Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.
Araşdrıma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı