DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanaraq polis idarəsinə gətirilib və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret folqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan narkotik vasitə - heroin aşkar olunub. N. Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evdən isə 24 ədəd siqaret folqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N. Tağıyevə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov olduğu müəyyən edilərək, Kəpəz RPİ-nə gətirilib. Onun evinə baxış keçirilən zaman 11 ədəd kibrit qutusunda və 1 ədəd sellofanda ümumi çəkisi 75.26 qram çəkidə narkotik vasitə olan marixuana və evin müxtəlif yerlərindən ümumilikdə 36 ədəd siqaret folqasına bükülü olan ümumilikdə 4.92 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.