Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın 3 gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı