Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,RPŞ-nin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xanqərvənd kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Arzu Qasımov saxlanıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən qanunsuz yolla satış məqsədilə əldə edib saxladığı 2,2 qram qurudulmuş marixuana, həmçinin əlində olan ağ rəngli sintetik kisədən qanunsuz yolla satış məqsədilə əldə edib saxladığı 1,540 kiloqram çəkidə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı saxlanan şəxs həmin narkotik vasitəni Xanqərvənd kəndi ərazisində gizlətdiyini və şəxsi istifadəsi üçün yaşadığı ünvana aparmaq istədiyini deyib.
FaktlabağlıGoranboyRPŞ-dəaraşdırmaaparılır.
Eşqin QASIMOV polis leytenantı