Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Ağdərə qədim Kolanı türklərinin yaşadığı tarixi ərazidir" - müharibə veteranı danışır...

Image


"Ağdərəlilər Ağdərənin bölünməsi ilə barışmırdılar"

Ağdərəlilər Milli Məclisdə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin qəbul edilməsini müsbət qarşılayır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevlə bu barədə söhbət etdik. 

- Ağdərə rayonunun yenidən təşkil olunması ilə bağlı qanun layihəsinin qəbul edilməsi ağdərəliləri çox sevindirdi. Rayonun bərpa edilməsi barədə illərdir müraciət edirik, yazırıq, pozuruq, nəhayət ki, arzumuz yerinə yetirilir. "Şıxov batalyonunun" ilk könüllü zabitlərindən biri kimi Birinci Qarabağ müharibəsində döyüş yolu keçmişəm. 

- Səhv etmirəmsə, Vətən müharibəsində də iştirak etmisiniz. Yanılmırıq ki?

- Tale elə gətirdi ki, böyük oğlum İlkin Rzaquliyevlə birlikdə 44 günlük Vətən müharibəsində də iştirak etdik. Oğlum ehtiyatda olan baş leytinat İlkin Rzaquliyev Prezidentdən 6 medal aldı, yaralandı, döyüşü tərk etmədi. Bu barədə sənədli film çəkilib, mahnılar yazılıb. Bunu reklam üçün demirəm, məlumat üçün deyirəm. Vətən bizim üçün canımızdan da, balamızdan da əzizdir, mən bunu həyatımla sübut etmişəm…

- Ağdərə uğrunda döyüşmüsüz, böyük döyüş yolu keçmisiz. Birinci Qarabağ müharibəsinin nəticələrindən danışmaq istəmirik… Son hadisələrə necə qiymət verirsiz?

- Cənab Prezidentin Ağdərəyə bayraq sancması bizim üçün çox əlamətdar hadisə oldu. Bayrağın sancılmasından keçirdiyimiz hisslər  sözlə ifadə olunması mümkün olmayan hisslərdir.  Azərbaycanın hər bölgəsi bizim üçün əzizdir. Qazaxın 7 kəndini də, Kərkini də, Zəngəzur dəhlizini də, Qərbi Azərbaycanı da gözləyirik. Görüləcək işlərimiz çoxdur.        

- Doğulduğunuz Xatınbəyli kəndi haqda nə məlumatlar var?

- Bizim kənd təəssüf ki, 1992-ci ildə məhv olundu. Həmin ədalətsiz, özbaşına bölgüdə Xatınbəyli Ağdama düşmüşdü. Ulu babalarımız 1937- ci ilə qədər rus-erməni birləşməsinə, bolşevizmə, Sovetlərə qarşı mübarizə aparıb. Bu barədə tarixi mənbələrdə var. Bayram Bayramovun "Arakəsmələr", Əli Vəliyevin də əsərində Qaçaq Alyar bəy haqda danışılır. Bizdə döyüşmək, erməni separatçılarına nifrət qandan-gendən gələn məsələdir. 

- Siz hadisələrin içində olmusunuz. Cəbhə halimiyyəti nə üçün Ağdərə rayonunu ləğv etdi? 

- Birinci Qarabağ müharibəsində üç qardaş döyüşlərdə oldu. Rəhmətlik kiçik qardaşım Xəqani Rzaquliyev BDU-nun jurnalistika fakültəsində əyani oxuyurdu, ikinci kursda idi. Çox fədakarlıqlar edib. Qardaşım Qarabağın azad olduğunu gördü, amma Ağdərənin azad olduğunu görə bilmədi. Ağdərənin bölünməsinə gəlincə, mən o vaxt döyüşlərdə idim, hərbiçi idim. Bəlkə şəxsi maraqlara, bəlkə başqa məsələlərə görə bölündü. Guya məqsəd erməniləri oradan çıxarmaq olub. Səbəbin nə olmasından asılı olmayaraq, Ağdərə rayonunun ləğv edilməsi, ərazisinin bölünməsi düzgün addım deyildi. Çünki Ağdərə keçmiş "Dağlıq Qarabağın" 60 faizi idi, orada neçə-neçə Azərbaycan kəndi vardı və 15 minə yaxın azərbaycanlı yaşayırdı. Amma rayonu ləğv edib ərazisinin yarısını Kəlbəcərə, yarısını Ağdama, yarısını Tərtərə verdilər. O vaxt kim idi kiminləsə hesablaşan? Ağdərənin azərbaycanlı əhalisi qədim  türk Kolanı elləridir.  Yəni Agdərə qədim Kolanı türklərinin yaşadığı tarixi ərazi olub. Onların öz adət-ənənələri olub. Bu türk tayfası özünəməxsusdur. Bölünmədən sonra onların yarısı tərtərli, yarısı ağdamlı, yarısı kəlbəcərli oldu...Təbii ki, camaat bunu razılıqla qarşılamırdı. Ağdərəlilər Ağdərənin bölünməsi ilə barışmırdılar. 

- Ağdərədə erməni kənbdləri də vardı?

- Bəli, amma onlar çox sonradan ora köçürülüb məskunlaşdırılmışdı.  Məmməd Səid Ordubadinin "Qanlı illər" əsərində hər şey detallı yazılıb. Yəni azərbaycanlıları necə köçürüblər, onlara necə məşəqqətlər yaşadıblar və onları çıxarıb kəndlərində erməniləri məskunlaşdırıblar. Ağdərə qədim türk torpağıdır və orada ağdərəlilər, qədim kolanılar yaşayıb, orada erməni olmayıb. 1905, 1918-ci ildən sonra ora ermənilər köçürülüb yerləşdirilib.  

- Sonuncu dəfə Ağdərədə nə vaxt olmusunuz? 

- Faciəm ondadır ki, 1992-ci ildən sonra ora getməmişəm. 

- Ağdərəyə getsəniz ilk ziyarət edəcəyiniz yer hara olar?

- Yəqin kəndimizin qəbristanlığının izləri qalıb, ilk olaraq qəbristanlığa gedib nənələrimizin-babalarımızın qəbirlərini ziyarət edərdim. Ata-anamı Bərdədə dəfn etdik. Bərdə müqəddəs torpaqdı, 100 min əhalisi olan Bərdə o vaxt 120 min köçkün qəbul etmişdi. Azərbaycanın heç bir yerində belə olmayıb ki, gəlmə yerli sakinlərdən çox olsun. Biz həmişə Bərdə camaatını alqışlamışıq...

Sonra Ağdərədə Sığnaq deyilən bir yer var, ora gedərdim. Allah qismət edər, bir dəfə yolunuz düşər görərsiz necə yerdir. Sığnaq yaylası qeyri-adi bir məkandır. Ulu babalarımız elə o Sığnaqda yaşayıblar. 1937-ci ildə ermənilərin fitvası ilə Sovet hökuməti babalarımı oradan köçürüblər.

- Səbəb nə göstərilib? 

- Deyiblər ki, orada qaçaq saxlayırlar, hökumətdən yayındırırlar və sair. 

- "Marağa-150" abidəsini ermənilər niyə dağıtdı? O abidə yəqin yadınıza gəlir?

- Bəli, qarşısında şəklim də var. Marağa Cənubi Azərbaycandakı Marağa şəhəridir. Marağa (Marquşevan) kəndləri ki vardı, ora o vaxt indiki İrandan 40 min erməni köçürülüb. O dövrdə 40 min erməni İrandan, 80 min erməni Türkiyədən bizim torpaqlara köçürüldü, İrandan gətirilən ermənilər Qarabağda, Türkiyədən gətirilənlər isə Qərbi Azərbaycanda məskunlaşdırıldı. Ermənilər Qarabağa gəlmələrinin 150 illiyi ilə bağlı abidə quraşdırmışdılar, sonra "Böyük Ermənistan" eşqinə düşəndə o abidəni qırıb sökdülər. Yaxşı ki, 1992-ci ildə Marağa  (Marquçevan) alınanda  həmin abidəni bizimkilər  götürüb bərpa ediblər. Hazırda o abidə durur. 

- Ermənilər 1988-ci ilə qədər özlərini necə aparırdı? Onlarla münasibət necə idi?

- Vallah yaxşı olanları da vardı. Bizdə erməniyə qız verilmirdi, tək-tük erməni qızları alanlar vardı, onlara da həmişə pis baxmışıq. Məsələn, rəhmətlik qasrdaşım Xəqani 24 yaşında məktəb direktoru olmuşdu. 1989-90-cı ildə kolxozun direktoru ermənicə iclas aparmaq istəyib, qardaşım onu qoymamışdı, demişdi ki, bura Azərbaycan respublikasının ərazisidir, Azərbayan dilində çıxış et. O da məcburən Azərbaycan dilində çıxış etmişdi. Azərbaycan dili dövlət dili idi, o vaxt ulu öndər Azərbaycan dilinin dövlət dili olması ilə bağlı qərar qəbul etmişdi. Bu hal tək-tək respublikalarda vardı.

Ermənilərin vəziyyətinə gəlincə, Sovet hökuməti onlara hər cür şərait yaradırdı. Onlar da bundan hədsiz dərəcədə istifadə edib separatçılıqla məşğul oldular. 

- Ağdərəlilər qayıdışa hazırdır...

- Bəli, hər bir ağdərəli qayıtmaq istəyir. Çox arzu edərdik ki, başqa yerlərdə yaşayan ağdərəlilərin də Ağdərədə məskunlaşmasına icazə verilsin. Bu arzuediləndir. Çox istərdik ki, belə olsun. Biz cənab Prezidentə təşəkkür edirik, o bizə böyük sevinc yaşatdı...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ