Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xəzər sürətlə quruyur - iqtisadiyyatımıza təhlükə var...

Image


"Xəzər dənizi Qazaxıstan sahillərində kəskin dayazlaşıb. Ekoloqlar hakimiyyəti təcili tədbirlər görməyə çağırır, əks halda Xəzər Aral dənizinin taleyini təkrarlayacaq". Bu fikirlər Rusiyanın "Vestnik Kavkaza" nəşrində yer alıb.

Bildirilir ki, Xəzər dənizi dayazlaşmaqda davam edir, Qazaxıstanda ekoloqlar dayazlaşmanın kritik səviyyəsini qeyd edirlər: "Atırauda dənizdə suyun səviyyəsinin azalması ilə əlaqədar bəzi limanlar fəaliyyətsizn qala bilər, yerli balıqçı kəndləri təhlükə altındadır, üstəlik, küləklə havaya qalxan qurumuş lil sakinlərin sağlamlığı üçün təhlükə yaradır. Atırau bölgəsində durum pisləşir.  Ekoloqların hesablamalarına görə, 2040-cı ildə su çatışmazlığı 15 milyard kubmetr təşkil edəcək. Ural və Kıqaç çaylarının Xəzər dənizinə tökülən kanallarında dərinləşdirmə işləri aparılır, lakin quraqlıq və istiləşmə səbəbindən onlarda da suyun həcmi azalır, dəniz çox sürətlə çəkilir. Beş ildir ki, işlər davam etdirilir. Bu müddət ərzində dəniz sahildən uzaqlaşıb. Atırauda Xəzər dənizinin dayazlaşdırılması məsələsinə həsr olunmuş dəyirmi masa keçirilib. Problemin üzərində işləmək üçün Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin nəzdində xüsusi elmi-tədqiqat institutunun yaradılması qərara alınıb, orada bioloqlar, ixtioloqlar, hidrogeoloqlar, ekoloqlar kimi mütəxəssislər çalışacaq. Bundan başqa, prezident hökumətə sudan istifadə ilə bağlı yoxlanılmış siyasət hazırlamağı tapşırıb". Məhz belə bir vaxtda Dünya Bankının da dənizlə bağlı xoş olmayan xüsusi hesabatı açıqlanıb. Burada qeyd edilir ki, Xəzər dənizinin səviyyəsində azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, limanların istehsalat gücü təhlükə altına düşəcək, xüsusilə də bu, Aktau və Ələt limanlarına aiddir: "Son onilliklərdə bir çox ekspertlər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdırmağa çalışsalar da, onların əksəriyyəti uğursuzluğa düçar olub". Bildirilib ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır ki, bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur: "Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risq altında qoyacaq". Sənəddə qeyd olunur ki, bu kontekstdə Dünya Bankı 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın, eləcə də təsirə məruz qalmış limanlar üçün yeni dərinləşdirmə strategiyalarının, eləcə də təsirlərin azaldılması tədbirlərinin təklif edilməsinə yönəlmiş bir sıra tədqiqatlara başlayıb. Dünya Bankının tədqiqatları çərçivəsində ilk nəticələr 2024-cü ilin ortalarında əldə olunacaq və 2025-ci ilin əvvəlində başa çatacaq. Dünya Bankı qeyd edir ki, bütün bunlar Xəzərlə daşıma səviyyələrinin ciddi şəkildə artacağının gözlənildiyi bir vaxtda baş verir. Belə ki, Orta Dəhlizin istismara verildiyi ssenaridə Xəzər dənizi vasitəsilə daşımaların həcminin 2030-cu ildə 11 milyon tona çatacağı gözlənilir. Bu isə 2021-ci ilə nisbətən 3 dəfə artım deməkdir. Xəzər dənizi vasitəsilə yük daşımalarının təxminən 4 milyon tonunun konteyner vasitəsilə aparılacağı proqnozlaşdırılıb. Konteynerlərin isə 1,5 dəfə artması gözlənilir. Qeyd edilib ki, təkmilləşdirmələr həyata keçirilməzsə, daşıma tələbatı proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq: "Gübrə kimi yüksək əlavə dəyərli əmtəələrdə daşımların təxminən iki dəfə artacağı gözlənilir. Dəhliz vasitəsilə daha çox daşınacaq mallara metal məmulatları, hazır qida məhsulları, maşınlar və kimyəvi maddələr daxildir. Hazırda Şimal marşrutundan istifadə edən səyahət vaxtına daha həssas olan mallar qismən Orta Dəhlizə keçəcək. Xammalın payı 60 faizdən 53 faizə endiriləcək. Neft və neft məhsulları, eləcə də qara və əlvan metallar Xəzər dənizi vasitəsilə daşımaların mühüm hissəsini təşkil etməkdə davam edəcək". Lakin dənizin səviyyəsinin enməsi ciddi problemlərə yol aça bilər.

Hesablamalar göstərir ki, Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib. Ekspertlər bildirir ki, Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur. Çünki dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir. Hesab edilir ki, 2050-ci ilə qədər Xəzərin səviyyəsinin enmə ehtimalı böyükdür. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev isə bu günlərdə belə bir açıqlama ilə çıxış edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə Günəş aktivliyi və atmosfer sirkulyasiyası da təsir edir: "Bir təsnifat var və orada E, V, W və C prosesləri ayrılır. V və W prosesləri Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsidir. E və C isə meridianal proseslərdir. Xəzər dənizinin səviyyəsini tədqiq etmək üçün həmin təsnifatdan istifadə etdik. Məlum oldu ki, V proseslərinin artması, yəni Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi Xəzər dənizinin səviyyəsinin artması ilə uyğunlaşır. Dənizin səviyyəsinin enməsi E proseslərinin - meridianal proseslərin artması ilə üst-üstə düşür. Nə qədər ki, meridianal proseslər davam edəcək, Xəzərin enməsi də davam edəcək. Proqnoza görə, 2050-ci ilə qədər E və C prosesləri üstünlük təşkil edəcək. O zamana qədər Xəzər dənizinin səviyyəsinin enməsi ehtimalı böyükdür. 2050-2052-ci ildən sonra V proseslərinin təkrarlanması ehtimalı var. Bundan sonra Xəzərin səviyyəsində qalxmaları müşahidə etmək olar. Bu onu göstərir ki, Xəzərin səviyyəsində tərəddüdlər Günəş aktivliyi və atmosfer sirkulyasiyası ilə də əlaqəlidir. Təbii ki, burada digər amilləri də nəzərə almaq lazımdır".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ