Cümə axşamı günü, 03 sentyabr 2026
     

Məktəblərdə qızılca ilə mübarizə hansı nazirliyin borcudur?..

Image


Respublikada qızılca epidemiyası ilə bağlı həyəcan artır. Xüsusən də məktəblilər arasında qızılca xəstəliyinə tutulanların sayının artması, hətta ölüm halının baş verməsi, məktəblərdən birinin distant təhsilə keçməsi narahatlığı daha da artırır. 

Qrip, qızılca, su çiçəyi kimi xəstəliklər uşaqların yaxasına çökməkdədir. Ölkədə qızılca problemi ilə isə hələ ki, yalnız Elm və Təhsil Nazirliyi məşğul olur. "Qızılcanın tədris prosesinə mane olmamasına çalışırıq. Bizim üçün əsas uşaqların sağlamlığıdır. Artıq məktəblərdə uşaqların hərarəti ölçülür". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

"Bizim indi üzləşdiyimiz vəziyyət 9-10 il əvvəl valideynlərin verdiyi qərarın nəticəsidir. Bu virusda peyvəndlənmə önəmlidir. Hazırkı rəqəmlər onu deyir ki, böyük bir pandemiya təhlükəsi yoxdur. Ayrı-ayrı yerlərdə, məktəblərdə yoluxmalar var. Başqa məktəblər və ya siniflər distant təhsilə keçirilməyib, yalnız bir məktəbdə yoluxma sayı çox olduğu üçün distant təhsilə keçilib", - deyə nazir əlavə edib.

Belə görüntü yaranıb ki, hazırda ölkədə məktəblərdə şagirdlər arasında qızılcaya qarşı mübarizə ilə ancaq Elm və Təhsil Nazirliyi məşğul olur. 

Məktəblərdə qızılca ilə mübarizənin təşkili Elm və Təhsil Nazirliyinin əsas vəzifəsidir, yoxsa Səhiyyə Nazirliyi və TƏBİB-in? Elm Təhsil Nazirliyi olmazmı ki, elə elm və təhsillə məşğul olsun, bu xəstəliyə qarşı mübarizə Səhiyyə Nazirliyinin əsas fəaliyyət istiqaməti deyilmi? Bəyəm qızılca ilə mübarizənin yükünü Elm və Təhsil Nazirliyi çəkməlidir? 

Sabah başqa bir sahədə xəstəlik yayılarsa, bununla mübarizəni həmin sahəyə baxan nazirlik aparası deyil ki. Ölkədə səhiyyəyə cavabdeh dövlət qurumları var. Bu işin ağırlığını Elm və Təhsil Nazirliyi  deyil, Səhiyyə Nazirliyi və onun strukturları öz üzərinə götürməlidir, amma elə rəy və təəssürat yaranır ki, qızılca ilə mübarizənin bütün ağırlığı Elm və Təhsil Nazirliyinin çiynindədir. burada Səhiyyə Nazirliyi, TƏBİB görsənmir.

Ədalət Rüstəm: "Bütün dövlət qurumları qızılcaya qarşı mübarizəyə səfərbər olmalıdır" 

Azərbaycan Həkimlər Birliyinin İdarə Heyətinin  üzvü  Ədalət Rüstəm   "Bakı-Xəbər"ə şərhində bildirdi ki, hazırda ölkə ərazisində yayılan  qızılca ilə mübarizədə heç bir aidiyyəti qurum yaxasını geri çəkməli deyil. O hesab edir ki, Xarici İşlər Nazirliyindən və Müdafiə Nazirliyindən başqa bütün nazirliklər, dövlət qurumları qızılca ilə mübarizədə aktiv iştirak etməlidir. "Qızılca ilə mübarizədə Səhiyyə Nazirliyi kənarda qalmamalıdır. Ölkədə iki nazirlik istisna olmaqla, Səhiyyə Nazirliyi də, TƏBİB də, Elm və Təhsil Nazirliyi də daxil olmaqla   bütün dövlət qurumları qızılcaya qarşı mübarizəyə  səfərbər olmalıdır. Ölkəni bu bəladan qurtarmaq üçün bütün qurumlar fəaliyyətini ortaya qoymalıdır. COVİD-19-da olduğu kimi hər kəs bu xəstəlikə mübarizədə iştirak etməlidir. Qızılca mini koviddir, ona qarşı mübarizə aparılmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB və başqa orqanlar qızılca ilə mübarizədə çox aktiv olmalıdır. Həyəcan təbili çalınmalıdır"-deyə Ə.Rüstəm qeyd etdi.

Elyar İslamoğlu: "Belə rəy formalaşıb ki, məktəblərdə qıcılca ilə mübarizəni Elm və Təhsil Nazirliyi  təkbaşına aparır, Səhiyyə Nazirliyi və TƏBİB problemə reaksiya vermir"

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu "Bakı-Xəbər"ə "Qızılca ilə bağlı söhbətlər yayıldıqdan sonra biz yalnız Elm və Təhsil Nazirliyinin panikaya düşdüyünü, bu qurumun məktəblərdə tədbirlər görməyə çalışdığını görürük. Bir sözlə, cəmiyyətdə belə rəy formalaşıb ki, məktəblərdə qıcılca ilə mübarizəni Elm və Təhsil Nazirliyi  təkbaşına aparır, Səhiyyə Nazirliyi və TƏBİB problemə reaksiya vermir. Təəssüflər olsun ki, biz Səhiyyə Nazirliyi və TƏBİB-in qızılca ilə bağlı hansısa geniş açıqlamasına, maarifləndirici tədbirlərinə rast gəlməmişik. Halbuki, istənilən yoluxucu xəstəliklərlə bağlı ilk növbədə Səhiyyə Nazirliyi və TƏBİB açıqlama verməlidir, mübarizə tədbirləri həyata keçirməlidir"-deyə qeyd etdi.

E.İslamoğlu qeyd etdi ki, ölkədə həm Səhiyyə Nazirliyi var, həm də TƏBİB, TƏBİB-in yaradıması ikitirəlik yaradıb. Alim bildirdi ki, ciddi bir problem olanda Səhiyyə Nazirliyi məsuliyyəti TƏBİB-in üzərinə atır, TƏBİB də Səhiyyə Nazirliyinin günahkar olduğunu deyir. O hesab edir ki, TƏBİB-lə nazirlik birləşdirilsə yaxşı olar, heç olmasa məsuliyyəti bir qurum daşıyar. "Qızılca çox qorxulu xəstəlik sayılır. Biz hamımız uşaq vaxtı qızılca keçirmişik, amma valideynlər arasında bu qədər təşviş yox idi, həkimə müraciət etmədən evdə uşaqlarını özləri müalicə edib sağaldırdılar. Uşaqlar on-on beş günün içində sağalıb ayağa dururdular. İndiyə qədər qızılcadan üç uşağın öldüyü açıqlanıb. Görünür ki, uşaqların immuniteti zəifdir. Uşaqların immunitetinin zəifləməsində qida  məhsullarının keyfiyyətsiz olmasının, onların günəş altında az gəzməsinin, ev tapşırıqları ilə yüklənmələrinin də təsiri az deyil. Düşünürəm ki, Səhiyyə Nazirliyi və TƏBİB təxirəsalınmaz işlər görməlidir. Çünki artıq üç uşağın bu xəstəlikdən  ölməsi kiçik göstərici deyil, nəzərə alsaq ki, ölkəmiz tibb sahəsində inkiaf etmiş ölkələrdəndir. Düzdür, bizdə səhiyyə sahəsində müəyyən çatışmazlıqlar, dərmanların keyfiyyətində problemlər var, səhiyyədə rüşvət var, dərman monopolyası mövcuddur. Amma bunlara baxmayaraq, bizim ölkəmiz səhiyyə sahəsində irəlidədir. XXI əsrdə bir şagirdin  qızılcadan həyatını itirməsi yaxşı hal deyil. Yəqin ki, Səhiyyə Nazirliyi və TƏBİB qısa müddət ərazində öz vəzifələrinin öhtəsindən gəlməyə başlayacaqlar. Ola bilsin, Səhiyyə Nazirliyi və TƏBİB gözləyir ki, cənab Prezident qızılca məsələsini də nəzarətə götürsün, bundan sonra hərəkətə keçsin. Təcrübə göstərir ki, hansısa bir sahədəki problemi cənab Prezident nəzarətə götürən kimi nazirliklər əl-ayağa düşür. Əgər bu məsələni də cənab Prezident  nəzarətə götürəcəksə, onda Səhiyyə Nazirliyi və TƏBİB nə üçündür? Ümid edirəm ki, ictimai rəydən nəticə çıxarıb qısa müddət ərzində məktəblərdə şagirdlərin qızılcadan qorunması istiqamətində mübarizə tədbirləri görərlər"-deyə E.İslamoğlu qeyd etdi.

Əli TURABOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 06:10
Tramp Hörmüzə də “göz qoydu” - “Tramp boğazı”?..

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

02.09.2026 / 16:38
Moskva ilə İrəvanın dəmir yoluna nəzarət üstündə toqquşması şiddətlənir...

02.09.2026 / 16:15
Məkkə NATO-sunun gələcəyini qeyri-müəyyən göstərən xeyli suallar yaranıb...

02.09.2026 / 16:05
Bakı–Tbilisi qatarına saxta bilet satanlar peyda olub - ADY-dən açıqlama...

02.09.2026 / 15:56
Rusiya Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel göndərəcək

02.09.2026 / 15:48
ABŞ və Rusiyanın maliyyə nazirləri Aşvildə Ukrayna sazişinin mətnini müzakirə etdilər...

02.09.2026 / 15:26
Zəngəzur dəhlizində dəmiryolundan əvvəl elektrik xətti çəkilə bilər...

02.09.2026 / 15:13
Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq

02.09.2026 / 15:08
ABŞ baş kəşfiyyatçısının məxfi Moskva səfərinin yeni şifrələri açılır...

02.09.2026 / 14:53
İlham Əliyev BMT TŞ qətnamələrinin icrasını Şanxay formatında gündəmə gətirdi...

02.09.2026 / 14:28
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - FOTO

02.09.2026 / 14:04
Bişkekdə Putin-Paşinyan söz dueli davam etdi - "referendum keçirin", "referendum keçirməmək üçün qanun qəbul etmişik"...

02.09.2026 / 13:55
Mərmərə dənizində 2 yük gəmisi toqquşdu - biri 11 dəqiqə ərzində sulara gömüldü...

02.09.2026 / 13:49
Prezident İlham Əliyev Çinin Baş prokurorunu qəbul etdi - FOTO

02.09.2026 / 13:37
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

02.09.2026 / 13:28
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqləndi

02.09.2026 / 13:14
"Mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa imkan verir"

02.09.2026 / 13:10
İran Küveyt, İraq, İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu…

02.09.2026 / 12:38
Bakıda Borçalı aşıqlarının konserti olacaq

02.09.2026 / 12:37
Zelenski Rusiyaya qarşı böyük əməliyyatı elan etdi - Rusiyanın hava məkanı təhlükəli elan olundu, mülki aviaşirkətlərə xəbərdarlıq edildi…

02.09.2026 / 12:23
"Həkim çatışmazlığı olan regionlarda əlavə maliyyə mexanizmi tətbiq ediləcək" - TƏBİB

02.09.2026 / 12:14
ABŞ-ın İranda toy mərasimini bombalaması nəticəsində ölənlərin sayı 68-ə çatdı…

02.09.2026 / 12:02
İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər – Ali Məhkəmə açıqladı

02.09.2026 / 11:50
Həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR

02.09.2026 / 11:36
"Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir" - Prezident

02.09.2026 / 11:35
Prezident İlham Əliyev: "2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub"

02.09.2026 / 11:33
"Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır" - Prezident

02.09.2026 / 11:31
Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırılır

02.09.2026 / 11:29
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət etdi

02.09.2026 / 11:20
"Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır" - Prezident

02.09.2026 / 11:15
Prezident İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi

02.09.2026 / 11:11
Goranboyda sursat anbarında yanğınla bağlı iki kəndin təxliyəsi başladı

02.09.2026 / 11:03
Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından 11 ədəd patron çıxdı...

02.09.2026 / 10:49
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlandı

02.09.2026 / 10:35
Putin Ermənistanın məsələsini müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət etdi...

02.09.2026 / 10:26
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

02.09.2026 / 10:20
Almaniya Rusiyanı dron hücumunda ittiham etdi, Putin cavab verdi - dəlillər haradadır?

02.09.2026 / 10:02
Tramp İran xalqını Tehrana qarşı üsyana çağırdı – “nə vaxt ayağa qalxacaqlar”…

02.09.2026 / 09:43
Azərbaycan nefti bahalaşdı...

02.09.2026 / 09:14
ABŞ İranda toy məclisini bombaladı - ən azı dörd ölü, 50 yaralı var…

02.09.2026 / 08:52
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub…

01.09.2026 / 22:31
ABŞ-la anlaşıb Maduronu devirdi, Trampla Venesuela neftini bölüşdürdü - sirli milyarderin kimliyi üzə çıxdı... ŞOK DETALLAR…

01.09.2026 / 22:05
ABŞ-dan Rusiyaya xəbərdarlıq - Ukrayna müharibəsi bitənə qədər təzyiq azalmayacaq …

01.09.2026 / 21:50
Prezidentin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

01.09.2026 / 21:43
Avropanın ədalətsizliyinə öldürücü sübut - eyni problem üçün Azərbaycana 24 milyon, Ukraynaya 8 milyard...

01.09.2026 / 21:26
Bişkek görüşü Zəngəzur dəhlizi proseslərində dönüş yarada bilər...

01.09.2026 / 21:10
İstehlak kreditləri də, problemli kreditlər də durmadan artır... 2015-ci il təcrübəsi yada düşür...

01.09.2026 / 20:56
Modi Putini qətiyyətlə müharibəyə son qoymağa çağırdı – “Bu gün müharibə vaxtı deyil”...

01.09.2026 / 20:42
Berlin Rusiyanı Leypsiq Hava Limanına PUA hücumunda rəsmən ittiham etdi

01.09.2026 / 20:35
Mirzoyan Zaxarova barədə: “Məndən bu qadının sözlərinə şərh verməyi xahiş etməyin"…

01.09.2026 / 20:25
İran ABŞ və İsraillə müharibədə ballistik raketlərdən istifadə edib - USA TODAY

01.09.2026 / 19:50
Ev telefonlarından imtinalar kütləviləşir-sabit şəbəkəni saxlamağa dəyərmi?...

01.09.2026 / 19:33
Zelenski Trampın nümayəndələrilə görüşdən sonra bu mesajı verdi - Sentyabrda çox şey dəyişə bilər…

01.09.2026 / 19:18
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı FOTO

01.09.2026 / 19:10
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının cavabını verdi...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ