27/06/2019 09:32
728 x 90

Polis idmançılar daha bir yarışda güclərini sınadılar - FOTO

img

Yanvarın 21-dən 23-dək daxili işlər orqanlarının əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib.

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində gerçəkləşən bu tədbirin açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. Şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədilə keçirilən bu yarışın əhəmiyyətini nəzərə çatdırıb.

O, Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanıdılmasında beynəlxalq miqyasda uğurlar qazanan daxili işlər orqanları əməkdaşlarının da əməyini qeyd edərək, 2018-ci ilin idman yekunlarına həsr olunan tədbirdə dövlət başçısı tərəfindən mükafatlandırılanlar arasında polis əməkdaşlarının və yetirmələrimizin olmasını da diqqətə çatdırıb, qiymətli hədiyyələri polis idmançıların əməyinə verilən layiqli qiymət kimi dəyərləndirib.

Yarışda Bakı şəhəri ilə yanaşı respublikanın Gəncə və Sumqayıt şəhər, rayon Polis Baş İdarə, İdarə və Şöbələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdirib.

11 komandadan 90-a yaxın əməkdaşın iştirak etdiyi bu yarışda ilk üçlükdə Əlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin komandaları qərarlaşıb.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Oruc Munirov, Mahir Əhmədov, Seymur Qurbanbəyov, polis mayoru Zaur Məcidov, polis kapitanları Aydın Həşimov, Dəyanət Ağayev, əməkdar məşqçilər Hikmət Hacıyev və Rəsul Məmmədov iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. M.Xıdırov bildirib ki, mütəmadi olaraq, paytaxtla yanaşı, bölgələrdə də ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər