Bazar günü günü, 08 noyabr 2026
     

Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

Image


Kamran Əsədov: "Kişi ibtidai sinif müəllimlərinin çatışmazlığı, uşaqların kişilik inkişafına təsir edə bilər"

Bu gün ölkənin ümumtəhsil məktəblərində çalışan pedaqoji heyətin əksər hissəsini qadınlar təşkil edir. Müəllimlik peşəsini seçən qadınların sayı kifayət qədər çoxdur. Kişi müəllimlər, əsasən idman və hərbi hazırlıq dərslərini tədris edir. 

Maraqlı məqam ondan ibarətdir ki, ibtidai sinif müəllimləri arasında qadınlar üstünlük təşkil edir. Çox nadir hallarda kişi ibtidai sinif müəlliminə rast gəlmək olar. Məlumata görə, ölkə üzrə cəmi 10-12 kişi ibtidai sinif müəllimli var. 

Ümumiyyətlə, ibtidai sinif müəllimliyi ixtisasına sənəd verənlər elə qızlar olur. Bu fakültədə tədris alanlar məhz qızlardır. Vaxtilə orta məktəblərdə tək hərbi, idman dərsi deyil, digər fənlər üzrə də kişi müəllimlər üstünlük təşkil edirdi. Kişi müəllimlərin sayının çox olması tədris alan oğlan uşaqlarının xarekterinin formalaşmasına da təsir edir. 

"Erkən yaşlarda uşaqlar həm qadın, həm də kişi müəllimlərin fərqli yanaşmalarını görərək daha balanslı inkişaf edə bilərlər" 

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki,  Azərbaycanda 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirilir: "Hazırda Azərbaycanın 4430 ümumtəhsil məktəbində çalışan 149 min 602 nəfər müəllimin 80 faizini qadınlar, 20 faizini isə kişilər təşkil edir. Əlbəttə ki, müəllimlərin əmək haqqı məsələsi kişilərin bu peşəyə marağına təsir edən birinci amildir. Müqayisə üçün deyim ki, Fransanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə aylıq 2200 avro maaş verilir. Almaniyada müəllimlər 6000 avro əmək haqqı alır. Böyük Britaniyada müəllimlərin aylıq maaşı 5, ABŞ-da isə 4-5 min dollar təşkil edir. Finlandiyada müəllimlərin əməkhaqqısı 3900 avro, Yaponiyada 5250 avrodur. Bu ölkədə müəllimlik ən prestijli, hörmətli peşə hesab olunur, ən yüksək maaş müəllimlərə verilir. Avstraliyada isə müəllimlər ayda orta hesabla 2500 dollar maaş alırlar. Sözügedən ölkələrlə müqayisədə Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlər çox aşağı əmək haqqı alırlar. Yaponiya, Sinqapur, Finləndiya kimi inkişaf etmiş ölkələrdə təhsil birinci, iqtisadiyyat isə ikinci sıradadır. Azərbaycanda isə iqtisadiyyat ön sırada, təhsil isə ikinci planda yer alır. Fikrimcə, ölkədə təhsilə baxış dəyişməlidir. Müəllimlik peşəsinə lazımi dəyər verilməlidir. Əgər müəllimin əziyyətinə qarşılıq ona maddi və mənəvi haqqı verilərsə, o da canla-başla öz peşəsini layiqincə icra edər".

Həmsöhbətimiz hesab edir ki, məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var: "Şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli, bir sözlə əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var.

Bu gün uşaq bağçalarından tutmuş yuxarı siniflərədək şagirdlər daha çox qadın müəllimlərlə ünsiyyətdə olurlar. Yuxarı siniflərdə də qadın müəllimlərin çoxluğu məktəblilərin xarakterinin formalaşmasına mənfi təsir edir. Çünki məktəblərdə bəzən şagirdlər qadın müəllimlərin zərif cinsin nümayəndəsi kimi zəif olduğunu düşünüb dərsi pozur, bu və digər formada xoşagəlməz ifadələr işlədirlər. Bəzən şagirdlər qadın müəllimlərdən çəkinməsə də, kişi müəllimlərdən çəkinirlər, nizam-intizama əməl edirlər. Elə məktəblər var ki, orada hərbi hazırlıq və idman dərslərini qadınlar keçir. Mənim fikrimcə, bu düzgün deyil. Hərbi hazırlıq dərslərini məktəblərdə yalnız kişi müəllimlər keçməlidir. Şagirdlərin, xüsusilə də oğlanların paralel şəkildə həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha düzgündür. Ailədə uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv ancaq qadınlardan ibarətdir və burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayı digər təhsil müəssisələri ilə müqayisədə  çox azdır. Bunun başlıca səbəblərindən biri də sözügedən müəssisələrində kişi müəllimlərin üstünlük təşkil etməsidir. Buna görə də məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var".

Kişi ibtidai sinif müəllimlərinin çatışmazlığına gəlincə, ekspert bildirdi ki, bu hal erkən yaşlarda kişilərin tərbiyə və təhsil almasına müsbət təsir etməyən bir məsələdir. Bu vəziyyətin uzunmüddətli sosial və təhsil təsirlərini nəzərə alaraq, bəzi aspektlərə diqqət yetirmək və müvafiq tədbirlər görmək lazımdır: "Erkən yaşlarda uşaqlar həm qadın, həm də kişi müəllimlərin fərqli yanaşmalarını görərək daha balanslı inkişaf edə bilərlər. Kişi müəllimlər, xüsusilə oğlan uşaqlarının kişilik modellərini mənimsəmələrinə kömək edir. Müəllimlik peşəsinin cazibədar hala gətirilməsi üçün maliyyə stimulları və digər dəstəklər təqdim olunmalıdır. Kişi müəllimlərin inkişafı və təhsili üçün xüsusi proqramlar hazırlanmalıdır. Müəllimlik peşəsinin prestijini artırmaq və daha çox kişiləri bu sahəyə cəlb etmək üçün təhsilin keyfiyyətini artırmaq və tədris proqramlarını yeniləmək vacibdir. Zənnimcə, ibtidai siniflərdə kişilərin və qadınların fərqli pedaqoji yanaşmalarını nümayiş etdirən proqramlar tətbiq edilməlidir. Bu, uşaqların daha geniş rol modelləri ilə tanış olmasına kömək edə bilər.  Kişi müəllimlərin təhsildəki rolu və əhəmiyyəti haqqında ictimai tədbirlər keçirilməlidir. Bu, kişilərin ibtidai sinif müəllimliyi sahəsinə marağını artırmağa kömək edə bilər".

Ekspertin fikrincə, kişi ibtidai sinif müəllimlərinin çatışmazlığı uşaqların kişilik inkişafına təsir edə bilər. Bu məsələnin həlli üçün çoxsaylı yanaşmalar tələb olunur, o cümlədən müəllimlərin cəlb edilməsi, sosial və emosional inkişaf proqramlarının tətbiqi, və cəmiyyətin maarifləndirilməsi: "Müxtəlif rol modellərinin təqdim edilməsi və kişilərin təhsil sahəsində daha aktiv iştirakını təmin etmək üçün müvafiq tədbirlər görülməlidir".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ