Azərbaycanda İranın tapşırıqlarını yerinə yetirərək “kərimə dövləti” qurmaq istəyən doqquz nəfər həbs edilib.
Məlumata görə 9 nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər, ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər. İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.
İfşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların radikal fəaliyyəti haqqında sosial şəbəkə hesablarında çoxsaylı faktlar var.
Həbs edilən doqquz nəfərin adlı siyahısını təqdim edir:
1. Fərman Süleyman oğlu Kərimov
2. Rüfət Rasim oğlu Mayılov
3. Vilayət Məmməd oğlu Qədimov
4. Aqil Əlişir oğlu Rzayev
5. Bəhruz Tofiq oğlu Sadıqov
6. Süleyman Nəsir oğlu Ələkbərov
7. Usub Sədrəddin oğlu Əliyev
8. Musa Surəddin oğlu Quliyev
9. Tofiq Ağacəlil oğlu Rəhimov.