Cümə axşamı günü, 03 sentyabr 2026
     

"Bizim rəzalət" - şəhidin ildönüm pulunu oğurlayanlar da bizdəndir...

Image


Neftçala rayonunun Bankə qəsəbəsində şəhid anasına qarşı baş verən quldurluq hadisəsi sosial şəbəkələrdə ciddi şəkildə müzakirə edilir. Həm fiziki, həm də mənəvi cinayəti törədən şəxsə qarşı sərt cəza tədbirinin seçilməli olduğu deyilir.

Yayılan məlumata görə, Bankə qəsəbəsində yaşayan şəhid anası İlşad Kəlbiyevanı evinə axşam saatlarında daxil olan cinayətkar tənha yaşayan vətəndaşı hədələyərək onun 800 manat pulunu alıb.
 Quldurluq edən şəxs naməlum istiqamətdən həyətə və oradan evə daxil olub. Üzündə maska olan şəxs ananı bıçaqla hədələyərək pulunu alıb. Hadisə ilə bağlı Neftçala Polis İdarəsinə müraciət edilib.
 Məsələ ilə əlaqədar  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəhbəri, baş inspektor, polis mayoru Nizam Həmidovun sözlərinə görə, sözügedən cinayət işi ilə əlaqədar olaraq Neftçala rayon Polis Şöbəsində cinayət işi açılıb.
 Qeyd edək ki, İlşad Kəlbiyeva Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin anasıdır. Şəhid anası pensiyasından qənaət edib yığdığı pulu şəhid oğlunun  ildönümünü qeyd etmək üçün saxlayıbmış.

Telman Kəlbiyev öz ailəsini, anasını cəmiyyətə etibar edib canını vətən yolunda fəda edib. Çox təəssüf ki, yaşadığımız cəmiyyətdə şəhid anasına bıçaq çəkəcək, şəhidin ehsan puluna göz dikəcək dərəcədə alçalmış və vicdan hissini itirmişlər də var. Şəhidin evini necə qarət etmək olar? O, canını Vətən yolunda qoyub, ailəsini cəmiyyətə etibar edib, amma kimsə onun anım günü üçün yığılan pulu oğurlayıb

Şəhidin evini qarət edən oğruya hansı cəza verilməlidir ki, bu bir dərs olsun?  

Elyar İslamoğlu: "Şəhid evinə uzanan əl dərhal qırılmalıdır"

Filologiya üzrə fəlsəfə doktoru Elyar  İslamoğlu "Bakı-Xəbər"ə şərhində "Bu hadisə barədə sosial şəbəkələrdə oxudum. Dərhal şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxladım, baş vermiş hadisənin detallarını öyrəndim. Ailə çox pərişan və məyusdur. Hadisə gecə olub. Şəhid anasının 72 yaşı var. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını da tez-tez ziyarət edə bildiyini deyib. 

Div cüssəli igid Telman Kəlbiyev yeddi bacının yeganə qardaşı idi. "Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi" deyir şəhidin xanımı.

Təəssüf ki, şəhid əmanətlərinə sahib çıxa bilmirik. Artıq neçənci şəhid ailəsidir ki, evindən, çantasından oğurluq edilir.

Cəzalar sərtləşdirilməlidir. Şəhid evinə uzanan əl dərhal qırılmalıdır. Bu qəhrəman igidlər ailələrini xalqa, dövlətə əmanət edib. Əmanətə sahib çıxılmalıdır. Yüzlərlə tənha şəhid anası var. Bu hadisə həmin analara çox böyük zərbə oldu. Tənha anaların təhlükəsizliyi təmin olunmalıdır" - deyə bildirdi.

E.İslamoğlu onu da qeyd etdi ki, şəhid Telman Kəlbiyevin anası kimi analar çoxdur, onlar övladlarının məzarına yaxın olmaq, qəbrini tez-tez ziyarət etmək üçün tənha yaşamağa üstünlük verirlər. 

E.İslamoğlunun sözlərinə görə, bu gün Telmanın anasının boğazına bıçaq dirənməsi həm də cəmiyyətin günühıdır ki, biz şəhidlərin əmanətinə sahib çıxa bilmirik: "Halbuki, biz şəhidləri dəfn edəndə onlara söz vermişdik ki, ailələriniz bizə əmanətdir. Amma təəssüflər olsun ki, nə aidiyyəti qurumlar, nə də cəmiyyət lazımı şəkildə şəhid ailəsinə sahib çıxa bilir..."

E.İslamoğlu qeyd etdi ki, Ağstafada, Mingəçevirdə də analoji hadisə baş verib. Müsahibimiz bir   daha qeyd etdi ki, cəmiyyət şəhid ailəsinə sahib çıxmalıdır. O, həmçinin "bu cür hadisələrə görə hətta ömürlük həbs cəzası verilməlidir ki, digərilərinə də dərs olsun" - dedi.

Əziz Qəmbərov: "Ona ən böyük cəza mənəvi cəza olmalıdır"

Hüquqşünas, tanınmış vəkil Əziz Qəmbərov da "Bakı-Xəbər"ə müsahibəsində baş verən olayı təəssüflə qarşıladı. "Oğurlanan vəsait məbləğindən və iştirakçıların sayından aslı olaraq qanunla müəyyən edilmiş cəza dəyişir. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-

üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu, qanunla müəyyən edilmiş cəzadır. Minimum və maksimumu nəzərdə tutulur. 

Deyərdim ki ona ən böyük cəza mənəvi cəza olmalıdır. Beləsinin ətrafında olan insanlar ondan uzaq durmalı və ona adi salam da verməməlidir Ancaq məncə, bu mənəvi cəza da ona təsir etməz. Mənəviyatı olan şəhid ailəsindən oğurluq etməz, ən azından utanar...Belələri mənəvi cəhətdən aşınmış adamlardır" - deyə Ə.Qəmbərov əlavə etdi.

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

02.09.2026 / 17:17
72 min tibb işçisinin pul gəlirləri bir təşəbbüslə dəyişə bilər...

02.09.2026 / 16:51
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan iki qadın tutuldu - VİDEO

02.09.2026 / 16:38
Moskva ilə İrəvanın dəmir yoluna nəzarət üstündə toqquşması şiddətlənir...

02.09.2026 / 16:15
Məkkə NATO-sunun gələcəyini qeyri-müəyyən göstərən xeyli suallar yaranıb...

02.09.2026 / 16:05
Bakı–Tbilisi qatarına saxta bilet satanlar peyda olub - ADY-dən açıqlama...

02.09.2026 / 15:56
Rusiya Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel göndərəcək

02.09.2026 / 15:48
ABŞ və Rusiyanın maliyyə nazirləri Aşvildə Ukrayna sazişinin mətnini müzakirə etdilər...

02.09.2026 / 15:26
Zəngəzur dəhlizində dəmiryolundan əvvəl elektrik xətti çəkilə bilər...

02.09.2026 / 15:13
Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq

02.09.2026 / 15:08
ABŞ baş kəşfiyyatçısının məxfi Moskva səfərinin yeni şifrələri açılır...

02.09.2026 / 14:53
İlham Əliyev BMT TŞ qətnamələrinin icrasını Şanxay formatında gündəmə gətirdi...

02.09.2026 / 14:28
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - FOTO

02.09.2026 / 14:04
Bişkekdə Putin-Paşinyan söz dueli davam etdi - "referendum keçirin", "referendum keçirməmək üçün qanun qəbul etmişik"...

02.09.2026 / 13:55
Mərmərə dənizində 2 yük gəmisi toqquşdu - biri 11 dəqiqə ərzində sulara gömüldü...

02.09.2026 / 13:49
Prezident İlham Əliyev Çinin Baş prokurorunu qəbul etdi - FOTO

02.09.2026 / 13:37
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

02.09.2026 / 13:28
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqləndi

02.09.2026 / 13:14
"Mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa imkan verir"

02.09.2026 / 13:10
İran Küveyt, İraq, İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu…

02.09.2026 / 12:38
Bakıda Borçalı aşıqlarının konserti olacaq

02.09.2026 / 12:37
Zelenski Rusiyaya qarşı böyük əməliyyatı elan etdi - Rusiyanın hava məkanı təhlükəli elan olundu, mülki aviaşirkətlərə xəbərdarlıq edildi…

02.09.2026 / 12:23
"Həkim çatışmazlığı olan regionlarda əlavə maliyyə mexanizmi tətbiq ediləcək" - TƏBİB

02.09.2026 / 12:14
ABŞ-ın İranda toy mərasimini bombalaması nəticəsində ölənlərin sayı 68-ə çatdı…

02.09.2026 / 12:02
İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər – Ali Məhkəmə açıqladı

02.09.2026 / 11:50
Həkimlərin maaşı nə qədər artacaq? – DETALLAR

02.09.2026 / 11:36
"Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir" - Prezident

02.09.2026 / 11:35
Prezident İlham Əliyev: "2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub"

02.09.2026 / 11:33
"Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır" - Prezident

02.09.2026 / 11:31
Mehriban Əliyevanın təşəbbüsü ilə 72 mindən çox tibb işçisinin maaşı artırılır

02.09.2026 / 11:29
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət etdi

02.09.2026 / 11:20
"Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır" - Prezident

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ