Bazar ertəsi günü, 09 noyabr 2026
     

Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm yoxdur

Image


Şəhid qardaşlar Musa və Turalın şərəfli həyat və döyüş yolundan bəhs edən "Gəl, birlikdə köçək dünyadan" adlı kitabdan bir parça.

Bildiyimiz kimi, dini anlamda şəhidlik ölümün ən yük­sək mərtəbəsi, ictimai kontekstdə isə Vətən uğrunda cihada qalxaraq haqq dünyasına qovuşmaqdır. 

İbrətamiz fikirlərdə də göstərilir ki, Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm yoxdur, lakin bu ölümün şərbətini çox az adam içir... Məhz bu aspektdən yanaşaraq insanlar "Şəhidlər ölməz, vətən bölünməz" şüarını dillərində əzbər ediblər. 

Ulu öndər Heydər Əliyevin Vətən haqqında dediyi sözlər də əslində, elə bu məntiqi açır: "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır... Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır! Vətən birdir və hamı bu Və­tən uğrunda çalışmalıdır...".

Milli mənlik milli mənsubiyyəti ətraflı dərk etməyə imkan yaradır. Mənliyi olan şəxs heç bir hadisəyə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları hər an onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir. Jan Leron Dalamber demişkən, həqiqi namuslu insan ailəsini özündən, Vətənini ailəsindən uca tutmalıdır... 

Belə bir anlam da var: "Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma. Ya sahib ol, ya uzaqlaş". Burada nə ­qə­dər dəqiq və sərrast eyham var. Vətən müharibəsində canlarını fəda edən ərənlərimiz öz şərəfli ölümləri ilə torpağa, elə-obaya yad olanlara məhz bunu dedi. Bu eyhamın içində şəhid ucalığı, Vətən uğrunda can verməyin nə olduğu, hansı mahiyyət daşıdığı diqqəti xüsusilə çəkir. 

Biz də məhz üzərində ciddi-cəhdlə işlədiyimiz "Gəl, birlikdə köçək dünyadan..." adlı kitabda Vətən, torpaq sevgisinin hansı anlam daşıdığına diqqət çəkməyə cəhd etdik, bütün şəhidlərin timsalında Mingəçevirin Günəşli qə­səbəsində doğulub, boya-başa çatan Musa və Tural qardaşları kimi qəhrəman, tarix yazan oğullar haqqında fikir yürütdük. O oğullar ki, Vətən naminə hər şeylərindən – həyatlarından, gözəl arzularından, yaşamaq istəklərindən, ailələrindən, onlara "ata" deyən övladlarından, bir sözlə, şirin canlarından keçdilər... Onlar bizim qürur və and yerimizdir, çünki Vətən qoynunda ölməyi özlərinə şərəf bildilər. 

"Gəl, birlikdə köçək dünyadan..." kitabı şəhid qardaşlar Musa və Turala (bir) vəfa borcumuzdur. Burada onların hə­yatı, fəaliyyəti, davranış və münasibəti, döyüş yolu, hət­ta yaradıcı ruhu barədə mümkün qədər təfsilat verdik, hə­ya­tı əhatə edən təsisatları sadəcə status kimi gözdən keçirmədik, real-gerçək təlatümlərlə mübarizə apara-apara bərkidik...

Allah şəhidlərimizə rəhmət eləsin!

Vətənə nə üçün ana deyirlər? 

Məktəbli ikən müəllimdən soruşmuşdum ki, Vətənə nə üçün ana deyirlər? O, sifətini sarmış ilıq-solğun təbəssü­m­lə gözlərini bir az aralıdakı qəbiristanlığa dikib demişdi: 

- Vətən (də) bizi anamız kimi qoynuna alır. Biz daim ona sığınırıq... 

Böyüdükcə anladım ki, (əlbəttə) Vətən anadır, hamımızın anasıdır. Hamımızın borcu­dur ki, dar gündə öz anamızı - Vətənimizi qoruyaq... 

Elə Musa və Tural qar­daşlarının da boynuna belə bir haqq düşmüşdü. Onlar da (mənimtək) hələ uşaq çağlarında Vətən haqqında anlayışa malik oldu, Vətən müharibəsi başlayanda (çoxları kimi) könüllü olaraq döyüşlərə qa­tıl­dılar, torpaqlarımızın düşməndən geri alınmasında əsl hünər və şücaət göstərdilər. 

Şəhadətə yüksələn bu cəngavər qardaşların arzuları ana­ları qədər, canlarından artıq sevdikləri Və­təni azad gör­mək idi, Allah onların arzularını çin et­di... 

Vətən qürur duyur ki, Musa və Tural kimi qəhrəman oğulları var. Taleyə baxın, həyatın təzad dolu anlarına diqqət edin: İki qardaş, ikisi də Vətən qəhrəmanı. İkisi də eyni ailənin, eyni soyadın təmsilçisi. İkisi də bir neçə gün fərqi ilə Vətən uğrunda şəhadət şərbəti içib... 

Belə anlar tarixdə çox nadir hallarda baş verir…

Musa və Turalın Vətən yanğısını, Musanın şeirlərindəki Vətən hissini gördükdən sonra illər əvvəl yazdığım "Vətən" adlı şeir içimdə lərzəyə gəldi:

               ***

Sapı qopdu, şamı atdım,

Neçə arzu-kamı atdım,

Səndən ötrü camı atdım,

Sonra səni dandım, Vətən... - 

Şəhid verdin, yandım, Vətən!

 

Düşmən bizi taladı, bax,

Torpaq çala-çaladı, bax...

Hər oğlun bir qaladı, bax,

Qürur yerim, andım Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

 

Qoşa atdın zərimi sən,

Mum elədin şərimi sən,

Ağ duvaqlı pərimisən?

Səni mələk sandım, Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

 

Xan babamın əsli idim,

Çox hay-küylü, səsli idim,

Cavanşirlər nəsli idim,

Mən də o vaxt xandım, Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

 

Yallarını çox etdilər, 

Ac itləri tox etdilər...

Bölə-bölə yox etdilər,

Mən bədəndim, candım, Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

Şübhəsiz, Vətən amalı, torpaq sevdası güclü olan insanlar ilk anlardan - uşaq və yeniyetmə yaşlarından fərqlənir, diqqəti xüsusilə çəkirlər. Allah sanki belələrinin ilk vaxtlardan içində bir Vətən ocağı qalayır, zaman-zaman o ocağın közü həmin şəxsləri qorxmaz, hünərvər igidə çevirir. 

Mingəçevirdə sadə, olduqca zəhmətkeş bir ailədə dün­yaya göz açan Musa və Tural qardaşları da əslində, qorxmaz, cəsur oğullar idilər. Onların gözlərinin dərinliklərində görünən, sonra da özünü Vətən sevdası kimi göstərən vətəndaşlıq əzmi Vətən müharibəsində bir ocaq, bir od kimi təlatümə gəldi. Torpaq uğrunda apardıqları mübarizə onları yüksək bir məqama – şəhadətə ucaltdı. Tanrı yanında məqam sahibi oldular. İndi onların Vətən eşqi özləri ilə bərabər geniş ənginliklərdə bərq vurur, aydın səmamızda dolanır, ələlxüsus da, övladlarının başı üzərində çətirə dö­nür. 

İndi Günəşli qəsəbəsinin qubar sarmış, külək tutan səm­tində, səssizliyin hökm sürdüyü əzəmətli bir evdə susqun baxışlarla Allaha səcdə edən Nəhayət xanım Musa və Turalın şəhadətinə çıraq tutur, yoxluqlarına dözə bilməsə də, insan - ana qürurunu tox saxlayır, nəvələrinin gözlərində oğullarının vüqarını görür, azacıq da olsa, təsəlli tapır...   

Şəhid qardaşların Vətən yolundakı qəhrəmanlığından xə­bərdarıq. Torpaqlarımızı azad görmək arzusu onlara şəhidlik kimi şərəfli bir missiya bəxş edib. Onların şəhid adı indi dillərdə, dodaqlarda səslənir və onlar hər an ölməz bir Vətən fədasi olaraq xatırlanacaqlar. 

Vətən oğlu, Vətənin qəhrəman cüssəli sadiq vətəndaşları Musa və Tural qardaşları düşmənə ağır zərbələr vu­rub­lar. Düşmən bütün döyüş boyu onları izləyib, erməni snayperçiləri tərəfindən onlar daim hədəfdə olublar. 

Şəhid qardaşların böyüdüyü evin həyətində qərar tutmaq çox çətindir. Bilmirsən, gözlərini hansı səmtə tuş edə­sən ki, dağ vüqarlı ana Nəhayət xanımın çöhrəsindəki tə­latümün "əzabından" qurtulasan. O, gözlərinin yaşını qu­ruda bilmir. Nə vaxt çalışıram ki, ondan oğulları haqqında bir söz soruşum, gözləri qara buludlar kimi dolur, danışmaqda çətinlik çəkir, içini dağıdan susqun hıçqırtılar onu "dünyanın qara daşı kimi cücərdir". 

Bəzən insan ah çəkəndə ətrafdakılar hiss edir. Ancaq Nəhayət xanım içində ah çəkir, kimsə duymur. Bu ah onun övlad dağı çəkilmiş ürəyini yüz yerdən parçalayır. Qəlpə-qəlpə sızıltı verən ağrılar onu yarasına düz tökülmüş insan qədər göynədir, qubara mübtəla edir.  

İndi Nəhayət xanım bizim üçün qara paltarlı mələktimsal şəhid anası, Musa və Tural qardaşları - torpağı canlarından üstün tutan qeyrət simvollarımızdır! 

Nəhayət xanımın vücudunda ağır ləngər yaradan Vətən sevgisinə heyrət kəsildiyimdən anidən öz-özümə pıçıldayıram:

- Vətən sizin and yeriniz, siz Vətənin hünər dastanısınız, Musa və Tural. İllər ötəcək, zaman keçəcək, biz, ha­mı­mız unudulacağıq, lakin siz və sizin kimi qəhrəman oğullar əsla unudulmayacaq, nəsillər tərəfindən böyük min­nətdarlıq hissi ilə xatırlanacaq. Belə bir xoşbəxtlik yalnız Vətənin məğrur insanlarına nəsib olur. O xoşbəxtlikdən sizə də pay düşüb. Gənc yaşında ömrünüzü hamımız üçün fəda etdiniz. Sizi yaşatmaq, yaddaşlarda bir xatirəyə çe­virmək bizim borcumuzdur. Bu borcun öhdəsindən gələ bilsək, demək, bizim də Vətən şərəfimiz var. Sayənizdə ba­şımız dik, üzümüz ağ, qətiyyətimiz möhkəmdir. Əmin olun, Vətən üçün könül sevdası, qəlb-ürək nəğmələri oxu­­mağı bacaran nəsillər daim sizin ziyarətçiniz olacaq. Siz dastanlaşacaq, obraza çevriləcək, qranit abidələr kimi sərt ilğımlara sinə gərəcəksiniz. Hər kəs sizə "Vətən salamı" verəcək. Nur parıltısı çırpınan gözlərinizdəki qürur, fə­xarət hissi nəsillər üçün bir hünər simvolu olacaq...

Siz də səbrli olun, şəhid anası! Dərdinizi, içinizdə pərvaz edən qubarı silmək, yox etmək mümkün deyil, lakin əmin olun ki, siz övladlarınız qədər ali, uca və əzəmətlisiniz. Vətəni düşməndən qoruyan, qeyrətimizi, insan-kişi adı­mızı bizə qaytaran Musa və Tural kimi oğulları siz bö­yüt­müsünüz. Xalqın şəhidlərə olan ehtiramı, təşəkkürü, minnətdarlığı (bəlkə də) onlardan daha çox şəhid analarına düşür. Siz də xalq sevgisində təcəssüm edən Vətən sevdaları kimi əbədi alqışa layiqsiniz. Vaxt gələcək, bütün şəhid analarına, o cümlədən sizə Vətən deyəcəklər...

Bu gün qapılarınız ziyarətgah, evləriniz ziyarət yeridir. Bu gün ellər axın-axın Musa və Turalın ziyarətinə gəlir, onların şəhid adı, müqəddəs ruhu qarşısında baş əyir, onların fövqündə Vətənə səcdə edirlər. 

Vaxt gələcək ki, yaşadığınız, Vətən üçün iki qeyrətli oğul böyütdüyünüz bu ev hamının səcdəgahı olacaq, bö­yük bir muzeyə çevriləcək... 

O muzeyin də bələdçiləri elə Musa və Tural qardaşları olacaq...

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ