Bazar günü günü, 08 noyabr 2026
     

34 hərflik ümumtürk əlifbası hazırlandı - əlavə edilmiş 2 hərf hansılardır?..

Image


Şahin Mustafayev: "Rəsmi əlifba variantı heç yerdə çap olunmayıb"

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın üçüncü iclasında müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. 

Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.

Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib. "İclasın işinin uğurla başa çatması tarixi məna daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə birlikdə, onların dillərinin qorunmasına da öz töhfəsini verəcək"-deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.

Qeyd edək ki, sosial şəbəkələrdə 34 hərfdən ibarət Ortaq Türk Əlifbasını əks etdirən mətn yayılıb.

Ortaq Türk Əlifbası 34 hərfdən ibarətdir və bizim də 32 hərfmiz var. Əlifbaya əlavə edilən iki yeni hərf hansılardır? Bu sual da ictimaiyyəti ciddi maraqlandırır.

Bütövlükdə, Ortaq Türk Əlifbasının hazırlanması prosesi ilə bağlı məsələlər olduqca maraqlıdır. 

"Bundan sonra qəbul olunan əlifba layihəsi növbəti mərhələdə qərarların qəbul olunması üçün Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərin müvafiq qurumlarına göndəriləcək" 

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevlə əlaqə saxladıq. Şahin Mustafayev "Bakı-Xəbər"ə bildirdi ki, Ortaq Türk Əlifbasına heç bir hərf əlavə olunmayıb. "1991-ci ildə türk alimləri tərəfindən 34 hərfdən ibarət bir əlifba variantı təklif olunmuşdu. Biz də o əlifbanı əsas olaraq götürdük. Əlifbanın əsasını 1991-ci ildə hazırlanmış layihə təşkil etdi. Bu əlifbanın üzərində bəzi işlər aparılıb, oradan bəzi hərflər çıxarlıb, bəziləri əlavə edilib. Ona görə də orda heç bir əlavə hərf yoxdur. Elə səslər (fonem) var ki, onlar müxtəlif türk xalqlarına xas olan səslərdir, amma başqalarında yoxdur. Məsələn, qazax dilində saitlər var ki, o saitlər nə türk dilində, nə Azərbaycan dilində, nə özbək dilində var. O saitləri əks etdirmək üçün orada qazax dilinə məxsus bir-iki hərf var".

Ş.Mustafayev sosial şəbəkələrdə yayılan və qəbul edilməsi üçün razılığa gəlinən Ortaq Türk Əlifbası olduğu deyilən əlifba variantına da münasibət bildirdi. Beynəlxalq Türk Akademiyasının prezidenti vurğuladı ki, sosial şəbəkələrdə yayılan variant layihədə öz əksini tapan variant deyil. "Birincisi, rəsmi əlifba variantı heç yerdə çap olunmayıb. Mən internetdə baxdım, müxtəlif variantlar gördüm, onların da bəziləri reallığı əks etdirmir. Bu variantları hardan alıblar, onu deyə bilmirəm, çünki biz Ortaq Türk Əlifası variantını rəsmən açıqlamamışıq. 

Beləliklə, Komissiya öz öhdəsinə düşən vəzifəni yerinə yetirdi və elmi cəhətdən əsaslandırılmış Ortaq Türk Əlifbası layihəsini hazırladı. Bundan sonra qəbul olunan əlifba layihəsi növbəti mərhələdə qərarların qəbul olunması üçün Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərin müvafiq qurumlarına göndəriləcək.

Onlarla razılaşdırıldıqdan sonra rəsmi açıqlama olacaq. Bu əlifba komissiya tərəfindən qəbul olunub. Amma komissiyanın qərarı son qərar deyil, bu qərarı dövlət qurumları verir.   Türk Dünyası Ortaq Əlifba Komissiyasının vəzifəsi ondan ibarət idi ki, elmi cəhətdən əsaslandırılmış bir layihə təsdiqləsinlər və və dövlət qurumlarının nəzərinə çatdırsınlar. Komissiya o layihəni hazırlayıb və növbəti mərhələdə artıq dövlət qurumları qərar verəcək. Layihə qəbul olunacaqmı, olunmayacaqmı, bunun sonrakı taleyi necə olacaq, bunu müvafiq dövlət qurumları bilir. Ona görə də bu layihə komissiyanın təsdiq etdiyi layihədir".

Ş.Mustafayev qeyd etdi ki, Türk Dünyası Ortaq Əlifba Komissiyası dövlətlərarası komissiyadır, komissiya üzvləri türk dövlətləri tərəfindən rəsmi şəkildə təqdim olunub. "Yəni bu özfəaliyyət dərnəyi deyil, bu, rəsmi dövlətlərarası komissiyadır. Komissiya da əlifba sahəsində öz işini artıq yekunlaşdırdı". 

Komissiyanın Türk Dövlətləri Təşkilatına təqdim edəcəyi əlifba layihəsi türk dövlətləri tərəfindən təsdiq edildikdən sonra Ortaq Türk Əlifbasınının işləkliyinin təmin olunması məsələsi də diqqət çəkir. Yəni bu əlifba ilə gələcəkdə kitablar, dərsliklər, qəzetlər, jurnallar nəşr edilməsi məsələsi də arzuediləndir. 

Ş.Mustafayev bu əlifbanın yaradılmasının məqsədi barədə də danışdı. "Bu gün hələ latın əlifbasına keçməyən türk xalqları var. Söhbət ilk növbədə müstəqil türk dövlətlərindən gedir. Əsas məqsəd ondan ibarətdir ki, onlar latın əlifbasına keçəndə bu əlifba əsasında keçsinlər. Dünən Facebookda da gördüm ki, müəyyən ajiotaj yaranıb, bu prosesi həvəslə, diqqətlə izləyirlər. Ona görə də öz Facebook səhifəmdə müəyyən açıqlamalar verdim. Orda qeyd etdim ki, biz bu işi başlayanda Ortaq Türk Əlifbasının yaradılması üçün üç prinsipi nəzərdə tutduq, onu əsas götürdük: 

1) Bir fonem bir hərflə ifadə edilməlidir,

2) Müxtəlif türk dillərində eyni fonemlər eyni hərflə ifadə edilməlidir,

3) Müxtəlif türk dillərinin səs (fonem) zənginliyi mümkün olduğu qədər qorunmalı və əlifbada öz əksini tapmalıdır.

Çalışdıq ki, nə ki səs zənginliyimiz var, o əlifbada öz əksini tapsın. 34 hərf olmalıdır. Bayaq dediyim kimi, qazax dilində saitlər daha zəngindir, daha çoxçeşidlidir, ona görə də ona uyğun hərflər olmalı idi. Bu prinsipi əsas götürərək biz bu işi başa çatdırdıq. Güman edirəm ki, elmi cəhətdən əsaslandırılmış düzgün əlifbadır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan Komissiya üzvləri yekdilliklə təsdiq etdilər ki, bu əlifba onların dillərinin səs zənginliyini əks etdirir.  Yəni qəbul olunan əlifbanın bu dillər üçün tamamilə uyğun olduğu barədə ümumi razılığa gəldilər və əlifba layihəsi yekdilliklə təsdiq olundu"-deyə Ş.Mustafayev bildirdi. 

Komissiyanın bu layihə üzərində nə qədər müddətə işlədiyinə gəlincə, Ş.Mustafayev bildirdi ki, Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk dünyası Ortaq Əlifba Komissiyası"nın ilk iclası keçən il Astanada keçirilib. "Bundan sonra da bir konfrans keçirdik, ora da geniş tərkibdə alimləri dəvət etdik, bu məsələ orada da müzakirə olundu. İkinci iclasımızı bu ilin may ayında Bakıda keçirdik və orda alınan qərarların əsasında bu əlifba layihəsi üzərində yay aylarında gərgin iş getdi, sentyabrda başa çatdı.   Təxminən bir il yarım ərzində geniş müzakirələr aparıldı və nəhayət ümumi mövqeyə gəlmək mümkün oldu. Təbii ki, bu layihə üç günlük iclasın məhsulu deyil. Bu nəticənin arxasında türk xalqlarının maariflənməsi və mədəni tərəqqisi uğrunda 100-150 il ərzində canlarını vermiş böyük ziyalılarımızın əməyi durur. Onların xatirəsini dərin hörmətlə anıram. 

1991-ci ildə türkoloqlar, türk dil alimləri İstanbulda toplaşmışdılar, orada bir layihə təqdim etdilər. 2012-ci ildə yenidən bu məsələyə qayıdıldı, o dövrdə də bu variantın üzərində iş getdi. Bizim komissiya da bu işə keçən il başladı və artıq bu işləri yekunlaşdırdıq".  

Qeyd edək ki, Ş.Mustafayev rəsmi Facebook hesabında paylaşdığı statusunda bu işdə əməyi olanlara da təşəkkürnü bildirib: Türk dövlətlərinin rəhbərləri əzmlə ölkələrimizin mədəni inteqrasiyası yolunda böyük səy göstərirlər. Ortaq əlifba məsələsi məhz bu siyasətin tərkib hissəsidir. 

Nəhayət, bu sahədə zəhmət çəkmiş bütün alim, mütəxəssis və o cümlədən Komissiya üzvlərinə səmimi təşəkkürümü bildirmək istəyirəm".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ