Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünyanın ən acı təlaşı şəhid analarının ürəyində qövr edir...

Image


İkinci yazı

Mingəçevirin Günəşli qəsəbəsi bəlkə də adı kimi gü­nəşli deyil; burada günəşin al şəfəqləri çöhrələrə soyuq təbəssüm sıçradır. Darısqal döngələr, sakit, səssiz yollar, hətta yanından ötən insanlar sanki qaş-qabaqlı, sanki hüzn içindədir. 

Kimdənsə bunun səbəbini soruşmağa ürək etmirik. Ancaq hiss edirik ki, Vətən müharibəsindən sonra gözlərdə, ürəklərdə təlatüm edən sevinc hissi qədər bir susqun görkəm də var. Anlaşılandır; ən azı beş-on evdən bi­rin­də şəhid ağrısı, acısı sinə deşir...

Musa və Tural qardaşlarının anaları Nəhayət xanımın da içini acı sızıltılar sarıb. Ona övladları ilə bağlı zəng vu­randa da səsində ağır bir ləngər, iç göynədən bir sızıltı hiss etmişdim. Ya ünvanı səhv demişdilər, yolu-rizi səhv gös­tərmişdilər, bəlkə də üzərimə çökən ağırlıqdan mən səhv an­lamışdım, yad bir səmtə getmişdim, Nəhayət xanıma zəng vuranda, dedi ki, qarşı küçədən sağa dön, yolun ba­şın­da qarşılayacam...

Çılğın-dəli küləklərin müşayiəti ilə sağ küçə ilə qarşıya keçdim. Yan səmtdə söhbət edən iki qadın dedi ki, ilk də­fədir Mingəçevirdə bu cür dəli külək əsir. Bir anlıq elə bildim, küləyi bu işıqlar şəhərinə mən gətirmişəm...

Küçənin dolanbacından sağa burulanda qarşıda qara pal­tarlı, boynu sağ çiyninə əyilmiş bir qadın gördüm. Elə bil­dim, yaşıllığı itmiş bir vadidə musson küləkləri iki qaya parçasını üst-üstə qoyub, üstdəki parçanı bir qədər yana əyib. Belə təsir bağışladı Nəhayət xanım. Ona əziyyət verdiyim üçün özümü qınadım. Aramızdakı yüz metrlik yolu bəlkə də yüyürdüm, ya süründüm, bəlli olmadı, Nəhayət xanım rəngi solmuş gözlərindəki kədəri gözlərimə yük etmədən məni salamladı, birlikdə Musa və Tural qardaşlarının boya-başa çatdığı evə tərəf addımladıq... 

Ani olaraq susqunluq girdabına tutuldum. Qəfil gələn hiss ayaqlarımı daş yola pərçimlədi. Güclü külək saçlarımı dağıda-dağıda gözlərimə hücum çəkdi, lakin diqqətimi birazdan kandarına ayaq basacağım evin qəribə təzad doğuran aurasına yönəldə bildim: darvazanın sağ səmtində şəhid qardaşların xatirəsinə bulaq komleksi inşa edilib. Kompleks aşkar bir Vətən hissi, coşqun bir vətənpərvərlik sevdası aşılayır. Bir tərəfdə Musanın, digər tərəfdə Turalın büstü var. Külək də yuxarı səmtlərə sancılmış bayraqlarımızı yovşanlı dərələrin yulğun ağacları kimi yelləyir... İçimə qəhər doldu. Bəlkə də Nəhayət xanım - buyur, oğlum, içəri keç, - deməsəydi, Allah bilir, hansı ilğıma qoşulub, hansı acının əsarətində əriyəcəkdim... 

Həyətə daxil oluruq. Ev başdan-başa bir vətənpərvərlik mücəssəməsi kimi görünür. Nəhayət xanımın müşayiəti ilə söhbət edəcəyimiz otağa keçirik. Bura sanki şəhid qardaşların muzey-xatirə ocağıdır. Divarlardakı foto-stendlər, masa üstünə qoyulmuş şəkillər Nəhayət xanımı elə ayaq üstə dinləməyə vadar edir...

Otaqdakı ab-havanın müşayiəti ilə Nəhayət xanım şə­hid övladları barədə danışır. Əslində, danışmır, sakit-sakit qan ağlayır, fəryad qoparır, bayırdakı külək kimi təlatümə gəlir... Qərəz kimi görünməsin, o, bəlkə də hər gün yüz dəfə ölür, dirilir, hər qapısını açana həyat qubarının nə qədər acı olduğunu anladır. 

Nəhayət xanım anidən gözlərinin vücudunu dəyişib ilıq hənirtilərlə dedi ki, Musa şair idi, altmışa yaxın şeiri var. Görün bir şeirində nə yazıb:


Nə gözəl qardaşsan, mənim qardaşım,

Gəl, elə dünyadan birlikdə köçək...


Misralar təxminən bu anlamda çıxdı Nəhayət xanımın dodaqlarının arasından. Dedi ki, Musa sanki qardaşı ilə birlikdə öləcəyini bilirmiş. Əvvəlcədən bu fikirləri dilinə gətirib...

İnsafən, misralar son dərəcə poetik və bədiidir. İçindəki məna ümumiyyətlə, moderndir. Müasir şeirin orijinal şə­kil­lərindəndir. Şeiri bütöv halda görə bilməsəm də, bu iki misra Musanın poetikası haqda çox şey dedi. 

Nəhayət xanım qaysağı qopmuş sızıltılarla ərz etdi ki, Musanın qəbir daşında özünün yazdığı bir parça şeir əks olunub... Hər dəfə oradakı misraları oxuyanda dünyamız dağılır, sinəmiz od tutur...  

Söhbətimiz nə qədər davam edir, bilmirik, bəlkə də heç danışmırıq, fərqinə varmırıq, anidən sağollaşırıq. Külək darvazanın qapısını açır, sonra da sanki bağlayır. Bir anlıq arxaya boylanıram, Nəhayət xanımı tonlarla ağırlığı olan bir qaya parçası kimi görürəm. Sanıram ki, dünyanın ən acı təlaşı onun övlad nisgili ovan ürəyində qövr edir...

Və sanıram ki, dünyanın ən acı təlaşı bütünlükdə şəhid analarının övlad nisgili ovan ürəklərində qövr edir...

Musa və Tural qardaşlarının adı verilən küçədə onların xatirəsinə bir lövhə qurulub. Lövhədə güclü vətənpərvərlik hissi var. Elə bu təsirdən orada özümdən ixtiyarsız Və­tən müharibəsi ərəfəsində yazdığım bir şeiri pıçıldadım:

 

***

 

...Dur, əsgərim!

Düşmən ipə-sapa yatmır,

Vur, əsgərim!

Şeytan yenə hiylə qurur,

O iblisin qulağını

Bur, əsgərim!

Ana yurdun gözlərinə

qürurla bax,

Çəkilməsin gözlərindən

Nur, əsgərim!

Vətən para-para olub,

Qarabağın sərhədini

İrəvanda qur, əsgərim!

Qoyma yurdda qara bulud,

Yad baxışlar "çiçəkləsin",

Düşmən güllər bitsin...

Torpaq sənə əmanətdir,

Ana yurdun keşiyində 

möhkəm dayan, dur, əsgərim!

...Vur, əsgərim!

 

Döyüş yoldaşının Tural barədə dediyi sözlər yadıma düş­dü... Əmin oldum ki, o, yaralı halda mühasirədən çıxmaq üçün yuxarı səmt­dən güllələri yağış kimi yağdıran düş­mənə atəş açan­da da eynən bu cür hayqırıbmış: Vur, əs­gərim!... 

"Musa və Tural qardaşları küçəsi"

Musa və Tural qardaşları barədə kitab yazmaq tapşırığı alanda dərhal vikipediyaya nəzər saldım. Göstərdikləri qəh­rəmanlığı əks etdirən ümumi bir məlumatda əvvəlcə Mu­sanın, sonra da Turalın adı çəkilirdi. Redaksiyada da bi­rinci Musanın adı çəkilirdi. Mən də onların adlarını yaddaşıma bu şəkildə hopdurdum. Hətta Mingəçevir Şəhər İcra Hakimiyyətində olarkən də birinci Musanın adı çəkildi. Günəşli qəsəbəsinin sol səmtindəki küçədə əks olunmuş lövhədə də elə "Musa və Tural qardaşları küçəsi" söz­ləri əks olunmuşdu. Düşündüm, yəqin böyük qardaşdır, ona görə hörmət əlaməti olaraq belə deyirlər. Bir daha vi­ki­pediyaya diqqət etdim. Bu zaman əks bir diqtə ilə qarşılaşdım, bəlli oldu ki, Musa əslində, ailənin kiçik övladıdır, lakin Turaldan qabaq şəhid olub...

Bu zərurəti şəhidlərin anası Nəhayət xanımla da müzakirə etmək fikrim var idi. Lakin onun ləngər vuran dərdi, iç göynədən ağrı-acısı qarşısında nitqim qurudu, mövzunu başqa səmtlərə çəkdim. O, içində sızıldaya-sızıldaya dedi ki, Musa tankın içində yanaraq həlak olub (bunu telefonla da­nışanda da demişdi...). Bir müddət nə ondan, nə də Tu­raldan xəbər tuta bilmədik. Meyitləri neytral zonada qaldığı üçün bizə bir söz demirlərmiş. Sonra ard-arda – müəyən aralıqla hər iki övladımın şəhid olması barədə sarsıdıcı xə­bər­lər aldım. Çox az ara ilə üstümə iki tabut gətirdilər. Mən bədbəxt, mən qaragün necə dözdüm buna? Ağ­la­maq­dan səsim batdı, ancaq ölmədim. İndiyə qədər sızıldayıram. Ölənə kimi bu sızıltı məni rahat buraxmayacaq. Bəl­kə öləndən sonra da övlad acıları məni köz edəcək... 

Nəhayət xanım sakit-sakit göynəyir, fikirlərini cəm edə bilmirdi. Bəlkə də küləyin səsinə diksindi, dedi:

- Həyat yoldaşım üçün də çox ağır idi. Elə gün olmurdu ki, ağlayıb-sızıldamasın. Arada nəvələri ilə dərdini dağıdırdı. Amma dözə bilmədi. Dünyasını dəyişdi. Bu, mənə üçüncü zərbə oldu. Sinəmdə üç dağ gəzdirirəm indi. Qu­bar­dan içim parçalanır, gözümün içində elə göynərtilər var ki, sözlə təsvir etmək mümkün deyil...

Sözardı: "Torpağın üzü soyuqdur" deyirlər. Zaman ya­ra­ları tez unutdurur. Ancaq bu, bütün hallarda mümkün ol­mur... 

İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhid adı, şəhid an­dı itməyəcək. Mingəçevirin Günəşli qəsəbəsinə ayaq ba­sanlar "Musa və Tural qardaşları küçəsi" yazılmış lövhənin qarşısında dayanıb əvvəlcə bir anlıq sükuta dalacaq, sonra onların şəhid adı qarşısında baş əyəcək, ehtiram ifa­də edəcəklər. Bu da o anlama gələcək ki, qəhrəmanlıq sə­hi­fələrini tarixdən silmək olmur. Necə ki, Cavanşir, Ba­bək, yeni əsrlərdə Mübariz, Fərid, Polad və digərləri xatırlanır, eləcə də Musa və Tural qardaşları, onların timsalında bütün şəhidlər xalqımızın and yeri olacaqlar... 

Bu şərəf onları da daim şərəfli edəcək... 

Əvvəllər – bizdən çox uzaq illərdə olduğu kimi, yaxın ta­­rixlərin də insan qətlləri bizi mütəəssir edir. Ya­şa­dı­ğı­mız həyatın (ədəbi dildə desək) süjet xəttində çırpınan bu nüans zahiri aləmlərdə insanın hansı məcrada nə olduğu ba­rədə dürüst məlumat verir. Biz (fəlsəfi zəmində) insanı ta­ledən gələn səs-səda kimi xarakterizə etmək istəsək də, tarix öz yaddaşını bu "güzəşt" hesabına zamanın axarına ve­rə bilir. Əslində, həyatdakı mənəvi təsirlər bu "gü­zəşt"in bir eskizidir. Yaddaş mənbəyi kimi əks edən hadisələr əsasən isnan qətlləri barədə acınacaqlı faktlar və dəh­şət saçır. Bu yaddaş tablosunda nə duyğuda təzahür edən fəlsəfi hiss var, nə də ədəbi prosesə eyham vuran li­rik təsir; burada yalnız milli xarakterdə əks olunan vətəndaşlıq, ağrı və girdablara mənəvi ağırlıq verən insan meylləri var və bu da faciə, dəhşət müstəvisidir. Sanırıq ki, mü­ha­ribələri törədən insanlar bu prosesi sürətləndirməkdə, ar­tırmaqda və daha qabarıq etməkdə israrlıdırlar. Çünki mü­haribələr insan və həyat tiplərini, bu israrda əks edən in­san qətllərini bəşəri statuslar kimi təqdim edir. Buna gö­rə hər bir insanın həyatı gələcəyi məhv edilmiş bir xalqın xarakteridir. Əsasən də, müharibələr insan həyatına xəyanətdən doğan ağrılardır, ümumilikdə tarixi zəminin, həyat acısının və tale ucalığının təsirində qətl, soyqırım törədən vəhşi simaların xarakterini açır. 

Mingəçevirli şəhid qardaşlar Musa və Turalın qəhrəmanlıq səhifələrini oxuduqca bir qənaətə gəlirik ki, erməni şovinizmi, onlara havadarlıq edən ermənipərəsət ölkələr yetkin insanlarla yanaşı, minlərlə azərbaycanlı gəncin də gələcək həyat-tale pərvanələrinin yüksək zirvələrdə bərq vurmasına mane olub, bu nəsli xoşbəxtlik deyilən nəs­nədən məhrum qoyub, nəticədə onların gələcəklə bağ­lı yaşantıları çırpıntı içində qalıb. Bu nəsil əslində, böyük bir həyata, mənalı, şərəfli bir ömrə sahib olmaq üçün sə­fər­bər olunmuşdu... 

İyirminci əsrin sonlarında və iyirmibirinci əsrin əvvəllərində erməni şövinizmi Musa və Turalın timsalında minlərlə azərbaycanlı gənci də məzlum duruma düşürmək niy­yəti güdürdü. Lakin xalqla dövlətin birlik əzmi onların mənfur və çirkin iştahlarını boğdu, ordumuz sarsıdıcı və ağır zərbələrlə düşmənin bütün iradəsini qırdı... 

Bu gün qalib ölkənin vətəndaşları kimi qəhrəman oğullarımızla qürur duyur, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanmasını fəxarətlə seyr edirik. Lakin bu sevinc içində bizi ağrıdan və məyus edən bir anlam var: ermənilərin qətlə yetirdiyi, uğur və in­ki­şafdan qoyduğu azərbaycanlı gənclərin hər biri Vətən ad­lı məsuliyyəti gələcəyə daşımaq üçün doğulmuşdular. Fəqət...

Bu təəssüf hissi bizi üzdükcə üzür. Ancaq qalibiyyət və böyük zəfərin parıltısında şəhid oğullarımızın – gələcəyimizin məsuliyyəti hesab etdiyimiz gənclərin əbədiyyət fövqü bizə təskinlik verir. Bu yüksəklikdə Musa və Tural qardaşlarının da qəhrəmanlıq əzmi özünü aşkar büruzə ve­rir...

Musa və Tural qardaşlarının Vətən sevgisi hər birimiz üçün zaman ucalığı kəsb edir; onların vaxt adlı aşırımları rahat keçmək şansları var. Çünki sözün zahiri və batinində bir məqsədə vardılar – şəhidik andını şərbət kimi içdilər. 

Vətən adlı seyrəngahda yüksək hüdudlara çıxa bilmək hər kəsə nəsib olmur. Musa və Tural qardaşları artıq bu "vadi"də qərar tutublar. Övladları zaman-zaman, böyü­dük­cə daha dərindən hiss edəcəklər ki, qəhrəman ataları olub, rahat, təhlükəsiz yaşasınlar deyə canlarını fəda ediblər. 

Bu şərəf onları da daim şərəfli edəcək... 

"Torpaq su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur..." 

Mənbələrdə deyilir: "O kəs ki, mənasını çox dürüst bildiyi bir amal uğrunda cihad edir, bu, mənəvi ibadət sayılır və öldüyü an şəhidlik zirvəsinə yüksəlir". 

Hədis və dini məramnamələrdə də qeyd olunur ki, torpaq su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur... Vətən uğrunda can fəda edən oğullar Allah dərgahında misilsiz pay sahibidirlər və Cənnət onlara əta edilib...

Dərs kitablarından, mətbuatdan, informasiya şəbəkələrindən… bilirik ki, torpaq, Vətən uğrunda cihada (mübarizəyə) qalxan, sinələrini mərmilərə sipər edən oğullar bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi daha vacib bilirlər. Bu da Vətən sevgisidir... İnsan özü də bilmədən (və ya çox vaxt bilərəkdən) öz içində bir qəhrəman surəti aşkarlayır, onun tipik xarakterini şərəf amili kimi tə­cəs­süm etdirir. 

Musa və Turalın simasında qeyrətli Vətən oğullarının yurd sevgisi şərəf kodeksi kimi cilalanır. Onlara Vətən qoy­nunda əbədi uyumaq xoşbəxtliyi nəsib olub. Onları şə­hidliyə aparan yol sabaha qürurla açılan tarix-şərəf qapısıdır.

Övladları həlak olan valideynlərin içində ağır ləngərin, iç deşən hayqırtının, göz göynədən təlatümün, qəlb yırtan ağrının, tük ürpədən dəhşətlərin... çaxnaqları var. Şəhid adı ağır həyat tərzini, yüz yerindən pas atmış güzəranı da elə tərzdə yırğalayır ki, zahirdən batinə qədər hər şey zəlzələyə mübtəla olur. 

Torpağın işğal olunmasını və ona gendən baxmağın bir Vətən yoxluğu olmasını qəhrəman oğullar çox yaxşı bilir, onlar bu ağır dərdin təlatümlərini - bu qorxunu xalqın içindən çıxarmağa daim müvəffəqdirlər. Bu şərəfi Musa və Tu­ralın timsalında Vətən müharibəsində aydın müşahidə etdik.  

Zahirən diqqət edəndə bəlli olur ki, yollar müxtəlifdir. Şəhidlik yolu da bu qəbildəndir, dərin qatlarla doludur. O yolda ölüm acıları, ölüm kabusu, çətin keçiləsi körpülər və s. çoxdur...

Haqqa uzanan əllər Allahdan aman dilər. Bu amanı Və­tən fədailəri – şəhidlər pak dualara çevirərlər. Atalarımız məhz buna görə "şəhidlik böyük nemətdir" deyiblər.

Qəribə taleyə, müqəddəs amala həsr etdiyimiz bu kitabda Mingəçevir şəhərindən olan iki şəhid qardaşın – Musa və Turalın əbədiyyət ünvanına güzgü tutmağa çalışırıq. Necə ki, insan doğulur, taleyini Allah verir, eləcə də şəhid qardaşların ənamını Uca Yaradan əta edib, biz sadəcə, hünərvər, Vətən sevdalı bir anaya, ürəyi oğul qübarından qa­bar bağlamış, iki oğlu şəhid olmuş Nəhayət xanıma tə­səlli vermək niyyətindəyik. Əlbəttə, heç bir təsəlli onun övlad yarasını sağaltmaz, ancaq iki saat daha artıq dözə bilməsi üçün vəsilə ola bilər. Biz nə qədər desək də, - Azər­bay­canın aydın səmasında Musa və Turalın ruhu dolaşır, o ruh şəhid qardaşlar üçün haray çəkənlərə tükənməz rahatlıq, isti hənirti verir, o ruh Vətən göylərində pərvaz edir və gənc nəsillərdə cəsarət, qürur hissi doğurur, - Nəhayət xa­nı­mın dərddən cadar-cadar olmuş qəlbinin sızıltılarını kə­sə bilmərik...  

Şəhid anaları Azərbaycanın qeyrət simvolu, xalqın əzəmət duyğusudur. Hər şəhid də bir Vətən daşıdır və gələcək nəsillər o "daş"ların üzərində yenilməzlik ruhu daşıyacaq, Vətənin bir qarışını da yadlara verməyəcək. 

Arada özümüzdə cəsarət tapıb Nəhayət xanıma deyirik:

- Musa və Tural üçün təkcə siz yox, bütün el, elat ağı deyir. Ağlamayın, özünüzə toxtaq, gözlərinizə hakim olun. Siz rahat olduqca, Vətən duruluq tapır. Siz ağrı-acıdan dinc­lik tapdıqca Musa və Turalı qoynunda uyudan torpaq da kövrək-kövrək çırpınır... Siz ağladıqca torpaq öz içindəki tə­la­tü­mü saxlaya bilmir... Ağlamayın! Başınızı dik sax­layın, şəhid anası! Başınız həmişə uca olsun! Şəhid öv­lad­larınızın qəhrəmanlığı bu gün hamı üçün bir görkdür. Nə xoş ki, şəhid övladlarınızın yurdunda dörd övlad – dörd davamçı böyüyür. Onlara xa­tir dözün, şəhid anası!

Musa və Turalın əziz xatirəsi onları sevənlərin yaddaşında işıqlı bir salnaməyə çevrilib. Vətən də, el-oba da bu qəhrəman oğullarla fəxr edir. Onların qəhrəmanlığı bir insanlıq nümunəsidir. 

Ürəyin işığı həyatın işığıdır, Nəhayət xanım. Həyat, bütün mənalarda bir sevgi yoludur. İnsan bu yolda öz ürək sevdasına hakim olmağı bacarırsa, deməli sevgi onun üçün ən başlıca şərtdir. Ürəyi sevgi ilə dolu adamın könül nəğmələri təzətər, işıqlı və düşündürücü olur. Vətənə qəhrəman oğul yetişdirən ata və anaların da könül duyğuları bi­zə həmişə xoş təsir bağışlayıb. Həyat yoldaşınızla birlikdə üzərlərində yarpaq kimi əsdiyiniz Musa və Tural Vətənin təəssüb çəkən qeyrətli oğulları idi. Onların Vətən pıçıltılarının hamısında sevgi dolu hislər var. Onlar könül nəğmələrini həyatın qaynar çağları ilə isidirlər deyə torpaq öz lən­gərini uzaq məsafələrə körpü edir. 

Artıq Musa və Tural ağ dünyanın yolçuları olublar. On­la­rın ruhundakı, insan görkəmindəki ağlıq - ağayanalıq, Və­tən təəssübüdür, içimizdəki mənəvi böhranı dağıtmaq üçün kəsərli duadır. 

Vətənpərvər övladlar böyütdüyünüz üçün sizə həmişə minnətdar olacağıq. Minbir əzab-əziyyətlə boya-başa çatdırdığınız məğrur, gözütox övladlar özləri də artıq bir Və­tən olublar. Şəhidlik onların məsuliyyətidir. 

Vətən sədaqəti daim həyatınızın ayrılmaz hissəsi kimi görünəcək, Nəhayət xanım. Ali duyğularınızda həmişə iki qəhrəman övlad sevisi qərar tutacaq. Gözlərinizin yükünü bir az azaldın, əzəmətli, vüqarlı qadın! 

İgid oğulları dünyaya sizin kimi analar gətirir – əllərinin qabarı ilə ailənin ən sadiq, ən əzabkeş surəti (obrazı) olan analar. Siz Allahın dəyər verdiyi surətlərsiniz... 

İndi siz daha alisiniz, indi həyat, tale və zaman pərişan gözlərinizin içinə baxmağa cəsarət etmir. İndi...

Ayaqlarınızın altında Cənnət salnaməsi var. Ey məğrur qadın, Vətənə iki qəhrəman oğul fəda etdiniz. Elə oğullar ki, əlləri-qolları bağlı olsaydı belə, düşməni dişləri ilə didməyə hazır idilər...

O sakit-pərişın gözlərinizi məsum baxışlarla doldurub uzaqlara, çox uzaqlara – övladlarınızın getdiyi səmtə baxmaq əzabından bir az çəkindirin. İçinizdə ləngər vuran çırpıntılar surətinizdəki könül xoşluğunu dağıdır. Ey, hamımızan vüqar, əzəmət tacı! Gözlərinizi bir də yalqız, yazıq və hürkək baxışlarla doldurmayın. Başınızı daim dik, qəlbinizi həmişə farağat tutun, çünki iki qəhrəmanın anasısınız! 

Haqq sözdür: İnsan öz içində yalqızlıq acısı yaşayanda, mütləqdir ki, həyata, insanlara, taleyə, bəlkə Allaha (da) yovuşa bilmir... Nəhayət xanımın da pərişan halı bu tipdədir. Dediklərimizin heç biri onun qəlb yuvasına girmir, əksinə o, həmin an öz məhrumiyyəti ilə çırpınır, səs və hə­rəkətin fövqünə varmır. Başadüşüləndir, gerçək (çılğın) sevdalıların hamısı belə olur... Onları nə zaman gözübulanıq görsək, dərhal əzabın qaynar sahillərindən çəkilirik. Çünki həmin an onların dəli-divanə duyğularının ləngərini dağıda bilərik... 

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ