DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.
Eşqin QASIMOV polis leytenantı