Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 22 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Ağcabədi rayonu ərazisində Hindarx qəsəbə sakini Ə.Cənnətovu qətlə yetirməkdə şübhəli bilinən M.Qasımov da saxlanıb.
Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Eyni zamanda, polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində də silah-sursat tapılıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının yanvarın 23-də daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu Daşburun dəmir yolu stansiyasının ərazisindən 1 ədəd “F-1” qumbarası, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd işarəverici fişəng, 7 ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd sökülmüş vəziyyətdə olan “TOZ 8” markalı tüfəng aşkar edilərək götürülüb.
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbə sakini B.Axundov saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən əlavə olaraq çəkisi 509 qram heroin də aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Rusiya vətəndaşı X.Qəribov saxlanıb.
Yanvarın 24-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.İsayeva bir gün əvvəl çantasından 1800 manat pulunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Yanvarın 23-də saat 6 radələrində isə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini olan bir qadının bıçaq xəsarəti ilə xəstəxanaya gətitilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib. Araşdırmalarla bıçaq xəsarətinin münaqişə zəminində yetirildiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Nəcəfov polis əməkdaşları tərəfindən saxlanıb.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan E.Mustafayev könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində isə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əskərov saxlanıb. Onun üzərinə keçirilən baxış zamanı psixatrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F. Əsgərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram narkotik vasitə heroin, 1,7 qram tiryək, 2 qram psixotrop maddə hesab edilən metamfetamin və metadon aşkar edilərk götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-nin istintaq bölməsində cinayət işi başlanıb, araşdırma davam etdirilir.
Natiq CAVADOV Polis...