Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanın bu universitetləri akkreditasiyadan niyə keçə bilmədilər...

Image


İlqar Orucov: "Təəssüf ki, hələ də yerində olmayan rektorlar var, onlar universitetləri bərbad hala salıblar"

Cari ildə 13 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub, onlardan 10-da bu proses yekunlaşıb. Bu barədə "Trend"in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd edilib ki, digər üç ali təhsil müəssisəsində ("ADA" Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.

"Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" hesab edilərək növbəti 5 il üçün akkreditə olunmuşdur. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən "qismən uyğundur", "uyğun deyil" hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib", - deyə bildirilib.

Azərbaycanın bu Universitetləri akkreditasiyadan niyə keçə bilmədilər? Ümumiyyətlə, universitetlərin akkreditasiyadan keçməməsinin əsas səbəbləri nə ilə bağlı olur? Akkreditasiyadan keçməyən ali məktəblərin gələcək taleyi necə ola bilər?

 "Bu gün geriləyən universitetlərimizə qarşı qərarlar daha sərt olmalı idi" 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə şərhində "Bilirsiz ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən keçirilir. Bu qərar Nazirlər Kabineti tərəfindən 2010-cu ildə təsdiq olunub. 2020-ci ildə Baş nazirin imzası ilə bu qərarda dəyişiklik edildi və yeni qaydalar qüvvəyə mindi. Bu təhsil müəssisələrinin akkreditasiyası prosesi bütövlükdə bu qaydalar çərçivəsində həyata keçirilir. Burada çox vacib məqamlardan biri ali təhsil müəssisələrinin  akkreditasiyasının aparılması prosesinin bütövlükdə bu qaydalarda əks olunmasıdır. Bu proses 7 istiqamətdə, 30 meyar və 271 indikator üzrə aparılır. Prosesi həyata keçirən qurum Elm və Təhsil Nazirliyinin  Təhsildə Keyfiyyət Təminatı Agentliyidir. Hesab edirəm ki, agentlikdə kifayət qədər peşəkar mütəxəssislər var. Eyni zamanda bu prosesə peşəkar mütəxəssislər cəlb olunur. Düşünürəm ki, proses kifayət qədər dolğun və düzgün aparılır. Akkreditasiya ilkin elan olunanda cəmiyyətdə də suallar səslənirdi ki, bizim ali təhsil müəssisələrimizin hamısımı bu meyarları doğruldur?  Əlbəttə, orada müvafiq ballar üzrə qiymətləndirmə aparılır. Qaydalar da, tələblər də kifayət  qədər aydın verilib. Hər bir indikator üzrə 3 balla qiymətləndirmə aparılır"-deyə qeyd etdi.

İ.Orucov vurğuladı ki, Nazirlər Kabinetinin təsdiq etdiyi ümimi qaydalardan irəli gələrək, eyni zamanda Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə ali təhsil müəssisələrinin institsional akkreditasiya üzrə qiymətləndirmə meyarları və ali təhsil müəssisələrinin proqramla akkreditasiya üzrə qiymətləndirmə meyarları təsdiq olunub. Bu meyarları ciddi sənəd kimi qiymətləndirən İ.Orucovun sözlərinə görə, burada beynəlxalq təcrübə nəzərə alınıb. "Ümumiyyətlə, universitetlərin akkreditasiyası həm də beynəlxalq bir yanaşmadır və akkreditasiya dəyərləndirmədir. Bütövlükdə, nüfuzlu xarici universitetlərdə, məsələn, ABŞ-da bu çoxdan tətbiq edilir.   Bu da ABŞ-da ali təhsil müəssisələrinin proqramlarının keyfiyyətinin, səviyyəsinin kifayət qədər yüksək olmasına gətirib çıxarıb. Düzdür, ABŞ-da bu sistem tamamilə  fərqlidir, hər ştat üzrə ayrıca nəzarət mexanizmi var. Bu həm də orada rəqabət mühitinin kifayət qədər güclü olmasına səbəb olub. Təbii, Azəbaycan kiçik ölkədir, bizim ali təhsil müəssisələrimizin keyfiyyəti heç o səviyyədə deyil. Bu reallıqdır".

O vurğuladı ki, ABŞ-da 100 ildən çoxdur bu  prosedur tətbiq olunur və keyfiyyətə nəzarət sistemi formalaşıb. Onun sözlərinə görə, biz təhsil keyfiyyəti ilə fərqlənən ölkələrə baxanda görürük ki, onların hamısında bu cür sistemlər mövcuddur. "Akkreditasiya təhsil müəssisəsinin mövcud dövlət təhsil standartlarına və normativ hüquqi aktların tələblərinə uyğunluğunu ölçür. Yəni bu, ölçü alətidir. Bu,  təhsil müəssisəsinin statusunu, ixtisaslar üzrə təhsilalanların say həddinin müəyyən edilməsini, onun fəaliyyətinin növbəti müddətə uzadılmasını və sair nəzərdə tutan prosedurdur. 

Bu işdə dövlətin marağı nədir? Dövlətin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Elm və Təhsil Nazirliyi, bütövlükdə dövlət maraqlıdır ki, ali təhsil müəssisələri keyfiyyətli təhsil versinlər, orada keyfiyyət təminatı yüksək səviyyədə olsun. 

Düşünürəm ki, Azərbaycanda yaxşı, nümunəvi universitetlər var. Amma hələ də kifayət qədər özünü doğrultmayan universitetlər də mövcuddur. Etiraf etməliyik ki, bu birbaşa bəzi universitet rəhbərlərinin səriştəsizliyindən, yaxud öz vəzifələrini düzgün dərk edə bilməməsindən irəli gəlir. Bir çox hallarda universitet rəhbərlərindən "bizə muxtariyyət verilsin" kimi sözlər eşidirəm. Bunlar muxtariyyəti   necə başa düşürlər ki, azad olsalar daha yaxşı olar? Elm və Təhsil Nazirliyi hansı universitetin inkişafında maraqlı olmaz ki?

Bu düşüncə kifayət qədər yanlışdır və nəticə etibarı ilə ona gətirib çıxarır ki, bizim universitetlər rəqabət apara bilmirlər, rəqabətdə kifayət qədər uduzurlar, ölkənin ümumi inkişafından xeyli geri qalırlar. Mən ad çəkmirəm, amma lazım gələrsə, adlarını da çəkə bilərəm. Düşünürəm ki, Azərbaycanda çox nümunəvi rektorlar var, onlar universitetlərin inkişafı üçün  can yandırırlar, əllərindən gələni edirlər. Eyni zamanda təəssüf ki, hələ də yerində olmayan rektorlar var, onlar universitetləri bərbad hala salıblar.  Bu reallıqdır. Düzdür, universitet idarəçiliyində yeni şəxslər təyin olunur. Mən sonuncu təyinatları çox yüksək qiymətləndirirəm.  Məsələ bundadır ki, bəzi rektorlar tənqidi fikirlərə də açıq deyillər. Yeganə tələbləri odur ki, onlara muxtariyyət verilsin. Universitet rektorlarının çoxunun rəftarı məmur rəftarıdır...Bu başqa ölkələrdə belə deyil. Amma bizim bir çox rektorlar məmurlaşıblar, bürokratikləşiblər, təhsilin inkişafına da onların yanlış idarəçiliyi mane olur".

Universitetlərdə kollegial idarəetmə olduğunu və elmi şuraların mövcud olduğunu deyən İ.Orucovun sözlərinə görə, elmi şuralar müstəqil olmalıdır, universiteti dədə malı kimi işlədən rektorun əlində alət olmalı deyil. "Bir anlıq düşünürəm ki, onların istədikləri muxtariyyəti onlara versələr rektorlar universitetlə necə davranacaqlar. Çox təəssüf, bizim xeyli sayda universitetlərimiz var ki, orada idarəçilikdə olan problem tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Belə rektorların gördüyü iş  əsasən universitetin təmiridir. Onu da niyə etdikləri məlumdur. Sən daşdan, divardan nə istəyirsən, tədrisin keyfiyyətini qaldır. Hesab edirəm ki, akkreditasiya ilə bağlı tələblər daha da gücləndirilməlidir. Yenə də deyirəm, yaxşı nümunələr var. Kim ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, kim UNEC nümunəsini inkar edə bilər? Vaxtilə oxuduğum Azərbaycan Dövlət Pedoqoji Universitetində yaxşı işlər görülür, xeyli irəliləyişlər var, təhsil mühiti xeyli sağlamlaşdırılıb, rektorun ciddi iradəsi var.   Amma paralel olaraq keyfiyyətcə aşağı olan universietlər də var ki, onlar geriləyirlər... 

...Akkreditasiya ilə bağlı deyim ki, burada çox ciddi indikatorlar var, bütövlükdə o indikatorlar üzrə qiymətləndirmə aparılanda hər birinə önəm verilir. Düşünürəm ki, 271 indekator, 30 meyar, 7 istiqamət üzrə o prosedurlar daha da sərtləşdirilməlidir. Demirəm ki, hansısa universitetə güzəşt olunub, o iddiadan uzağam, çünki prosesdə iştirak etməmişəm. Amma agentlik prosesin yeniliyini nəzərə alaraq universitetlərə yumşaq davranıb. Kifayət qədər sərt davranılsa bizim çox az sayda universitetimiz akkreditasiyadan keçə bilər. Düşünürəm  ki, Akkreditasiya Şurası xeyli humanist davranıb. Belə olamasaydı, bu gün geriləyən universitetlərimizə qarşı qərarlar daha sərt olmalı idi. Universitet rəhbərləri dərk etməlidir ki, tələb olunan meyarlar üzrə işimi qura bilməsəm dövlət və dövlətin təhsilə cavabdeh qurumu mənə qarşı çox sərt olacaq. Unuversitetlərin strategiyasında və hədəflərində müəyyən qədər formallıq var. Bütövlükdə keyfiyyət təminatı siyasəti var? O necə həyata keçirilir? Daxili təminat mexanizmləri hansı səviyyədədir? Keyfiyyət təminatının mədəniyyəti nə yerdədir?" deyən müsahibimiz vurğuladı ki,   universitetlərin bir çoxunun səviyyəsi onların akkreditasiyadan keçməsinə mane olur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ