DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Mütəllimov saxlanıb. Şəxsi axtarış zamanı ondan çəkisi 450 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.