DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi əlavə 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində saxlanan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə 1,2 kiloqram heroin götürülüb.