Adı "X" olaraq dəyişdirilən tviter platformasında bundan sonra yeni istifadəçilərdən ödəniş tələb olunacaq. Bu barədə şirkətin sahibi amerikalı milyarder İlon Mask öz səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, saxta hesablarla mübarizə aparmaq üçün nəzərdə tutulan “Not a Bot” adlı proqramı çərçivəsində atılmış növbəti addımıdır. İlk növbədə Yeni Zelandiyanı və Filippini əhatə edəcək yenilikdə istifadəçilərdən illik 1 dollar tələb olunacaq. Onlar bu ödənişlə şəbəkənin baza funksiyalarına sahib olacaqlar.
Mətləb