“Azərbaycan Maarifçi Gənclər Təşkilatı” Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirib. Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecində təşkil edilib. Layihənin başlıca məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını gənclərə aşılamaqdır. Tədbirlərdə gənclərə layihə məlumatları olan köynəklər və papaqlar, hədiyyələr təqdim olunub. Layihə çərçivəsində 10 qrup olmaqla 100 nəfər gənc maarifləndirilib.