DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş T.Tarverdiyev saxlanıb. Ondan 202 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini İ.Məhərrəmov Binəqədi rayonu ərazisində saxlanıb.
İ.Məhərrəmova narkotik vasitəni satmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilib. Görülmüş tədbirlərlə S.Ordıyev də Nərimanov rayonu ərazisində saxlanıb. Ondan 301 qramdan artıq heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.