Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.
DİN-dən verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.
"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır:
• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın! • Yalnız gündəlik işlək yollardan istifadə edin! • Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun! • Naməlum əşyalara toxunmayın! • Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!