Bazar ertəsi günü, 09 noyabr 2026
     

Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi

Image


Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə bu adda tədbir keçirilib

Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində  "Heydər Əliyev və Azərbaycanın  müdafiə sənayesi" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin institutun həyətindəki  büstünü ziyarət edərək önünə qızıl  gül dəstələri  düzüblər.

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun akt zalında davam edən  tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ordu quruculuğu sahəsində atılan addımların prioritet olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə  hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. 1971-ci ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir.

Rafiq Quluyev vurğulayıb ki, möhkəm təməl uğurların başlanğıcıdır deyimi əbəs yerə işlədilmir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları sayəsində  müdafiə qüdrətimizi gücləndirən Ümummilli Lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Dahi şəxsiyyətin əsas çağırışlarından biri gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması idi.

  Xətai Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, son 20 ildə Heydər Əliyev siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atdığı addımların  nəticəsi idi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsinin şəksizliyi ən yüksək tribunalardan bəyan edilirdi. Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu keçirilən hərbi paradlarda, beynəlxalq müdafiə sərgilərində nümayiş olunurdu. Bu gün Azərbaycan Ordusunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz olunması üçün biri-birindən mühüm addımlar atılır. Azərbaycan əsgəri Vətənə, torpağa sevgisini  daim Ali Baş Komandandan  "İrəli!" əmrini gözləməsi, "Vətən mənə oğul desə nə dərdim" amalı ilə yaşaması ilə təsdiqlədi.

  Rafiq Quluyev bildirib ki, bu gün Azərbaycan gənci Vətənin nəinki onlara oğul deməsi, eyni zamanda, şücaətindən, qəhrəmanlığından qürur duyması ilə sevinclidir.   Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu fəxarət Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.  Ulu Öndər Heydər Əliyevin  ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması da təqdir edilən mühüm addımlar sırasındandır. Nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi, keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir. Ordumuz üçün lazım olan ləvazimat, avadanlıq, texnika  Azərbaycanda istehsal edilir. Elə buna görə də artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyətinə, iradəsinə, rəşadətli ordumuzun gücünə, qüdrətinə  arxalanırdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Məhz bütün bunların nəticəsində bu gün Azərbaycan yaratdığı yeni reallıqlarla dünyanın diqqətindədir. 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın hər bir uğuru Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bugünümüzün reallıqlarını müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər böyük, ölçüyəgəlməz olduğunu görürük. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı böyük faciələrdən, təhlükələrdən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları, idarəçilik qabiliyyətlərinin yoxluğu bütün sahələrdə uğursuzluqlarla müşayiət olunurdu. Həmin illərdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin  işğalına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi sahələrdən biri ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi oldu. Ordu quruculuğu istiqamətində atılan addımların nəticəsində yaradılan möhkəm təməl bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasını şərtləndirdi.

 Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin çağırışlarında bu mühüm məqam xüsusi qeyd olunurdu ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş qabiliyyəti artdı, ən əsası gənclərimizə vətənpərvərlik hissi aşılandı. Onların  hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedərək hər zaman torpaqlarımızın işğaldan azad edilməsi amalı ilə yaşamaları da bunun bariz nümunəsi idi.

  YAP Xətai rayon təşkilatının sədri son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil siyasəti nəticəsində ordu quruculuğunda qazanılan uğurların Silahlı Qüvvələrimizin 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, ən əsası tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarda öz əksini tapdığını bildirib. Müharibənin ilk günlərindən qələbə əzmi ilə döyüşlərə başlayan hərbçilərimiz ən çətin istehkamları belə gücü, qüdrəti, Vətənə məhəbbəti ilə yararaq erməniləri səngərlərini qoyub qaçmağa məcbur etdilər. Hərbi gücü artan, ən müasir silah və sursatlarla təmin edilən Azərbaycan Ordusu Şuşa kimi alınmaz qalanı düşməndən azad edərək dünyanın hərb tarixinə yeni döyüş səhifələri yazdı. Heç də təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində xüsusi əməliyyatlar kimi tarixə düşən Azərbaycanın döyüş təcrübəsi öyrənilir, təhlil olunur. 

  Vüqar Rəhimzadə tariximizin bu şərəfli səhifəsini də xüsusi qeyd edib ki, Azərbaycan Ordusu bu ilin sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam təmin etdi. Bu, bir daha ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə- 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı, böyük qürur hissi ilə bu illər ərzində verdiyi vədləri, qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirdiyini bildirdi. 8 Noyabr-Zəfər Günündə Xankəndi şəhərində keçirilən hərbi parad Müzəffər Ali Baş Komandanın bu məkandan növbəti mesajları, çağırışları ilə tarixə yazıldı. Həmin mesajların ümumi məğzi bundan ibarət idi ki, bu torpaqların əbədi sakinləri bizik.

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru  Mürsəl Əliyev çıxışında Azərbaycan Ordusunun bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasında, dünya hərb tarixinə yeni səhifə yazmasında əhəmiyyətli rol oynayan möhkəm təməlin yaradılmasından, bu istiqamətdə atılan uğurlu addımlardan geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərimiz heç də arxayınlıq yaratmadı, əksinə ordu quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdə oldu.  Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin, genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri bu il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində  bir gün  ərzində separatçılar məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırıb təslim oldular. Bununla da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı.

 Tədbir çərçivəsində YAP Xətai rayon təşkilatının "Rahib Məmmədov 25" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini seçilən  İsmayıl Məmmədov, həmçinin gənclər adından çıxış edən  Ləman Qurbanova Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən geniş bəhs ediblər. Onlar bildiriblər ki, bu gün tarixi Zəfərimizin qəhrəmanları Vətən, torpaq sevgiləri ilə bir vətənpərvərlik  məktəbi yaratdılar. 

Şəhid Vüsal Rzayevin anası Zəminə Rzayeva, qazi Sahib Əbülfəzli gənclərimizin torpaq, Vətən sevgisindən geniş bəhs ediblər. Onlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 Noyabr - Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda səsləndirdiyi bu fikirləri böyük sevgi ilə vurğulayıblar: "Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik."

Ümummilli Liderin 100 illiyinə həsr olunan tədbirdə YAP Xətai rayon təşkilatının "Rahib Məmmədov 25" ünvanı üzrə ərazi partiya təşkilatında partiyaya yeni qəbul olunmuş 100 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin  təqdim edilməsi öz rəmzi mənası ilə diqqətdə olub. Həmçinin YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup partiya üzvünə Fəxri fərmanlar təqdim edilib.

Azərbaycanın müdafiə sənayesi sahəsində atılan məqsədyönlü addımların uğurlu nəticələrini özündə əks etdirən sənədli film nümayiş olunub. Tədbir bədi proqramlarla başa çatıb.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ