Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən parfümeriya, 3 ədəd noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanıb.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı