Masallı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığ evdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı