Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı