Bazar ertəsi günü, 09 noyabr 2026
     

Mətbuat Şurasında veteran jurnalist Adil İrşadoğlunun 70 illik yubileyi qeyd edilib - FOTO

Image


Mətbuat Şurasında tanınmış veteran jurnalist, uzun illər Azərbaycan Televiziyasında çalışmış Adil İrşadoğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. 

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumda ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş, fədakar əməyi ilə seçilmiş qələm adamlarının həyatındakı əlamətdar günlərin yada salınmasının ənənə halını aldığını bildirib. O, bu ənənənin davamı kimi Adil İrşadoğlunun 70 illik yubiley toplantısının təşkilindən məmnunluğunu dilə gətirib.

R.Məcid A.İrşadoğlunun fəaliyyətində Ağdamın özünəməxsus yer tutduğunu, bu qədim diyarın ecazkar ruhunun yubilyarın yaradıcılığına müstəsna təsir göstərdiyini deyib. Respublikada ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindəki proseslərdən söz açan MŞ sədri bildirib ki, Adil İrşadoğlu imzası həmin dövrdə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. R.Məcid belə bir rolu jurnalistikanın vətənpərvərlik missiyası olaraq dəyərləndirib. Şura sədri A.İrşadoğlunun Mətbuat Şurasının diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirib. O, yubilyar qələm sahibini peşənin nüfuzunu qoruyan, təəssübünü çəkən həmkar kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıb, bildirib ki, A.İrşadoğlu Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. Onun müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun təbliğində böyük əhəmiyyəti var. 

MŞ İdarə Heyətinin üzvü, Bayraqdar Medianın baş redaktoru Azər Həsrət çıxışında bildirib ki, A.İrşadoğlu ötən əsrin 90-cı illərinin, qanlı-qadalı dövrün imzasıdır. "Diqqət yetirək, cənab Prezident də bildirmişdi ki, Qarabağı heç vaxt oranı görməyən 20-22 yaşlı gənclərimiz azad etdi. Bu nə demək idi? O demək idi ki, biz o dövrün yaddaşını qoruya və gənc nəslə çatdıra bildik", - deyən A.Həsrət əlavə edib ki, 70 yaşı tamam olmuş yubilyar da zəngin fəaliyyəti ilə bilavasitə Qarabağ, doğma yurd yaddaşını daşıyanlardandır. 

MŞ sədrinin müavini Səadət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, veteran qələm sahibi, naşir-publisist Hacı Mehman Fərzullayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, "Xalq qəzeti"nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, şair-publisist, ictimai xadim Zakir Ağdamlı, veteran jurnalist Mübariz Ağaxanoğlu, jurnalist Ağaşirin Məmmədov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov, veteran jurnalist Rafik Kərimov, tanınmış televiziya rejissoru Lətif Abdullayev və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Onlar bildiriblər ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırıblar. 

Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Adil İrşadoğlu (Əliyev) 1961–ci il noyabrın 1-də Ağdamda anadan olub. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989–cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni işğalçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkilinə və fəaliyyət göstərməsinə əmək sərf edib. Çalışdığı müddətdə 3000–dən çox veriliş hazırlayıb.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ