Dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanıb.
Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə Biləsuvar rayon sakini Davud Abışovun və Bakı şəhər sakini Amil Məmmədovun 2500 manatını almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanıb.
Dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Maştağa qəsəbə sakini olan bir qadını aldadaraq 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı