Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qərb Ukraynanı Rusiya qarşısında tək qoya bilər

Image


NATO üzvü olan 30 ölkədən 20-nin Ukraynanı silahla təmin etmək üçün ayırdığı hərbi resursları əhəmiyyətli dərəcədə tükənib. Bu barədə ABŞ-ın “The New York Times” qəzeti hərbi-siyasi birliyin nümayəndəsinə istinadən xəbər verir.

Qəzetin NATO-dan olan həmsöhbəti aydınlaşdırıb ki, qalan ölkələr, yəni  əsas müttəfiqlər olan Fransa, Almaniya, İtaliya, Hollandiya hələ də Kiyevə hərbi yardım göstərmək iqtidarındadır. Mənbənin bildirdiyinə görə, ümumilikdə NATO Ukraynaya indiyə qədər 40 milyard dollar dəyərində silah göndərib ki, bu da Fransanın müdafiə büdcəsi ilə müqayisə oluna bilər. Məlumatda o da vurğulanır ki, Avropa İttifaqı Avropa Sülh Fondundan Ukraynaya göstərdikləri yardıma görə üzv ölkələrə ödədiyi üç milyard avrodan çox vəsaitin 90 faizi tükənib. Qeyd edək ki, 2021-ci ilin martında Avropa İttifaqı 2021-2027-ci illər üçün büdcəsi təxminən 5 milyard avro olan Avropa Sülh Fondunu təsis edib. Fond Avropa İttifaqına üzv dövlətlərin töhfələri hesabına maliyyələşdirilir. “The New York Times” ekspertləri həmçinin qeyd edirlər ki, hərbi əməliyyatlar zamanı münaqişənin hər iki tərəfi İkinci Dünya müharibəsindən bəri görünməmiş sürətlə silah və sursat istehlak edir. Belə görünür ki, Qərb ölkələri belə bir ssenariyə hazır olmayıblar. Qəzet NATO əsgərlərinin gündə 300 artilleriya atəşi açdığı Əfqanıstanı misal gətirir. Ukrayna bir gündə ABŞ-ın Əfqanıstanda bir ayda xərclədiyi qədər sursat xərcləyir. Məsələn, ötən yay Ukrayna Silahlı Qüvvələri Donbasda 6-7 min, Rusiya ordusu isə 40-50 min artilleriya mərmisi istifadə edib. ABŞ ayda bu mərmilərdən 15 000 ədəd istehsal edir. Qəzet yazır ki, Ukrayna silahlı qüvvələri gündə min raket ata bilir. Bundan başqa, onların hərbi yardım və Rusiya mərmilərindən müdafiə vasitələrinə ehtiyacları var. “The New York Times” Amerika və Ukrayna mənbələrinə istinadən belə məlumat da yayıb ki, Qərb ölkələrindən Ukraynaya verilən təxminən 350 haubitsanın üçdə biri ağır istifadə və ya döyüşdə dəyən ziyana görə sıradan çıxıb. Məlumatda qeyd olunur ki, Ukrayna ordusu gündə 2000-4000 arası, Rusiya ordusu isə daha çox artilleriya atəşindən istifadə edir. Qeyd olunur ki, haubitsalardan belə çox istifadə onların sürətlə aşınmasına, dəqiqlik və atəş sürətinin itirilməsinə səbəb olur. Zədələnmiş silahların təmiri üçün ABŞ Müdafiə Nazirliyinin Polşada təmir məntəqələri yaratdığı bildirilir. “The New York Times” yazır ki, Ukrayna zədələnmiş silahların daha tez xidmətə qaytarılması üçün cəbhə xəttinə yaxın bölgələrdə artilleriya xidmət məntəqələri təşkil etmək istəyir. Britaniyanın “The Spectator” jurnalı isə yazır ki, Birləşmiş Ştatlar Ukraynaya Polşa hərbi hava qüvvələrinin MiG-29 qırıcılarının verilməsini Çinin mövqeyinə görə istəməyib. Pekin bu təyyarələrin Ukraynaya verilməsi ilə müharibənin daha da qızışacağından narahat idi. Məqalədə deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan Pekin bir sıra məqamlarda kənardan çətin sezilən, amma həlledici mövqe tutub. “The Spectator” yazır ki, Çinin Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqe birmənalı deyil, çünki Pekin müharibənin hər iki tərəfinə onların eşitmək istədiklərini deyir. Çin Rusiya nümayəndələri ilə görüşlərdə Ukrayna müharibəsinə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirir, NATO nümayəndələri ilə təmaslarında isə onlarla münasibətlərini inkişaf etrdirmək niyyətindən söz açır. Məqalədə deyilir ki, ola bilsin Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücum məsələsində Çinin mövqeyini düzgün qiymətləndirməməklə səhvə yol verib. “The Spectator” yazır ki, Pekin Moskvanın Ukraynaya müdaxilə edəcəyini bilirdi, amma Putin bu əməliyyatın çox məhdud miqyasda keçiriləcəyinə inandırmışdı. Pekin düşünürdü ki, Moskva Donbasda nəzarəti tam ələ almaqla kifayətlənəcək. Lakin Rusiyanın Kiyevə zərbələri və hücumun miqyası Pekini mat qoyub və onun bu münaqişəyə münasibətini dəyişib. O vaxtdan bəri Çin yalnız müharibənin eskalasiya etməməsini və sülhün əldə olunmasını özünün yeganə məqsədi hesab edir. “The Spectator” yazır ki, Pekin Ukraynaya MiG-29 qırıcılarının verilməsinə məhz bu səbəbdən mane olub. Məqalədə iddia olunur ki, Pekin bu narahatlıqlarını Avropanın keçmiş liderləri vasitəsilə məxfi kanallarla Qərbə çatdırıb. Qeyd olunur ki, Pekin Moskvaya nüvə eskalasiyasından çəkinmək barədə xəbərdarlığını da bu şəkildə ifadə edib.

Bu arada, ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri  isə hesab edirlər ki, Ukraynada son günlər hava şəraitinin pisləşməsi ilə əlaqədar cəbhə xəttində hərbi əməliyyatlar səngiyib. Bununla belə, onların tempinin yaxın həftələrdə artacağı ehtimal edilir. Mütəxəssislərin vurğulamasına görə, Svatove, Baxmut və Vuqledar daxil olmaqla, Ukraynanın şərqində və cənubunda mühüm cəbhə bölgələrindən gələn hesabatlar göstərir ki, hazırda hər iki tərəfdəki əməliyyatlar güclü yağış və nəticədə güclü palçıq səbəbindən çətinləşir: “Proqnozlara görə, növbəti həftə ərzində Ukraynada temperaturun aşağı düşməsi, ehtimal ki, yerin donmasına və hərbi əməliyyatların sürətlənməsinə yol açacaq, çünki hər iki tərəf mobilliyi artıracaq”. Noyabrın 28-dən dekabrın 4-dək Ukraynanın şimal-şərqindəki ərazilərdə, məsələn, Svatove-Kreminna xətti boyunca temperatur sıfıra yaxın və ya gündəlik maksimumdan az olacaq. Çox güman ki, yerin bərkiməsi üçün sabit sıfırdan aşağı temperaturda bir neçə gün lazım olacaq. Bu o deməkdir ki, yerüstü şərait dekabrın 3-4-nün həftəsonunda və növbəti həftə bütün Ukrayna ərazisində əməliyyatların sürətini artırmağa imkan verəcək. Bu fonda ABŞ analitiklərinin fikrincə, Rusiyada növbəti dəfə səfərbərliyin elan olunacağı istisna deyil: “Vaqner” muzdlu qrupunun maliyyəçisi Yevgeni Priqojin və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov həm hərbi vəziyyətin, həm də ümumi səfərbərliyin tərəfdarıdırlar. Amma Kreml nümayəndələrinin əksəriyyəti buna qarşı çıxıb. Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin ölkədə ümumi səfərbərlik elan etməyi nəzərdə tutmur”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ