Azərbaycanda minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması təklif edilir.
Trend xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.
Hesabatda, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması təklif edilib.