Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Xankəndi Universitetinin 2 azərbaycanlı müəllimi və tələbəsi helikopterdə vuruldu" - Yusif Fərzəliyev

Image


"Qızlarımızı qorumaq üçün müəllimlərimiz canlarını ortaya qoydular"

Müsahibimiz Ağdərə rayonunun Narıclar kəndində anadan olan və 12 il Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi işləyən, erməni separatizminin, şovnizminin hər üzünü görən dosent Yusif Fərzəliyevlə Xankəndinin, Ağdərənin keçmişinə qayıtdıq, bugünündən danışdıq...  

- Mən özüm Ağdərə rayonunun Narıclar kəndində anadan olmuşam. Ağdərənin qədim yaşayış məskəni olduğu məlumdur, burada əski çağlardan türklər yaşayıb. Ağdərənin qədimdən yerli əhalisi kolanılar olub və Kolanı tayfası, eləcə də digər türk tayfaları burada yaşayıb. Tarixən Ağdərədə, Xankəndidə, ümumiyyətlə Qarabağda erməni yaşamayıb. Bu toplumun bizim torpaqlara köçürülüb gətirilməsi, məskunlaşdırılması tarixi məlumdur. Söhbət əsnasında bu barədə də danışa bilərik. 

- Bəs necə oldu ki, ermənilər kökləri ilə bağlı olmadığı bir torpaqda birdən-birə məlum  iddialara düşdülər? 

- Hər şey süni şəkildə "Dağlıq Qarabağ Muxtar Vilayəti" ("DQMV") yaradıldıqdan sonra başladı. Bundan sonra ermənilər əl-qol açmağa, öz məkrli niyyətlərini pərdə arxasından göstərməyə başladılar. 

1923-cü ilin 7 iyulunda "DQMV" yaradıldı. Sonradan Nəriman Nərimanov Stalinə məktub yazır, etirazını bildirir və orada göstərir ki, erməni daşnakları "DQMV"ni yaratmaq üçün Moskvadakı havadarlarının əli ilə məni Bakıdan mərkəzə - Moskvaya gətirdilər. Nərimanov onların "DQMV" planına mane olurdu və o Bakıda olsaydı onun yaradılmasına imkan verməzdi. "DQMV" yaradıldı və mərkəzi Xankəndi oldu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. Ağdərə, Xocavənd, Hadrut və Xankəndi həmin "vilayət"in rayonları idi. 1979-cu ildə Xankəndi tam olaraq şəhər statusu aldı və onun kəndləri o dövrdə yeni yaradılan Əsgəran rayonuna verildi. Mənim doğulduğum Ağdərə rayonu da 30-cu illərdə təşkil olunub. Çünki o vaxt qəzalar ləğv olundu və rayonlar yaradıldı. 1992-ci ildə Ağdərə rayonu ləğv edildi. Çox təəssüf ki, belə bir qərar verilmişdi. Amma indi Ağdərə rayonu yenidən təşkil olunur və onun statusunun bərpa edilməsi müsbət haldır.

- Ağdərə rayonu Qarabağın həyatında keçmişdə nə rol oynayırdı, indi hansı rolu oynamalıdır?

- Ağdərə rayonu həm ərazisinə, həm əhalisinin sayına, həm də iqtisadiyyatına  görə keçmiş "DQMV"nin yarısı demək idi. Çox böyük rayon idi. Ağdərənin əhalisi Xocavəndin və Hadrutun əhalisindən çox idi.

- Nəzərə alsaq ki, 1923-cü ildən başlayaraq orada süni şəkildə erməniləşdirmə prosesi gedirdi, şübhəsiz, rəsmi Moskva bu prosesi dəstəkləyirdi, o dövrdə rayonlarda vəzifə bölgüsündə azərbaycanlılara, yoxsa ermənilərə üstünlük verilirdi? 

- Digər rayonlarda olduğu kimi, Ağdərə rayonunda da birinci katib erməni, ikinci katib azərbaycanlı olurdu. Komsomolda da vəzifə bölgüsü eyni qaydada aparılırdı. 

- Ağdərədə doğulmusunuz, amma həyatınızın xeyli hissəsi Xankəndi ilə bağlıdır. Xankəndiyə necə getdiniz? 

- 1968-ci ildə orta məktəbi bitirdim, amma ali məktəbə qəbul ola bilmədim, bir il Bakı metropoliteni tikintisində fəhlə işlədim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil oldum. Ali məktəbi bitirdikdən sonra təyinatla Ağdərə rayonun Çərəkdar kəndinə müəllim göndərildim. Bu kənd Kəlbəcər rayonunun Bağlıpəyə kəndinə çox yaxın idi. Orada bir il işlədikdən sonra Xankəndiyə gəldim…

- Birbaşa Xankəndi Pedaqoji İnstituna müəllim gəldiniz?

- Xeyr. Əvvəlcə, Xankəndidə Nizami adına 4 nömrəli Azərbaycan məktəbində tarix müəllimi işlədim. Çünki həmin məktəbdə tarix müəllimi yoxdu, həmin məktəbin direktoru Sabir Həsənov tarix müəllimi axtarırdı. Orada bir il işlədim, sonra Xankəndi Pedaqoji İnstitutunun  ümumi tarix kafedrasına müəllim müsabiqəsi keçirilirdi. Sözün düzü, düşünürdüm ki, arxam-dayağım, adamım yoxdur, məni orada işə götürməzlər. Amma dostum vardı, o məni bu işə sövq etdi, mən də sənədlərimi hazırlayıb təqdim etdim. Müsabiqədə bir neçə rəqibim vardı, amma mən onları üstələdim. Müzakirələrdən sonra işə qəbul olundum. O zaman mənim bir üstünlüyüm də o idi ki, iki elmi məqaləm də çap olunmuşdu. Uzun müddət Xankəndi Pedoaoji İnstitutunun ümumi tarix kafedrasında müəllim işlədim. İnstitut o vaxt yeni təşkil edilmişdi, bizim kafedrada iki nəfər elmlər namizədi idi, qalanları müəllim və baş müəllim idi. Mən də elmi iş götürdüm və uğurla müdafiə edib tarix elmləri namizədi oldum. 

- Sizin elmi işinizin mövzusu Qarabağla bağlı olub. Maraqlıdır, ermənilər sizə mane olmurdu ki? 

- Mənim elmi işim Qarabağda kənd təsərrüfatının inkişafı ilə bağlı idi. Bu işi yazanda orada Bahadur İbrahimov vardı, o mənə çox gözəl istiqamət verirdi. Əslən Xankənidən idi və vaxtilə Vilayət Partiya Komitəsində kənd təsərrüfatı üzrə katib olmuşdu, Şuşa rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Sonra da Xankəndidə təcrübə stansiyasında şöbə müdiri idi. Vilayətin birinci katibi Boris Gevorkovun da xətrini istədiyi adam idi...

-  Boris Gevorkovun azərbaycanlılara münasibəti necə idi?

- O Bakıda böyümüşdü. Azərbaycan mühiti ilə tanış idi və bu səbəbdən azərbaycanlılara çox yaxşı münasibət bəsləyirdi. 

- Xankəndi Pedaqoji İnstitutunda ermənilər azərbaycanlılara qarşı hansısa ayrıseçkilik edirdimi?             

- Təbii ki, edirdilər. Onların gözü bizi götürmürdü. Bir sıra məsələdə ayrıseçkilik vardı. 1983-cü ildə təhsil naziri Qurban Əliyev bizim instituta gəlmişdi və bizim kollektivlə görüşmüşü.  Görüş zamanı kollektivdən demişdilər ki, müəllimlərə maşın vermirlər, o da vəd etmişdi ki, hər il sizə iki maşın ayıracağam. Doğrudan da o maşınlar verildi. Mən də Həmkarlar Təşkilatı bürosunun üzvü idim, üzvlərdən üçü azərbaycanlı, beşi erməni idi. Bir dəfə iclas idi, Həmkarların sədri dedi ki, bir maşın gəlib, biz onu ya Xasay Cabbarova, ya da Sokrat Xanyana verməliyik. Dedim Armina Aşotovna, onların hansı əvvəlcə növbəyə durub? Dedi ki, maşına görə yanvar ayında Cabbarov, iyun ayında Xanyan ərizə yazıb. İsrar etdim ki, Cabbarova verilsin, amma səsvermə nəticəsində maşın Sokrata verildi. Biz azərbaycanlılar etiraz etdik və dedik ki, biz bir də sizin iclaslarda iştirak etməyəcəyik. Nəticədə böyük hay-küy yarandı, səsə rektor çıxdı. Azərbaycan dilində təmiz bilirdi. Nə baş verdiyini soruşdu, dedik ki, yoldaş  Xalatryan, məsələ belədir. O da dedi ki, heç yerə şikayət etməyin, mən Xasay müəlimə də maşın təşkil edəcəyəm.  Bunlar erməni riyakarlğına aid ştrixlərdir.

- Xasay müəllim maşın ala bildi? 

- Bəli, iki aydan sonra aldı. 

- Xankəndi Pedaqoji İnstitutunda bizim tələbələr, müəllimlərə nə isə bir problem yaradılırdımı? 

- Orada təhsil üç dildə idi. Azərbaycan, erməni və rus sektorları fəaliyyət göstərirdi. İnstitutda 2 min tələbə təhsil alırdı. Rus sektorunda orta məktəbi rus dilində bitirən ermənilər təhsil alırdı. Bizim azərbaycanlardan da iki nəfər rus sektorunda təhsil alırdı. İnstitutun tələbə tərkibini götürəndə orada təhsil alanların 60 faizi ermənilər, 40 faizi azərbaycanlılar idi.

- Bəs nə qədər azərbaycanlı müəllim işləyirdi?

- İndi bəziləri yalandan rəqəmləri şişirdib deyir ki, orada  yüz nəfər azərbaycanlı müəllim işləyirdi, amma müəllimlərimizin sayı 36 nəfər idi. Bir məqamı deyim ki, Xankəndi Pedaqoji İnstitutunda gördüyüm nizam-intizamı hətta oxuduğum indiki BDU-da görmədim. Heç bir müəllim gecikə bilməzdi, hər kəs işinə məsuliyyətlə yanaşırdı...Bizim tələbələr gəlib Bakıda elmi konfransda iştirak edirdi, I,II,III dərəcəli diplomlar alırdılar. 

- İnstitutun son dövürünü  necə xatırlayırsız?

- 1988-ci ilə doğru vəziyyət dəyişməyə, bizim fəaliyyətimizə maneələr yaranmağa başladı. Bu da səbəbsiz deyildi. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqambekyan Fransada nəşr olunan "Humanite" qəzetinə müsahibə vermişdi, orada müxtəlif separatçı fikirlər səsəndirmişdi və demişdi ki, "Dağlıq Qarabağ" Emənistana birləşdirilməlidir. O, müxtəlif iddialar, bəhanələr gətirmişdi. Əlbəttə, bu da Qarabağda erməni separatimzinin alovlanmasına səbəb olmuşdu. Akademik Aqambekyanın müsahibəsindən sonra bizə qarşı təzyiqlər başladı.  Hadisələrin başlanmasına bu səbəb oldu. 1988-ci ildə iclas keçirildi. Həmin iclasda biz də iştirak edirdik. Boris Gevorkov iclasda ermənilərə qarşı çox sərt çıxış etdi və bildirdi ki, Qarabağ Azərbaycan torpağıdır, siz onu Ermənistana birlışdirə bilməyəcəksiniz, son nəticədə bu torpaqlar sizin məzarlığınıza çevriləcək. Gevorkovu o vəzifəyə 1973-cü ildə Heydər Əliyev təyin etmişdi. Gevorkov sonra Bakıya gəldi, 1992-ci ilədək burada yaşadı... 

- İclasdan sonra nə baş verdi?

- Erməni separatçıları qadınları, uşaqları  institutunun ətrafına yığırdılar, onlar "Miatsum" deyə bağırır, "türklər, rədd olun burdan" deyirdilər. 1988-ci il mayın 16-da bizi bir dəfə çıxardılar. İşləmək mümkün olmadı. İyunun 6-da institutun içinə girdilər, az qala əlbəyaxa döüyşlər oldu. Bizi narahat edən məsələ qız tələbələrlə bağlı idi.  Pedaqoji İnstitut olduğu üçün orada oxuyan tələbələrin əksəriyyəti qızlar idi. Ona görə çox gərginlik keçirirdik. Qızlarımızı qorumaq üçün müəllimlərimiz canlarını ortaya qoydular. Əsas fikrimiz o idi ki, qızları sağ-salamat oradan çıxaraq. Bizə yarım metr yol verdilər və biz çıxdıq, avtobuslarla Ağdama gəldik. Biz çıxanda bizə olmazın sözü dedilər. Hirsimizdən partlayırdıq. Şuşa Mədəni-Maarif Texnikumunun binasında imtahanları yekunlaşdırdıq. 1988-ci ilin avqust ayının 27-də dedilər ki, Xankəndiyə gəlin, Partiya iclası olacaq. Biz ora getdik. Orada ermənilər açıq şəkildə dedilər ki, biz daha sizinlə işləyə bilmərik. İclasda  Azərbaycan təhsil nazirinin müavini də iştirak edirdi. Orada yekun qərar o oldu ki, Xankəndi Pedaqoji İnstitutu iki illiyinə bağlansın. 

- Səhv etmiriksə, bu, Rıjkovun qərarı idi. 

- Bəli. Bir il Gəncə Pedaqoji İnstitutunda işlədik. Sonra eşitdik ki, institutun erməni şöbəsi Kirovakandan Xankəndiyə qayıdıb. Biz də qərara gəldik ki, onlar qayıdıblarsa biz də qayıdaq. Deyirdik ki, ermənilər qayıda bilir, biz niyə qayıtmayaq? Ürəyimiz orada idi. Biz əlaqədar təşkilatlara müraciət etdik, təşkil etdilər, helikopterlərə minib gedib Cıdır düzünə düşdük. Şuşa Realnı Məktəbin binasında dərslərə davam etdik. Əvvəllər yaxşı idi, sonra vəziyyət kəskinləşdi, avtobuslarımızı daşa basırdılar, dinamit qoyurdular. Elə oldu ki, ermənilər Ağa körpüsünü partlatdılar. Bunun da bərpası hardasa bir ay çəkdi. Bizim tələbələri, müəllimləri ermənilər mühasirəyə alıb daşqalaq etmişdilər. 1992-ci ilin yanvar ayında  Ağdamdan Şuşaya gedən helikopteri ermənilər vurmuşdu, bizim iki müəllimiz - Mürşüd müəllim və Sara xanım şəhid olmuşdu. Sara müəlliməni ayağından yerə düşən çəkməsindən tanımışdılar. Sara xanım nişanlı idi. Sonra Elsevər adlı bir tələbəmiz də şəhid oldu... Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi şəhidlər də verib. Biz hər zaman onları xatırlayırıq. Bu gün də Xankəndiyə qayıtmağa, müəllimlik fəaliyyəti ilə məşğul olmağa hazıram. Ora bizim tarixi torpağımızdır və orada Qarabağ Universitetinin yaradılması da mühüm hadisə oldu. Cənab Prezident Xankəndiyə, Ağdərəyə bayraq sancanda ürəyimiz sevinc hissləri ilə dolub-daşdı. Geri qayıdacağımız günü gözləyirik...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ