DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.
38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Saxlanmış şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Hər iki faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı