Bakının Nərimanov və Nəsimi rayonları ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Araşdırmalarla onun Astara rayon sakini İbrahim Əlizadə olduğu, həmçinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini A.Qazıyevanın “Opel” markalı avtomobilindən içərisində 100 manat pul, sənəd, geyim əşyaları və açar olan çantanı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Sarıyev saxlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı