Bazar ertəsi günü, 09 noyabr 2026
     

Mətbuat Şurasında Flora Xəlilzadənin 70 illiyinə həsr olunmuş toplantı keçirilib - FOTO

Image


Azərbaycan Mətbuat Şurasında “Şöhrət” ordenli jurnalist, yazıçı və publisist, respublikanın əməkdar jurnalisti Flora Xəlilzadənin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarı zəngin jurnalist və publisist, əsl ziyalı kimi xarakterizə edən məqamlara toxunaraq bildirib ki, F.Xəlilzadə ömrünü peşəsinə, fikir və düşüncə dünyamızın təbliğinə həsr etmiş fədakarlıq örnəyidir. MŞ sədri F.Xəlilzadənin müxtəlif media orqanlarındakı, o cümlədən İctimai Televiziyadakı və hazırda çalışdığı Azərbaycan Televiziyasındakı fəaliyyətinin gənc nəslə örnək olduğunu vurğulayıb. O, belə bir toplantının təşkilini Mətbuat Şurasının yubilyara vəfa borcu kimi qiymətləndirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, F.Xəlilzadə müasir dövr Azərbaycan jurnalistikasına ciddilik qazandıran obrazdır. C.Məmmədli həmçinin yubilyarı jurnalistika fakültəsinə daim bağlı olan, fakültəyə əbədi sevgi yaşadan nümunə kimi dəyərləndirib.

Veteran jurnalist İlham Rəhimli F.Xəlilzadəni parlaq duyum tərzinə malik söz və fikir adamı kimi səciyyələndirib. O bildirib ki, Flora xanım çoxşaxəli yaradıcılıq dəst-xətti ilə Azərbaycan dilinin saflığının qorunmasına müstəsna töhfələr verir. Yubilyarın söz və sənət dünyamıza ehtiramından söz açan İ.Rəhimli vurğulayıb ki, Flora Xəlilzadə imzası yaradıcılıqda bənzərsiz ziyalılıq işığıdır.

Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova çıxışında Flora Xəlilzadə imzasını Azərbaycan jurnalistikasında brend adlandırıb. Onun sözlərinə görə, bu imza cəmiyyətin müxtəlif təbəqələrini peşəyə bağlamaq, ona inam və etimad göstərmək baxımından müstəsna missiya yerinə yetirməkdədir.

Ölkəmizdə səfərdə olan Türkiyə İnternet Media Birliyinin rəhbəri Süleyman Basa qonaq qismində qatıldığı yubiley toplantısının onda böyük təəssürat zənginliyi yaratdığını vurğulayaraq, söz və fikir adamlarına verilən belə dəyərin ibrətamizliyini vurğulayıb, qədirbilənliyin ənənə halını almasından məmnunluğunu dilə gətirib və F.Xəlilzadəyə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

MŞ-nin Ahıl Jurnalistlər Məcslisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu yubilyar qələm sahibinin zəhmətkeşlik və fədakarlıq göstəricilərinin yurdsevərliklə üzvi surətdə bağlı olduğunu bildirib və bu cəhətin ona məxsusilik qazandırdığını dilə gətirib.

Tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxışında Flora Xəlilzadə yaradıcılığı ilə tanışlığı dönəminə ekskurs edib. O, yubilyar qələm sahibinin yaradıcılığındakı sovet dövrü yazıçı və ziyalılarının təbliği ilə əlaqədar spesifik məqamları açıqlayıb və bildirib ki, bu yanaşma həmin şəxsləri Azərbaycan cəmiyyətinə yenidən tanıdıb və sevdirib. Bu isə F.Xəlilzadə imzasının bəşəri böyüklük xidmətidir.

Çıxışında F.Xəlilzadə ilə birgə keçirdiyi tələbəlik illəri xatirələrini bölüşən respublikanın əməkdar jurnalisti Zemfira Məhərrəmli onun həssaslığını, canıyananlığını önə çəkib və bildirib ki, bu keyfiyyətlər yubilyarın yaradıcılıq üslubuna da təsirini göstərib. Bu üslub isə özlüyündə jurnalistikamızın və ədəbiyyatımızın pərvərişi və istişarına təmənnasız xidmət ruhudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad Flora Xəlilzadə şəxsiyyətini xarakterizə edən cəhətlərdən söz açarkən, qələm sahibinin dostluğa sədaqətindən məmnunluğunu ifadə edib. “O, mübarizə ruhludur, unudulmuşları yenidən həyatımıza qazandıran jurnalistdir. Yaradıcılığında Azərbaycan dilinin saflığını qorumanın və ahəngdarlığını təmin etmənin nümunəsidir”, - deyə E.Fuad vurğulayıb.

Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Abıyeva da çıxışında yubilyar jurnalistin unudulmuş ziyalıları yada salmasını, onların həyat və yaradıcılığını təbliğ etməsini böyük maarifçilik missiyası, habelə müstəsna qədirbilənlik nümunəsi kimi dəyərləndirib.

“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz diqqəti Flora Xəlilzadəni bütövlükdə türk dünyasının araşdırmaçısı kimi xarakterizə edən cəhətlərə çəkib. Bu xüsusiyyətin parlaqlığının və ictimai yükünün böyüklüyünü qabardıb.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli yubilyar qələm sahibini sənət dünyasında mükəmməllik yaradan obraz kimi səciyyələndirib. Belə bir dəst-xəttin heç də hər bir yaradıcı şəxsə məxsus olmadığını vurğulayıb və mövcud xüsusda Flora Xəlilzadənin keçdiyi ömür yolunun böyüklüyündən söz açıb.

Çıxışında Flora Xəlilzadəni həm mətbuat, həm də televiziya sahəsində eyni dərəcədə uğur qazanmağı bacarmış peşəkar sima kimi səciyyələndirən veteran jurnalist Akif Cabbarlı əlavə edib ki, daşıdığı müsbət ruh yubilyarın zəngin yaradıcılıq dünyasının məhsuludur.

MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı F.Xəlilzadənin klassik jurnalistika ənənələrinin davamçısı olduğunu deyib və bildirib ki, bu baxımdan onun şəxsiyyəti bütövlükdə Azərbaycan cəmiyyəti üçün əmanətdir.

MŞ sədrinin müavini, ATV prezidentinin müşaviri Səadət Məmmədova, əməkdar jurnalist Rəhim Hüseynzadə, Respublika Xatirə Kitabı Redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, əməkdar jurnalist, BDU-nun jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızı, əməkdar jurnalist, “Mədəniyyət.AZ” jurnalının baş redaktoru Zöhrə Əliyeva, əməkdar jurnalist, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, veteran jurnalist Aida Eyvazova və başqaları çıxışlarında Flora Xəlilzadə şəxsiyyətini əsl dost, peşəsinə yüksək dəyər verən, doğma yurdun təəssübünü çəkən, vətənpərvərliyi böyük məharətlə əməli iş müstəvisinə gətirməyi bacaran yetkin qələm sahibi və gözəl ana kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıblar. Bildiriblər ki, F.Xəlilzadənin geniş diapazona malik fədakar yaradıcılığı bütövlükdə cəmiyyət üçün örnək mahiyyət daşımaqdadır. Onlar həmçinin Prezident İlham Əliyevin veteran qələm sahibinin əməyini yüksək qiymətləndirməsini, bu günlərdə 70 illiyi ilə bağlı onu “Şöhrət” ordeni ilə təltif etməsini minnətdarlıqla yada salıb, mövcud xüsusda Azərbaycan dövlətinin yaradıcılıq adamlarına diqqət və qayğısından, yüksək dəyər nümunələrindən razılıqlarını bildiriblər.

Flora Xəlilzadənin övladı, “Mədəniyyət” telekanalının direktor müavini Bəhruz Niftəliyev fikirlərini bölüşərkən bildirib ki, yubilyarın gözəl və qayğıkeş ana kimi malik olduğu keyfiyyətlər onun yaradıcılıq dünyası ilə bir-birini tamamlayır. Nəticədə ortaya müstəsna qədirbilənlik nümunəsi çıxır və bu nümunədən bütövlükdə cəmiyyətin faydalanması məmnunluq doğurmaqdadır.

Sonda çıxış edən yubilyar Flora Xəlilzadə toplantı iştirakçılarına fəaliyyətinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün təşəkkürünü bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ