Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 1-də Ağcabədi, Zərdab, Bərdə, Laçın və Ağdam şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, qəbul Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək.
Qeyd edilib ki, sözügedən qəbulun keçirilməsi oktyabrın 25-də nəzərdə tutulsa da, tarix noyabrın 1-nə dəyişdirilib.