Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Hücü kənd sakini, əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan çəkisi 270 qram marixuana götürülüb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Polis əməkdaşları tərəfindən aparılan tədbirlərlə narkotik vasitəni onlara satmaqda şübhəli bilinən Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov da müəyyən edilib. Görülmüş tədbirlərlə onlar saxlanıblar.
E.Əmənovdan 235 qram, N.Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.