Cümə axşamı günü, 03 sentyabr 2026
     

Qarabağ Universiteti - Xankəndi Azərbaycanın ən böyük şəhərlərindən biri olacaq...

Image


İşğaldan azad edilmiş ərazilərdə məskunlaşa prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müxtəlif addımlar atılır. Bu istiqamətdə daha bir mühüm hal Xankəndidə Qarabağ Universitetinin yaradılmasıdır. 

Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sənəddə diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. O da vurğulanır ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Bu fonda regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə  Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb. Nazirlər Kabinet iki ay müddətində universitetin nizamnaməsini təsdiq etməli, onun fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməliidr. Eləcə də universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələləri həll olunmalıdır. Ekspertlər hesab edir ki, bu hal qayıdış prosesini sürətləndirməklə yanaşı, Qarabağda məskunlaşmanı da intensivləşdirəcək. İqtisadçı ekspert Natiq Cəfərli Qarabağ Universitetinin yaradılması haqqında Prezident sərəncamını şərh edərkən qeyd olunan xüsusda bildirib: "Universitet azı 20-25 min tələbənin oxuyacağı, Azərbaycan və ingilis dillərində keyfiyyətli təhsil verən elm ocağına çevrilməlidir". Onun sözlərinə görə, 20-25 min tələbənin təhsil alacağı şəhər orqanik olaraq 300 min əhaliyə çatacaq. Xankəndidən seçilən deputat Tural Gəncəliyev isə vurğulayır ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Deputat bildirib ki, bu, həm də vaxtilə Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, intellektual potensialımızın yenidən gücləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi baxımından önəmlidir: "Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun filialı 1969-cu ildən fəaliyyətdə olub. Xankəndidə yenidən ali təhsil müəssisəmizin - Qarabağ Universitetinin yaradılması həm keçmişdə olan güclü təhsil ənənələrimizin bərpası, həm Qarabağda olan intellektual, insan kapitalının irəliyə aparılması, inkişaf etdirilməsi baxımından çox önəmlidir".

O diqqətə çatdırıb ki, Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib: "Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bərpa və quruculuq təkcə gözəl binaların, gözəl infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Eyni zamanda biz insan kapitalımızın əvvəl mövcud olan potensialının yenidən bərpasını hədəfləyirik və bunu həyata keçiririk". Ümumiyyətlə, Qarabağ Universitetinin yaradılması işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını kadr əsaslı təyinatlarla yüksəltməyə hesablanıb. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini yaradırdı. Bu zərurətin ali təhsil səviyyəsindəki ilkin ehtiyac Qarabağ Universitetinin yaradılması ilə qarşılanır. Milli Məclisin deputatı Arzu Nağıyev isə hesab edir ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır: "Məlumdur ki, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlərlə, həmçinin işlə təmin olunmasına paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur". O vurğulayıb ki, Azərbaycan işğal dövründə dağıdılmış maddi-mədəni irsi, tarixi abidələri, təhsil ocaqlarını və yaşayış yerlərini bərpa etməklə bu torpaqların əsl sahibinin kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

02.09.2026 / 16:38
Moskva ilə İrəvanın dəmir yoluna nəzarət üstündə toqquşması şiddətlənir...

02.09.2026 / 16:15
Məkkə NATO-sunun gələcəyini qeyri-müəyyən göstərən xeyli suallar yaranıb...

02.09.2026 / 16:05
Bakı–Tbilisi qatarına saxta bilet satanlar peyda olub - ADY-dən açıqlama...

02.09.2026 / 15:56
Rusiya Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel göndərəcək

02.09.2026 / 15:48
ABŞ və Rusiyanın maliyyə nazirləri Aşvildə Ukrayna sazişinin mətnini müzakirə etdilər...

02.09.2026 / 15:26
Zəngəzur dəhlizində dəmiryolundan əvvəl elektrik xətti çəkilə bilər...

02.09.2026 / 15:13
Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq

02.09.2026 / 15:08
ABŞ baş kəşfiyyatçısının məxfi Moskva səfərinin yeni şifrələri açılır...

02.09.2026 / 14:53
İlham Əliyev BMT TŞ qətnamələrinin icrasını Şanxay formatında gündəmə gətirdi...

02.09.2026 / 14:28
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - FOTO

02.09.2026 / 14:04
Bişkekdə Putin-Paşinyan söz dueli davam etdi - "referendum keçirin", "referendum keçirməmək üçün qanun qəbul etmişik"...

02.09.2026 / 13:55
Mərmərə dənizində 2 yük gəmisi toqquşdu - biri 11 dəqiqə ərzində sulara gömüldü...

02.09.2026 / 13:49
Prezident İlham Əliyev Çinin Baş prokurorunu qəbul etdi - FOTO

02.09.2026 / 13:37
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

02.09.2026 / 13:28
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqləndi

02.09.2026 / 13:14
"Mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa imkan verir"

02.09.2026 / 13:10
İran Küveyt, İraq, İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu…

02.09.2026 / 12:38
Bakıda Borçalı aşıqlarının konserti olacaq

02.09.2026 / 12:37
Zelenski Rusiyaya qarşı böyük əməliyyatı elan etdi - Rusiyanın hava məkanı təhlükəli elan olundu, mülki aviaşirkətlərə xəbərdarlıq edildi…

02.09.2026 / 12:23
"Həkim çatışmazlığı olan regionlarda əlavə maliyyə mexanizmi tətbiq ediləcək" - TƏBİB

02.09.2026 / 12:14
ABŞ-ın İranda toy mərasimini bombalaması nəticəsində ölənlərin sayı 68-ə çatdı…

02.09.2026 / 12:02
İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər – Ali Məhkəmə açıqladı

02.09.2026 / 11:50
Həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR

02.09.2026 / 11:36
"Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir" - Prezident

02.09.2026 / 11:35
Prezident İlham Əliyev: "2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub"

02.09.2026 / 11:33
"Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır" - Prezident

02.09.2026 / 11:31
Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırılır

02.09.2026 / 11:29
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət etdi

02.09.2026 / 11:20
"Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır" - Prezident

02.09.2026 / 11:15
Prezident İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi

02.09.2026 / 11:11
Goranboyda sursat anbarında yanğınla bağlı iki kəndin təxliyəsi başladı

02.09.2026 / 11:03
Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından 11 ədəd patron çıxdı...

02.09.2026 / 10:49
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlandı

02.09.2026 / 10:35
Putin Ermənistanın məsələsini müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət etdi...

02.09.2026 / 10:26
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

02.09.2026 / 10:20
Almaniya Rusiyanı dron hücumunda ittiham etdi, Putin cavab verdi - dəlillər haradadır?

02.09.2026 / 10:02
Tramp İran xalqını Tehrana qarşı üsyana çağırdı – “nə vaxt ayağa qalxacaqlar”…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ