Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xankəndidə Pedaqoji İnstitutu kim açdı, kim bağladı?.. - MÜSAHİBƏ

Image


Raqub Kərimov: "Heydər Əliyev qəti şəkildə məsələ qoydu ki, bu institut mütləq Xankəndidə açılmalıdır" 

Prezident İlham Əliyevin Xankəndidə "Qarabağ Universiteti"nin yaradılması ilə bağlı sərəncamı hazırda fəaliyyət göstərməyən Xankəndi Pedaqoji İnstitutunun keçmiş əməkdaşları tərəfindən də müsbət qarşılanır.  

"1988-ci ilin 14 oktyabr tarixində  Xankəndi Pedaqoji İnstitutunun bağlanması haqda SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov qərar imzalayıb"

Müsahibimiz Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının sabiq rektoru, filologiya elmləri doktoru, professor Raqub Kərimovla keçən günlərə qayıtdıq, Xankəndi Pedaqoji İnstitutunun tarixindən, fəaliyyətindən danışdıq...

- Raqub müəllim, Xankəndi Pedaqoji İnstitutu necə yarandı? Yəqin ki, o tarixə şahidlik edənlərdən biri də Sizsiniz. Ötənlərə qayıdıb hansı məqamları xatırlayardınız? 

- Bu olduqca əlamətdar bir hadisə idi. Bu ali təhsil müəssisəsi 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılıb, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. O əvvəllər bir fakültə kimi fəaliyyətə başladı...

- Ermənilər bu institutun yaradılmasına mane olmurdular ki?

- Əlbəttə olurdular. Onlar istəmirdilər ki, Xankəndidə belə bir institut yaradılsın. 

- Mane olmaqlarının səbəbi nə idi?

- Çünki ermənilər orada azərbaycanlı əhalinin say tərkibinin çoxalmasını istəmirdilər. Onlar elə zənn edirdilər ki, azərbaycanlıların sayının artması onların sıxışdırılmasına gətirib çıxara bilər. Bu səbəbdən də ciddi müqavimət göstərirdilər ki, Xankəndidə belə bir institut yaradılmasın. 

- Bəs sonra nə baş verdi ki, onların müqaviməti qırıldı? 

- Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra onun qayğısı nəticəsində instituta çevirildi. Heydər Əliyev qəti şəkildə məsələ qoydu ki, bu institut mütləq Xankəndidə açılmalıdır. Çünki ermənilər tələb edirdilər ki, bu institut Xankəndidə deyil, Şuşada açılsın. Bundan sonra institut fəaliyyətə başladı, getdikcə müstəqil ali təhsil ocağına çevirildi. Daha dəqiq desək, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsünə əsasən  filial Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.

- Əvvəl yarananda adı necə olub?

- Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutu. 

- Bu ali məktəbin Xankəndidən köçürülməsi necə baş verdi?

- Bilirsiz ki, 1988-ci ildə keçmiş "Dağlıq Qarabağ"da hadisələr baş verdi, erməniləin əsassız iddiaları qiyamlara çevrildi. Nəticədə bizim orada dərs keçməyimiz mümkün olmadı. Çünki şəraitimiz çox ağır idi. Separatçılar qadınları, qızları tovlayıb bizə qarşı xoşagəlməz hərəkətlər etdirirdilər. Çox dəhşətli hadisələr yaşamışıq, mən bunları xatirələrimdə də yazmışam. Hətta 1988-ci il mayın 16-da erməni separatçıları bizi tələbələrlə birgə Xankəndidən zorla qovdular. Biz may ayının həmin günü tələbələri avtobusa yığıb Şuşaya köçdük və Mədəni-Maarif Texnikumunun binasında yerləşdik. Bizi orada qarşıladılar, fəaliyyətimizi bərpa etdik. 

- İnstitut Şuşaya köçəndə siz rektor idiniz?

- Xeyr, Şuşada olanda rektor vəzifəsini daşıdım.   

- Nə vaxtdan orada işləyirdiniz? 

- Əvvəllər Əfqanıstanda işləmişəm. Xankəndi Pedaqoji İnstitutunda isə 1976-ci ildən işğal dövrünə qədər həm müəllim, həm də rektor kimi fəaliyyət göstərmişəm. 

- Rektor seçilməyiniz necə oldu?

- İnstitutun prorektoru, professor Nəcəf Quliyev yaşlı idi, Böyük Vətən müharibəsi əlili idi, bir qolu yox idi. 

- Professor Nəcəf Quliyevi yaxşı tanıyıram, ali məktəbdə müəllimim olub...

- Çox ağıllı, ciddi bir insan idi. Ermənilər ən çox Nəcəf müəllimdən qorxurdular, rektordan çəkinmirdilər. Çox dəyanətli kişi idi. Biz Xankəndidə sonuncu  iclasda iştirak etdik. Orada cəmi 11 azərbaycanlı müəllim qalmışdı, halbuki, 100-ə yaxın azərbaycanlı müəllim var idi, separatçıların üzündən hamısı dağlıb getmişdi. Sonuncu iclasdan sonra Nəcəf müəllim məni kabinetinə çağırdı. Ata-bala kimi yaxın münasibətimiz vardı, o mənim atam yaşda idi, mən cavan oğlan idim, xətrimi çox istəyirdi. Nəcəf müəllim institutun bütün sənədlərini mənə verdi və dedi ki, bu sənədlərlə yaxşı tanış ol, sən bu institutun rektoru olacaqsan. Mənə tövsiyə etdi ki, prinsipial ol, sənədləri yaxşı  bil, heç kəsə güzəşt etmə və sair. Nəcəf müəllim dedi ki, daha mən bu instituta gələ bilməyəcəyəm, sonra Nəcəf müəllim getdi. Bir neçə gündən sonra Azərbaycan Təhsil nazirinin müavini gəldi və məni rektor kimi kollektivə təqdim etdi. Həmin il yay semestrini Şuşada təşkil etdik, sonra Ağdama getdik.

- Bəs institut nə vaxt bağlandı? 

- Onun bağlanması haqda SSRİ Nazirlər Soveti qərar çıxarıb. 1988-ci ilin 14 oktyabr tarixində  Xankəndi Pedaqoji İnstitutunun bağlanması haqda SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov qərar imzalayıb. SSRİ Təhsil nazirinin qərarına əsasən isə iki il müddətinə institut bağlanmalı oldu. Belə qərar qəbul olunmuşdu ki, institutun Azərbaycan bölməsi Gəncəyə, erməni bölməsi isə İrəvana, Leninakan və Kirovakana getsin. İnstitutda tədris Azərbaycan, rus və erməni dillərində aparılırdı. Hər sektorda 1200-1300 tələbə təhsil alırdı. Azərbaycan bölməsində 1200 tələbə oxuyurdu. 

- Gəncədə fəaliyyətiniz oldumu?

- Biz hadisələrdən sonra Ağdama gəldik, sonra Təhsil Nazirliyinin qərarı ilə institut Gəncəyə köçürüldü. Bizə elan edildi ki, institutda bütün vəzifələr ləğv olunur, tələbələr isə Gəncədə təhsilini davam etdirəcək. Bir il də Gəncədə fəaliyyətimizi davam etdirdik. Ermənilər Topxana meşəsini qırdıqdan sonra bizim tələbələr küçələrə çıxıb böyük mitinqlər keçirdilər. Gəncədən sonra yenidən Şuşaya qayıtdıq və tələbələr təhsillərini orada davam etdirdilər. Şuşa işğal olunana qədər orada işlədik, sonra Ağcabədiyə köçdük, fəaliyyətimizi davam etdirdik. Bax, məsələ belə oldu. 

- Raqub müəllim, sizə qədər Xankəndi Pedoqoji İnstitutunun tarixində azərbaycanlı rektor olmuşdumu? Siz institutun Şuşa dövründə rektor vəzifəsinə təyin edilmisiniz. Niyə əvvəllər azərbaycanlını rektor qoymurdular?

- Çünki "Dağlıq Qarabağda" vəzifədə olan birinci şəxs erməni idi. 

- Nəyə görə?

- Çünki onlara SSRİ hökuməti azadlıq vermişdi. O vaxt həm də onlar məsələ qaldırmışdılar ki, erməni uşaqlarının erməni dilini unutmaması üçün erməni sektoru olmalıdır. Digər tərəfdən də vəzifə bölgüsü elə idi. Məsələn, "obkom" (Vilayət Komitəsinin başçısı nəzərdə tutulur-red.) mütləq erməni olmalı idi, onun müavini, tutaq ki, 3-cü, 4-cü şəxs azərbaycanlı ola bilərdi. Çox az azərbaycanlı orada vəzifədə işləyirdi. Eləcə də müəssisələrin hamısının rəhbərləri mütləq və mütləq erməni olmalı idi. Ona görə də, bizim institutda rektor erməni idi. Əvvəl rektor Sergey Yefromoviç Xalatryan idi. Sonra Sərkisyan gəldi. Bütün problemlər də onun dövüründə başladı...

- Ölkə başçısı "Qarabağ Universitet"inin yaradılması haqda sərəncam imzaladı...Bu sərəncamı gözləyirdinizmi? 

- Bu çox qiymətli bir hadisədir. Cənab Prezidentə dönə-dönə təşəkkür edirəm. Xankəndi təhsil ənənəsi olan bir şəhərdir. "Qarabağ Universitet"inin yaradılması yenidən Qarabağın alınması kimi bir hadisədir. Bu saat bütün region ayaq üstədir... 

- Kövrəldiniz...

- Kövrəlməmək, sevinməmək mümkün deyil. Xankəndidə "Qarabağ Universiteti"nin yaradılması günün ən aktual məsələlərindən biridir. İndiki şəraitdə Xankəndidə belə bir universitetin fəaliyyətinə çox böyük ehtiyac var. 

- Deyəsən, artıq təklifiniz də var?

- Bəli. Əgər bir təhsil işçisi, professor kimi mənim fikrimi soruşsalar, təklif edərdim ki, institutda fakültə və ixtisaslar müəyyən edildikdən sonra Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrə müraciət edilsin. Tələbələrə təklif olunsun ki, kim öz arzusu ilə Qarabağ Universitetində təhsilini davam etdirmək istəyirsə, müraciət etsin. Bu mənim subyektiv fikrimdir. Televizora baxırdım, bu barədə sorğular aparılırdı, gənclər hamısı deyirdi ki, biz "Qarabağ Universitet"ində təhsilimizi davam etdirmək istərdik. Əgər belə olarsa, ali məktəblərdə qış tətili bitdikdən dərhal sonra – fevral ayında biz "Qarabağ Universitetində" azərbaycanlı tələbələrə dərs keçməliyik. Bunun özünün çox böyük siyasi əhəmiyyəti var. Xankəndi sakini olan azərbaycanlıların geri qayıtması çox mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu qərar həm böyük qələbəmizin daha da möhkəmləndirilməsi, həm də regionlarda, xüsusilə azad edilmiş ərazilərimizdə təhsilimizin inkişafı üçün vacib amillərdən biridir. Bu gün necə ki, Xankəndi Futbol komandası orada fəaliyyət göstərir, eləcə də müəllimlər gedib orada dərs keçməlidirlər. Mən özüm hər zaman "Qarabağ Universitet"ində dərs keçməyə hazıram...

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ