Bazar günü günü, 27 sentyabr 2026
     

Bir ər oğlu ər, Azərbaycan oğlu tanıyıram – Həbib Əliyev...

Image


Hörmətli oxucu, 27 fevral - 7 mart 2014-cü ildə “Müasir Azərbaycan müəllimi” qəzetində davamlı olaraq “Həbib Əliyev kimdir?”, “Uzaqdan gələn səslər” adlı silsilə yazılar yazmışdım.

Bəziləri onu çoxdan, lap çoxdan tanıyır, mən isə beş ildir tanıyıram. Onu fədakar vətən oğlu kimi tanıdım və sevdim, hətta yaxşı mənada qibtə də etdim. Fikirləşdim ki, ilahi, nə olardı bütün vətəndaşlarımız vətənimizi onun kimi sevə, heç bir qarşılıq ummadan vətən üçün canını fəda etməyə hazır olaydı...

Bu insan mənim üçün vətən uğrunda mübarizə aparıb, yüksək vətənpərvərlik ruhunu aşılayan mərd vətən oğullarından biridir. Bu yazımda onun bir vətən oğlu kimi Sevastopolda vətənimiz üçün nələr etdiyini qələmə almayacam (çünki bu haqda silsilə yazılarım var).

Bu yaxınlarda “Azərbaycan” nəşriyyatının qarşısında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və şair Eldar Həsənli ilə görüşəndə telefonumdakı şəkilləri görüb dedi ki, Həbib müəllimi mən də tanıyıram, dəyərli insan, əsl vətəndaşdır. Onun haqqında yazılarınız olsa, qəzetimizin səhifələrində yer ayıra bilərik.

Bu yazımda vətən oğlunun daxili, mənəvi aləminə baş vuracam və sizlərə Həbib müəllimi tamam fərqli ampluada tanıtmağa çalışacağam. Əgər bunu bacarsam, nə xoş mənə...

Həbib müəllimin siması gözəl və nurludur, qəddi-qamətlidir, gözləri işıqlı və bir o qədər də yorğundur.

Saçlarına ağ cığırların vaxtsız iz saldığını o saat anlamaq olar. Çoxları üçün əsl qəhrəman, fədakar insan, Azərbaycan kişisi timsalıdır. Mən onu əvvəl bir jurnalist kimi tanımışam. Çox səbrli və təmkinli davranışları var idi. İlk vaxtlar fikirləşirdim ki, görəsən, bu insan əsəbiləşə bilərmi? Sonralar gördüm ki, əsəbiləşir. Axı o da insandır. Əsəbiləşsə belə, təmkinini pozmur, hər kəslə öz dilində danışmağı bacarır...

Məndən soruşsalar ki, vətən üçün canını fəda edən kimləri tanıyırsan? – Bu sırada yer alan çoxları var təbii ki... Bu sırada mən həm də Həbib Əliyevin adını heç fikirləşmədən çəkərdim. Deyərəm ki, o bizim xaricdə Ulu Öndər Heydər Əliyev kursunu vicdanla, - təmənnasız davam etdirən “Qobustan” radiosunun “Ümid çırağıdır”. Xarici ölkədə, qürbətdə Vətən üçün çalışan bir azərbaycanlı vətəndaşımızdır Həbib müəllim.

Həbib müəllimin bu vətən üçün etdiklərini yazmaqda sözlər, cümlələr azlıq təşkil edər, yoxsul qalar...

Sevgilər cürbəcür olur: ana sevgisi, övlad sevgisi, nəvə sevgisi və s. Həbib müəllimdə isə elə bir sevgi təzahür edib ki, onun bu sevgisi olmasa, heç bir başqa sevginin önəmi yoxdur. Bu, vətənə, torpağa olan sevgidir. Bu sevgi yolu çox keşməkeşli, daşlı-kəsəkli yoldur əslində. Çoxları bu yolu sonadək gedə bilmir, ancaq Həbib müəllim xaricdə fəaliyyət göstərib də “vətənim dardadır, işğal olunan torpağım alınmayanacan qələmimi süngü edib mübarizə aparacam”, - deyib...

Artıq Həbib müəllimin 74 yaşı var. Ailə həyatı belə qurmayan bu insan bütün sevgilərini qəlbinin dərinliyində vaxtsız-vədəsiz söndürüb. Onun bütün varlığı, qəlbi vətən sevgisinə köklənib...

Bir müddət Bakıda fəhlə yataqxanasında tərbiyəçi işləyib, bir müddət məktəbdə dil-ədəbiyyat fənnini tədris edib, bir müddət xaricdə Azərbaycan balalarına pulsuz dərs deyib, uşaqlara vətən, torpaq sevgisi aşılayıb. Ən çətin zamanlarda, 1990-cı ildə qorxmadan bir sovet generalına deyib ki, 1941-1945-ci illərdə müharibə gedəndə bizim babalarımız, oğullarımız sizin torpaqlarınız üçün canından keçib, sizlər isə bu yaxşılığın əvəzində bizim öz torpaqlarımızda xalqımıza silah qaldırıb, torpaqlarımızın işğalına şərait yaradırsınız.

Bax, beləcə bütün həyatını vətəninə, torpağına həsr edib Həbib müəllim. Taleyinə yağışlar yağsa da, baharı qışa dönsə də, çətinliklər dolu kimi üstünə tökülsə də, vətən üçün çıxdığı yolda cavan ömrü solsa da, bu yoldan dönməyib o. Qərib ölkədə “Qobustan” radiosu ilə, Bakıdan gedəndə apardığı sarı simli tarla nəfəs alıb. Azərbaycan həqiqətlərini yayıb, bu yolda qarşısına çıxan maneələr onu yıxmağa çalışsa da, yıxılmayıb. Dimdik ayaqda durmağı bacarıb. Ona görə bacarıb ki, bu insanda vətən eşqi, vətən sevgisi ilahi mərtəbəyə çatıb. Onu deyə bilərəm ki, Həbib müəllim insanlarımız üçün əvəzolunmaz, fəxr etdiyimiz bir Azərbaycan kişisidir.

Hörmətli Həbib müəllim! Sizə bütün tanıyanlar adından deyə bilərəm ki, siz hər kəsin ürəyində yer tapmısınız. Sizi hamımız sevirik. Buna əmin ola bilərsiniz. Bilirsiniz niyə? Çünki sizi gözəl edən nə ağ saçınız, nə nurlu üzünüzdür. Sizi fərqli edən və sevdirən sizin qəlbinizin vətən üçün vurması, sevginizin sonsuz olması və bu yolda etdiyiniz fədakarlıqlardır.

Belə bir deyim var ki, “çox insan sadəcə “var” olur. Yaşamaq çox nadir hallarda rastlanan bir şeydir. Həbib müəllim, sözün əsl mənasında, “var” olan yox, “yaşayan və yaşadan” insanlardandır. Yaşayıb-yaradaraq bu gün 75 yaşına çatıb. İllər bir göz qırpımında ötüb keçib... Elə bil hər şey dünənmiş kimi... Bu 75 yaşın çox hissəsini usanmadan, bezmədən xalq üçün yaşayıb, vətən üçün çalışıb. Hər zaman ürəklərdə yaşayacaqsınız, əziz Həbib müəllim. Çünki heç kim unudulmur, heç nə yaddan çıxmır.

Əziz oxucum, bütün bu ürəyimdən gələn sözləri yazarkən həmişə qorxduğum bir biganəliklə rastlaşdım. Eşitdim ki, Həbib müəllim Sevastopoldan xəstələnib Bakıya gəlib. Üzdə olan televiziya aparıcılarına (Zaur B, Xoşqədəm H.) yazılı müraciət etdim. Bu vətən oğluna da biganə qalmamağı, kömək etməyi onlardan xahiş etdim. Lakin qara daşdan səs çıxdı, onlardan səs çıxmadı. Sonda Həbib müəllim özü dedi ki, heç kimə ağız açmayım və istədi ki, onu Naxçıvana - Babək rayonunun Cəhri kəndinə yola salım. Naxçıvana gedəndən sonra tez-tez onunla əlaqə saxlayırdım. Ona kömək edə bilmədiyim üçün özümü günahkar sayır, elə hey düşünür-düşünürdüm. Bircə dualarımı əskik etmirdim. Axı əlimdən başqa heç nə gəlmirdi.

Sonuncu dəfə zəngləşəndə dedi ki, vəziyyəti ağırlaşıb, Naxçıvan Mərkəzi Xəstəxanasındadır, etibarlı əllərdədir. Naxçıvan Mərkəzi Xəstəxanasının baş həkimi Zəbur Bağırovdan, cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Məhərrəm Tarıverdiyevdən və bir çox xəstəxana işçisindən ağızdolusu minnətdarlıq etdi. Çox sevindim.

Onun Naxçıvanda bu cür qayğı ilə əhatə olunmasında, xüsusi diqqət yetirilməsində hörmət etdiyim bir nəfərin də xidməti çox böyük oldu. Bu şəxs “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın müəllimdir!

Aydın müəllimin də narahatlığı öz bəhrəsini verdi. Belə ki, bir çox ziyalı, vətən oğulları Həbib müəllimlə bağlı məlumatlandırıldı. Və bundan sonra Həbib müəllimdən, onun səhhətindən xoş xəbərlər gəlməyə başladı.

Sonra eşitdiyim, Naxçıvana dövlət xəttilə gedən bir dəstə deputatımızın, başda Mətbuat Şurasının sədri deputat Əflatun Amaşov olmaqla, Həbib müəllimin müalicə aldığı xəstəxanaya getmələri, onu ziyarət etmələri, həkimlərə onun haqqında bilgi vermələri çox ürəkaçan idi. Ona görə ürəkaçan idi ki, Həbib müəllim kimi insanların qiymətini, şair demişkən, sağlığında vermək lazımdır. Sonda çox-çox gec olur axı...

Bu yaxınlarda Həbib müəllimlə telefonla əlaqə saxladım. Çox ürəkli danışdı. Onunla tez-tez telefon əlaqəsi saxlayan Aydın Quliyevdən, Əflatun Amaşovdan çox razılıq etdi.

Onun bu söylədiklərindən sonra bir vətəndaş kimi ürəyim qürurla doldu. Fikirləşdim ki, dünya yaxşı insanlardan xali deyil. Vətən üçün, torpaq üçün canını fəda edən, vətənin əsl vətəndaşı olan insanları düşünən, onlara biganə olmayan yaxşı insanlar da varmış.

Həbib müəllimə ziyalılarımız tərəfindən olan qayğını gördükdə ürəyim riqqətə gəldi.

Prezident İlham Əliyev cənablarına belə bir məzmunda teleqram vurdum. Teleqramın mətnini olduğu kimi təqdim edirəm:

“Hörmətli Prezidentimiz Heydər Əliyev rəhmətə gedəndə dünya mənim üçün bir az da daralmışdı. Lakin sonra Siz hakimiyyətə gəlib ilk reformalarınıza başlayanda gördüm ki, ölkəmizin taleyi möhkəm əllərdədir. Müasir dövrdə mediamızın başında duran sağlam düşüncəli insan Əflatun Amaşovun Naxçıvana dövlət xətti ilə getməsi və orada xəstəxanada yatan vətən oğlu Həbib Əliyevə öz başının dəstəsi ilə baş çəkib, qayğısına qalmasını eşidəndə qürur hissi duydum ki, həqiqətən də vətəni sevən adamların sevgisi ən əsas onun genində, qanında, canında olmalıdır. Həbib Əliyev o şəxslərdəndir ki, Qarabağ hadisələrində Heydər Əliyev kursunu əldə əsas tutaraq xaricə - Ukraynaya getmiş, orada Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün “Qobustan” radiosunu təkbaşına açmışdır. Elə oldu ki, Həbib Əliyev xəstələndi. Bakıda ATV-yə, “Xəzər” TV-yə müraciət etdim, heç kim ona dayaq durub, sağalması üçün həkimlərlə əlaqə yaratmadı, qayğısına qalmadı. Axırda naəlac qalıb, ağır vəziyyətdə onu doğulduğu Cəhri kəndinə yola saldım. Mən jurnalist olaraq Həbib Əliyevin xaricdə vətənimiz naminə etdikləri barədə silsilə yazılar yazmışdım. Mətbuat Şurasının sədri Əflatun Amaşovun Naxçıvana gedərək bir qrup deputatla xəstəxanada Həbib Əliyevə baş çəkməsi bir daha onu göstərir ki, Sizin seçib təyin etdiyiniz belə adamlar əsl vətənpərvər insanlardır. Ona görə də, cənab Prezidentim, Sizə bütün jurnalistlər və ailəmiz adından “çox sağ olun” deyirəm.

Allah Sizi qorusun. Amin!”

Həbib Əliyevin son 23 ildə Krımda Sevastopoldakı “Qobustan” radiosunun hər verilişində Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasının sədası altında minlərlə Azərbaycan ziyalısı təbliğ edilib. Burada Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, muğamı, saz fəlsəfəsi daim efirdə səslənib. Tək Naxçıvandan 250 nəfər alim, şair, mədəniyyət işçisindən verilişlər efirə gedib. Gəncədən, Şamaxıdan, Bakıdan verilişlər gedib. Həbib Əliyev Sevastopolda teleradiodakı fəaliyyətinə görə fəxri fərmana, şəhər merinin diplomuna layiq görülüb, 2013-cü ildə Krımın Sudak şəhərində keçirilmiş dünya jurnalistləri radioları üzrə fəxri diploma və gümüş medala layiq görülüb. Azərbaycanda 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomuna və Mətbuat Şurasının diplomuna layiq görülüb.

İlk verilişi “Heydər Əliyevin Qafqazda sülh siyasəti” olub, “Heydər Əliyev və Ukrayna”, sonra “Nizami Gəncəvi dünya şairləri içərisində”, “Krımda həlak olan azərbaycanlıların tarixi”,

“Ukrayna və Azərbaycan mədəni əlaqələri” kimi verilişlər ilk verilişlərdəndir.

Azərbaycan Milli Elmlər Akademiyasında Tarix və Ədəbiyyat İnstitutundan alimlər, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədovun çıxışı. “Azərbaycan fəlsəfəsi və dünya fəlsəfəsi”. Tarix Etnoqrafiya İnstitutu, Səməd Vurğun, Budaq Budaqov, Nəriman  Həsənzadə, Anar, Fikrət Qoca, Çingiz Abdullayev haqqında, “Lermontov və Azərbaycan”, “Mirzə Fətəli Axundov və dostu Puşkin”, “Taras Şevçenko və Azərbaycan ədəbiyyatı”, “Naxçıvanın ayrıca tarixi”, “Şamaxının tarixi abidələri” və digər bu qəbildən olan verilişlər “Qobustan”da gedir.

Nəhayət, Azərbaycanın bugünkü həyatında və dünya səviyyəli inkişafında İlham Əliyevin rolu və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan milli-mənəvi dəyərlərinin dünya səviyyəsində təbliği “Qobustan” proqramının da əsas mövzu xəttini təşkil edib.

Surxay Şirvan oğlu HÜMBƏTOV
“Türkün Fəxri” qəzetinin xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ