.Musayevdən isə 135 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.