Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə Gəncə şəhərində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İbrahim Quliyev müəyyən edilərək saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı