Bazar ertəsi günü, 09 noyabr 2026
     

20 il əvvəl prorektorun qətli bu şayiələrlə ört-basdır olunurdu...

Image


2011-ci il sentyabrın 16-da evinin yaxınlığında qətlə yetirilən "Təfəkkür" universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin yeni təfərrüatlarının ortaya çıxdığı, qətlin sifarişçisinin məsuliyyətə cəlb edildiyi məlumdur. 

Qayıdaq 12 il əvvələ, prorektorun qətlə yetirliyi günə.  Hadisənin baş verdiyi gün yerli mediada "...Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, mərhumun meyiti həmin ərazidəki idman meydançasından tapılıb. Hələlik ölümün səbəbi bilinməsə də, T.Əhmədovun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını dəyişməsi versiyaları irəli sürülür. Hazırda Bakı şəhər Baş Polis İdarəsinin, Yasamal RPİ-nin rəhbərliyi hadisə yerindədir. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Yasamal RPİ-nin 28-ci polis bölməsindən əldə etdiyimiz məlumata görə, meyitin baş nahiyəsində xəsarət izləri aşkar olunub. Hazırda bununla bağlı araşdırma aparılır. Xəsarət yıxılma nəticəsində və ya küt alətlə vurulması barədə hər hansı konkret rəy verilmir"-deyə bidirilirdi.

Hadisədən sonra Təfəkkür Universitetinin prorektoru Rəhim Hüseynov mətbuata bildirirdi ki, təmsil etdiyi ali məktəbin bu qətllə bağlı xüsusi versiyası yoxdur: "Yaşlı adam idi, kimsə ilə də düşmənçiliyi yox idi".

Həmin dövrdə hadisə ilə bağlı bir neçə şəxsin, o cümlədən rektor Müşfiq Atakişiyevin də ifadəsi alındığı barədə mətbuatda informasiyalar var idi. O dövrdə mediada qeyd edilirdi ki, istintaq olayın səbəbi kimi bədbəxt hadisə versiyasını da araşdırır. "Zəif bir ehtimal var ki, mərhum idman etdiyi stadionda turnikdə hərəkət edərkən başı üstdə yıxılıb"-deyə yazılırdı.
 2011-ci ildə mərhumun oğlu Zaur Əhmədov atasının öldürülməsi ilə bağlı konkret fikir söyləmirdi: "Hər gün orada idman edirdi. Bizim kiminləsə düşmənçiliyimiz və ya hansısa bir konfliktimiz olmayıb. Polis və prokurorluq işləyir, yəqin məsələni aydınlaşdırarlar".
 Z.Əhmədov deyirdi ki, atası ilə anası Şərifzadə küçəsi, 2a ünvanında yaşasa da ailənin digər üzvləri başqa yerlərdəki ünvanlarda yaşayıb. O deyirdi ki,  atası və anası yayda Bilgəhdəki bağ evində yaşayıb, Hadisədən bir gün əvvəl atası bağ evindən Yasamaldakı evinə gəlib. Anası isə bağda qalıb. Z.Əhmədov deyirdi ki, atasının qətlindən sonra onun üstündən heç nə götürülməyib.
 Qeyd edək ki, o vaxt müəmmalı ölümlə bağlı Yasamal Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.

Bildiyimiz kimi, mərhum prorektorun qətli ilə bağlı müəyyən şaiyələr olub, bu barədə mətbuat da yazıb. O ehtimalların, şaiyələrin bəzilərini təqdim etdik. 

Bu ilin iyul ayında T.Əhmədovun qətli ilə bağlı diqqətçəkən informasiya meyadana çıxdı. Tariyel Əhmədovun qətli ilə bağlı şok iddialarla onun ailəsi ölkə rəhbərliyinə müraciət etdi. Bu müraciət mediada yer aldı. Qeyd olunurdu ki, "Təfəkkür" Universitetinin prorektoru və həmtəsisçilərindən biri olmuş Tariyel Əhmədovun qətlində sözügedən ali təhsil ocağının rektoru olmuş Müşfiq Atakişiyevin adı hallandırılır. Mətbuatda gedən məlumata görə,  Tariyel Əhmədovun ailəsi qətlin təşkilatçısı kimi Müşfiq Atakişiyevin adını çəkir. Müraciətdə T.Əhmədovun ailəsi yazır: "Bu işin əsas təşkilatcısı və himayədarı Müşfiq Atakişiyevdir. O, cinayət məsuliyyətinə cəlb olunsun. Əlimizdən zorla aldığı əmlak geri qaytarılsın. Biz mərhumun ailəsi olaraq inanırıq ki, bu iş düzgün aparılarsa, qətlin icraçısı Dəyanət Quliyev qətlin sifarişcisi olan öz doğma dayısı Müşfiq Atakişiyevin adını çəkəcək. Bundan sonra Müşfiq Atakişiyev məsuliyyətdən kənarda qala bilməyəcək".

Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında amansızcasına qətlə yetirilib. 2023-cü ilin aprelində Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq Tariyel Əhmədovu qətlə yetirən sabiq polis əməkdaşı Dəyanət Quliyevin həbs olunduğunu açıqlayıb. Məlum olub ki, Dəyanət Quliyev həbsindən 2 il qabaq təqaüdə çıxıb. O, DİN-in 7-ci bölməsinin əməkdaşı olub. Həbsindən sonra Dəyanət Quliyevə Cinayət Məcəlləsinin 120.2.5 - tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Mərhumun ailəsi isə Dəyanət Quliyevin sifariş yerinə yetirdiyini iddia edir: "Tariyel Əhmədov səhər saat 6-da idman formasında məşq eləyən zaman qətlə yetirilib. Yəni qətlə yetirilən zaman onun əynindəki geyim idman forması olub. İdman formasının cibində təbii ki, hansısa böyük məbləğin olması ağlasığmazdır. İstintaq Dəyanət Quliyevə düzgün ittiham verməyib. Səhər saat 6-da idman formasında olan insanı tamah məqsədi ilə qətlə yetirmək olardı? Bu işdən az da olsa məlumatlı olan hər kəsə məlumdur ki, qətlin təşkilatcısı "Təfəkkür" universitetin rektoru və həmtəsisçilərdən biri olan Müşfiq Atakişiyevdir. Müşfiq Atakişiyev bu cinayəti ört-basdır etmək üçün milyonlar xərcləyib. Bunu özü deyir və gizlətmir. O deyir ki, buna görə mənə heç kim heç nə edə bilməz.

Tariyel Əhmədovun qətlindən sonra universitetin ətrafındakı boş torpaq sahəsi və idman kompleksi özəlləşdirilib. Halbuki, qətlə qədər Atakişiyev bunu edə bilmirdi. 12 ildir bu iş düzgün aparılmır, qətlin sifarişcisi kənarda qalıb, adı heç bir yerdə hallanmır. Onun qətli gizlətmək üçün milyonlar xərclədiyi adamlar bu gün də vəzifədədirlər və onu yenə də himayə edirlər".

Məlum olduğu kimi, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin mərhum prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsi faktı ilə bağlı sözügedən təhsil müəssisəsinin sabiq rektoru Müşfiq Atakişiyev saxlanılıb. Məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırılmaqla həbs-qətimkan tədbiri seçilib. 

Qeyd olunur ki, sabiq rektor prorektorun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Sonuncu isə, həmkəndlisi ilə əlbir olaraq Tariyel Əhmədovu qətlə yetirib. 

Mətbuatda Müşfiq Atakişiyevin saxlanılması ilə bağlı detallar yayılıb. Mətbuatın məlumatına görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edildikdən sonra Müşfiq Atakişiyevin həbsinə qərar verilib. 

İş yoldaşlarından biri mətbuata açıqlamasında deyib ki, Müşfiq Atakişiyev saxlanılacağından tamamilə xəbərsiz olub. "O, dünən yüksək əhval-ruhiyyə ilə işə gəlib. Ənənəvi tapşırıqlarını verəndən sonra 16-18 noyabr tarixlərində "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşıb. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları professorun AMEA-dakı iş otağına daxil olaraq onu həbs ediblər. 

Məlumatlara görə, Müşfiq Atakişiyevin qəfil həbsi İqtisadiyyat İnstitutunun kollektivi arasında şok effekti yaradıb..."-deyə media qeyd edir. 

Beləliklə, 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında başına küt alətlə vurulan zərbə nəticəsində həyatını itirən, daha dəqiq desək, qətl edilən T.Əhmədovun müəmmalı sayılan ölümü ilə bağlı artıq hər şey ortadadır. Artıq buna görə M.Atakişiyev saxlanılıb, barəsində cinayət işi açılıb, hansı səbəbdən keçmiş prorektorun qətlinə "fərman" verildiyi tam olaraq aydın olacaq...

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ