Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hyundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.
Dərhal Şöbədə araşdırmalara başlanıb, hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan, 2004-cü il təvəllüdlü İ.H saxlanıb. O, ifadəsində avtomobili talama məqsədilə yox, sürmək üçün qaçırdığını bidirib.
Araşdırma zamanı saxlanan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub.
Saxlanan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.